Uşaq turizmini necə inkişaf etdirməli?

 

Mütəxəssislərin fikrincə, bu sahədə irəliləyişə nail olmaq üçün tarixi və ekoloji dəyəri olan yerlərə ekskursiyalar təşkil edilməsi də orta məktəblərin tədris proqramına salınmalıdır

 

  Bu gün cəmiyyətimizin əsas hissəsini təşkil edən uşaqların  intellektli, savadlı, dünyagörüşlü olması, eyni zamanda öz ölkəsinin təbiətinə yaxından bələd olması, tarixini bilməsi, tarix-memarlıq abidələri, muzeyləri  ilə  tanışlığı  çox vacibdir.  Bu səbəbdən də uşaqlar həmin məkanlara ekskursiya etməli,  o yerləri  əyani olaraq görməlidirlər və  həmin obyektlərə turlar təşkil olunmalıdır.  Azərbaycan Turizm  Şurasının baş mütəxəssisi,  Baki-tur” şirkətinin əməkdaşı Əlixan Mürvətov bizimlə söhbətində məktəblilər üçün bu cür turların  təşkil olunması və ümumilikdə ölkəmizdə uşaq turizmin  inkişafı haqqında   məlumat verdi. O  qeyd etdi ki,  hazırda çalışdığı “Baki-turturizm şirkəti   orta səviyyəli  turizm işçiləri hazırlayan 11 saylı Bakı Peşə Liseyi ilə müqavilə bağlayıb:

-Bu liseyin  tələbələri həftədə  bir dəfə bizim şirkətə praktikaya gəlirlər və həm də onlara reklam məhsulları veririk ki,  məktəblərə paylasınlar. Qeyd etdiyim  həmin məlumat kitabçalarında məktəblilər üçün hansı ekskursiyaları təşkil etmək, hansı   məkanlara aparmaq olar, nəqliyyat haqqında və  məktəblilər üçün təşkil ediləcək  əyləncəli turlar haqqında geniş  və əhatəli məlumatlar verilib.   

  Ə.Mürvətov bildirdi ki, hansısa bir məktəb ekskursiya təşkili üçün  müraciət etdikdə onlar üçün maraqlı bir gəzinti təşkil edirlər: Belə ki, “Atəşgaha, Qobustana, İçərişəhərə, Bakı ətrafına,  Qubaya  və Şamaxıya  və başqa bir sıra məkanlara bir günlük  turlar təşkil edirik. Əlbəttə ki,  bu cür turlar  bilavasitə  məktəbin rəhbərinin bizə müraciətindən sonra reallaşdırılır”. Bu gün ölkəmizdə uşaq turizminin  o qədər yüksək səviyyədə inkişaf etmədiyini deyən turizm mütəxəssisinin fikrincə, uşaq turizminin daha da inkişaf etməsi üçün Təhsil Nazirliyi tərəfindən  maliyyə ayırmalıdır.  Nazirlik tərəfindən  ancaq ekskursiya məqsədilə maliyyə ayrılsa, məktəbdənkənar ekskursiyalar təşkil etmək olar: “Məktəbdə  tarix dərsində şagirdlər Qobustan haqqında keçirsə,  bu zaman hər hansı bir turizm şirkətinə müraciət olunsa və onlar məktəblilərin bu məkana ekskursiyasını təşkil etdikdə, həmin məkanla əyani tanışlıq olur və öyrəndikləri  şagirdin yaddaşında əbədi qalır.  Hazırda bu cür ekskursiyalar  pərakəndə formadadır.  Buna baxmayaraq bizə müraciət edən  məktəblər üçün hər zaman bu cür  turlar təşkil edirik.   Onu da qeyd edim ki,  valideyn və müəllimlər də mütləq  bu  turlarda iştirak edirlər. Həmçinin uşaqları mütləq  bələdçi müşayiət edir və onlara lazımi məlumatlar verirlər. Ancaq  hələ ki bu iş pərakəndədir, çünki biz məktəbləri məcbur edə bilmərik, toplu halında ekskursiya etsinlər”.

 

Məktəbdənkənar dərslərin keçirilməsi tədris proqramına salınmalı və mövzuya uyğun

ekskursiyalar təşkil olunmalıdır

       

O bildirdi ki,  məktəblər üçün turlar təşkil edərkən  məkanlar və obyektlər  uşaqların yaşına və dünyagörüşünə uyğun olaraq seçilir:” Belə ki, 4-7-ci siniflər  və 8-11-ci siniflər üçün ekskursiya mövzuları  müxəlifdir.  Yəni onların dərketmə   və qavrama qabiliyyəti nəzərə alınır. Məsələn, 5-ci sinif şagirdi üçün  Qobustan haqqında danışılarkən onun   bu tarixi abidə haqqında keçdiyi səviyyədə ekskursiya aparılır,  əsatirlər, eyni zamanda onlara tanış olan cizgi filmlərinin qəhrəmanları haqqında söhbət açılır. Ancaq yuxarı sinif şagirdləri üçün bir azda tarixi mənbələrə əsaslanaraq daha geniş və əhatəli məlumat verilir”.

 Bir çox ölkələrdə təhsil sistemində məktəbdənkənar dərslər (tarix, ekologiya, təbiətşünaslıq və s.) keçirildiyini deyən baş mütəxəssis  bildirdi ki, bunu təhsil proqramına salırlar:”  Məktəbdənkənar dərslərin  keçirilməsi tədris proqramına salınmalıdır.  Məsələn, Bakının tarixi tədris olunursa,  bu  həm məktəbdə, həm də İçərişəhərdə  və  muzeylərimizdə də  tədris olunsun”.

