ATXƏM fəaliyyətini
genişləndirir
İlham İsmayılov:
“Əsas məqsədimiz
türkdilli xalqların
bir amal uğrunda birləşməsidir”
Azərbaycan daim türk dünyasının inkişafında,
türkdilli xalqların
inteqrasiyasında mühüm
rol oynayıb. Bu istiqamətdə dövlət rəsmiləri
ilə yanaşı, ictimaiyyəti təmsil edən nümayəndələr
də təşkilatlanmaqdadır.
Azərbaycanlıların və digər
Türkdilli Xalqların
Əməkdaşlıq Mərkəzi
də (ATXƏM) bu işdə mühüm addımlar atıb. Qeyri-komersiya təşkilatı olan ATXƏM-in
əsas məqsədi
türkdilli xalqları
ümumi maraqlar ətrafında birləşdirməkdir.
Təşkilatın nizamnaməsində
bu barədə yazılır: Azərbaycanlıların
və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi
(ATXƏM) ictimai birliyi ümumi maraqlar əsasında birləşmiş, könüllülük,
üzvlərinin hüquq
bərabərliyi prinsipləri
əsasında yaradılan,
öz fəaliyyətinin
əsas məqsədi
kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvlərinin arasında bölməyən
beynəlxalq qeyri-hökumət
təşkilatıdır. Qəzetimizə verdiyi müsahibəsində
təşkilatın sədri
İlham İsmayılov
suallarımızı cavablandırdı.
-ATXƏM-in
əsas məqsədi,
fəaliyyəti və
bu günə qədər gördüyü
işlər barəsində
nə deyə bilərsiniz?
-
Təşkilatımızın məqsədi adından da göründüyü kimi, türkdilli dövlətlərlə əlaqələr
yaratmaq, onları bir
amal ətrafında birləşdirməkdir. Biz fəaliyyətimizi əsasən
bu istiqamətdə qurmuşuq. Eyni zamanda fəaliyyət
prinsiplərindən biri
də Qarabağ həqiqətlərinin türkdilli
xalqlara çatdırmaq,
bu işdə onların da Azərbaycana dəstək
verməsinə çalışmaqdır.
Bu istiqamətlərdə Mərkəz
çox işlər həyata keçirib və bir çox
məsələlərdə irəliləyişə nail olmuşuq.
Keçən il dekabr ayının
2-5-də Şimali Kipr
Türk Respublikasında
Avrasiya İqtisadi Əlaqələr Cəmiyyəti
və Lefke Avropa Universiteti ilə birgə “XXI əsrdə türk dünyası” mövzusunda
beynəlxalq simpozium keçirdik. Şimali Kipr prezidenti Dərviş Eroğlu, baş nazir İrsen Kiçiyin də qatıldığı
beynəlxalq simpozumda türk dünyası və Şimali Kipr, türk dünyasında siyasi, sosial-iqtisadi, diplomatik, elm,
təhsil, mədəni
və tarixi əlaqələrlə bağlı
müzakirələr apardıq.
Əsas məqsəd türk dünyası üçün
vacib olan gələcək strateji hədəflər müəyyənləşdirmək
idi. Müzakirələrdə
türk dünyası
QHT-ləri arasında
əlaqələrin qurulması
ilə bağlı da ayrıca bir müzakirələr keçirildi.
Bu simpozumda bizim
təşkilat Dağlıq
Qarabağ problemini də gündəmə gətirərək, əsl
həqiqətləri iştirakçıların
diqqətinə çatdırdı.
Bundan başqa Prezident yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının dəstəyi
ilə Türkiyənin
-Türkiyədən başqa
fəaliyyətiniz müddətində
hansı türkdilli dövlətlərlə əlaqələr
yaratmısınız?
-
Türkiyə ilə əlaqələrimiz bir dövlət olaraq həmişə möhkəm
olub. Burda coğrafi yaxınlığın
da önəmi böyükdür. ATXƏM-in
də əsas əlaqələri Türkiyə
ilə olsa da biz həmişə istəyirik ki, digər türkdilli xalqlarla da münasibətlər
yaradaq. Amma türkdilli xalqların yerləşdiyi Orta Asiya ilə əlaqələrimizdə zəif
gəlişmə var. Bunu
nəzərə alaraq 2010-cı ilin
avqust ayında mərkəzi Özbəkistanda
olmaqla kordinatorluq yaratmışıq. Bu kordinatorluğa Özbəkistanda
20 ilə yaxın Azərbaycan diasporuna rəhbərlik etmiş Akif Ağatalıbov rəhbərlik edir. Yaxın gələcəkdə bizim
mərkəzin daha bir ofisini Özbəkistanın
Daşkənd şəhərində
yaratmağı nəzərdə
tuturuq. Çünki Orta Asiya ilə əlaqələrimizə
xüsusi önəm veririk və çalışırıq ki,
bu əlaqələr genişlənsin.
-Sizcə Türkiyəyə
nisbətən digər
türkdilli dövlətlərlə
əlaqələrin zəif
olmasının kökündə
nə durur?
-
Bizim türkdilli xalqlardan bütün sahələr üzrə daha çox Türkiyə ilə bağlılıqlarımızın olması hamıya bəllidir. Bu da əasən ümummilli
liderimiz Heydər Əliyevin “Bir dövlət, iki millət” anlayışından irəli
gəlir. Bu münasibətlər
istiliyin, yaxınlığın
dövlət nümayəndələri
səviyyəsində olması
ilə də bağlıdır. Orta Asiyanın
türkdilli xalqları
ilə əlaqələrdə
problemlərin olmasında
isə bəzən dil faktoru da
özünü göstərir.
Bu xalqların dili Azərbaycan və türk dili qədər yaxın və anlaşılan deyil.
Bundan başqa iqtisadi əməkdaşlığın da zəif olması
bu xalqların yaxınlığına mane olur.
Lakin son dövrlərdə bu problemlərin həllinə
ictimaiyyət nümayəndələri
ilə yanaşı hökumətlər də
çalışır. Keçən il
İstanbulda türk dövlət başçılarının
10-cu zirvə görüşü
oldu. Burda dövlət başçıları
önəmli qərarlar
aldı. Bunlardan biri
də əməkdaşlıq
şuralarının yaradılmasıdır.
Biz inanırıq ki, bu ildən
bu məsələlər
sürətlə inkişaf
etməyə başlayacaq.
O cümlədən burada
QHT-lərin də üzərinə çox
böyük işlər
düşür. Biz də bunu yaxşı
anlayaraq, oradakı
QHT-lərlə əlaqələrimizi
qurmağa çalışırıq.
-Mərkəz qarşıda
hansı işləri
görməyi planlaşdırır,
bu il
fəaliyyətinizi necə
qurmaq istəyirsiniz?
-Biz
ötənilki fəaliyyətimizlə
kifayətlənməyərək türkdilli xalqların əməkdaşlığının genişləndirilməsi və
Azərbaycanın asas
problemi olan Qarabağın işğal
altında olduğunu,
Ermənistanın Azərbaycana
təcavüzünü bütün
türk dünyasına
çatdırılması istiqamətində fəaliyyətimizi
davam etdirəcəyik. Bu il Xocalı
soyqırımının və
Qarabağ həqiqətlərinin
təkcə türk dünyasında deyil, Avropada da geniş
şəkildə gündəmə
gətirilməsi fəaliyyətimizin
əsas istiqamətlərindən
biridir. Artıq “Xocalıya ədalət”
kampaniyası çərçivəsində
Fransanın Strasburq şəhərində işlərə
başlamışıq. Eyni
zamanda may ayında Belçikanın Brüssel
şəhərində Azərbaycan
dövlətinin inkişafında
əsas maneələrdən
biri kimi Dağlıq Qarabağ problemi gündəmə gətiriləcək. Bunlar Mərkəzimizin
qarşısında duran,
yaxın gələcəkdə
həyata keçirmək
istədiyimiz işlərdir.
Bundan başqa gələn həftə Türkiyənin
paytaxtı
Asif NƏRIMANLI
Paritet.-2011.-18-19 yanvar.- S. 9.