 

 Sizin çalışdığınız turizm şirkətində uşaqlar üçün turların təşkili qiymətləri neçəyədir?”-sualını həmsöhbətim belə cavablandırdı:” Adi turistlərlə  məktəbli turistlərin ekskursiya qiymətlərində  yarıbayarı  fərq olur. Muzeylərimiz də bu işdə bizə dəstək göstərir, yəni məktəblilər üçün  muzeyə giriş qiyməti aşağıdır. Bizdə məktəblilər üçün turların təşkilindən minimum gəlir  götürürük. Əminəm ki,  2011-ci ilinTurizm ilielan olunması  ölkəmizdə  uşaq turizminində inkişafına təkan verəcək və bu il bu sahədə inkişaf əldə olunacaq”.

 Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi (RGTDM) tərəfindən  uşaqların  elmi dünyagörüşünün formalaşdırılması,   şagirdlərin asudə vaxtalarını, istirahətlərini  mənalı, səmərəli qurmaq  üçün  maraqlı layihələri əsasında bir sıra ekskursiyalar təşkil edilir. RGTDM direktor müavini Səlimə Allahverdiyeva bildirdi ki,  mərkəzin əsas məqsədi məktəblərə turizm-diyarşünaslıq və ekskursiya işlərinin təşkili üçün metodiki köməklik göstərmək, məktəblilər arasında kütləvi  turizmi təbliğ və inkişaf etdirmək müxtəlif turist tədbirləri keçirmək, məktəblilərin  asudə vaxtlarını, istirahətlərini səmərəli təşkil etməkdir:

-Mərkəzdə fəaliyyət göstərən dərnəklərə Bakının rayonlarının  ümumtəhsil məktəblərində təhsil alan gənc və yeniyetmələr cəlb olunmuşdur. Bu dərnəklərdə məşğələlər müxtəlif profillər üzrə aparılır.Tarix-diyarşünaslıq”, “ Ədəbi -diyarşünaslıq”, “Coğrafiya-diyarşünaslıq”, “Xalçaçılıq”, “ Piyada -turizm”, “Gənc-turist”, “Gənc-bələdçi”, “Gənc-ekoloqdərnəkləri  öz fəaliyyətlərini daima genişləndirirlər. Bu dərnəklərə  üzv olanların əl işləri, tapıntı, rəsm işlərindən  ibarətEko turizm”, “Diyarşünaslıqguşəsi təşkil  edilib.

Həmçinin “2002-2005- ci  illərdə  turizmin inkişafına dair  Dövlət Proqramı çərçivəsində  Babaların tarixi zəfərə  və şəhadət yolulayihəsinin hazırlanmasında  mərkəzimizin böyük rolu olub. Onu da qeyd edim ki, RGTDM -nin Bakının və bir çox rayonlarda yerləşən  Uşaq Yaradıcılıq Mərkəzləri ilə sıx əlaqəsi var.

  O bildirdi ki, son illər  uşaqlar və gənclər üçün ekskursiyaların daha dolğun və əhatəli təşkili üçün RGTDM tərəfindən  bir sıra maraqlı tövsiyələr hazırlanıb:” Belə ki, “Doğma diyara ekskursiya (soraq kitabçası); məktəbdənkənar tərbiyə və təhsil müəssisələrinin  turizm və diyarşünas profilli dərnəklərinin nümunəvi tematik planları; məktəblilərin çoxgünlük yürüşlərinin təşkili;  məktəbdənkənar  müəssisələrdə  turizm və diyarşünaslıq, ekskursiya işinin təşkili və keçirilməsi  haqqında metodiki məsələlər; Suraxanı rayonunda yerləşənAtəşgah  məbədinə ekskursiya; Azərbaycan şifahi xalq nümunələrinin diyarşünaslıq üçün əhəmiyyəti; Azərbaycanı sev və öyrənturist-diyarşünaslıq  ekspedisiyası. Qobustan canlı yaddaş; “Qədim  mədəniyyətin İzi ilə”  və s.”.

 Onun sözlərinə görə, mərkəz öz işiniAzərbaycanı sev və öyrən  Respublika Turist Diyarşünaslıq ekspedisiyasından irəli gələn tapşırıqları nəzərə alaraq 7 istiqamətə uyğun olaraq fəaliyyətini davam etdirir. Belə ki, yürüş, səyahət, ekskursiya və gəzintilərdə iştirak edən yeniyetmələr xalqımızın  qədim və  zəngin mədəni irsinə bələd  olur və öyrənirlər: “Hər il  and yerimiz olan “Şəhidlər  xiyabanı”na ziyarət təşkil edirik. Ötən ildə bu ənənəni davam etdirərək yeniyetmə  və gənclərin  vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək üçün Ordubadinin ev muzeyində “Şəhidlər unudulmur”, fevral ayının 25-də isə Mübariz İbrahimov və   “İgidliyinə görə” medalı almış şəhidlərimizə həsr olunanMübarizləri olan Vətən basılmazadlı tədbiri II Fəxri Xiyabanda təşkil etmişdik. Bundan başqaAzərbaycanı sev və öyrənekspedisiyası üzrə “Bizim irsbölməsindən irəli  gələn tapşırıqlarMilli mənəvi irsimiz  bizim tariximizdirdiyarşünaslıq olimpiadasında öz əksini tapmışdır. Bu tədbirdə respublikada fəaliyyət göstərən turizm-diyarşünaslıq mərkəzlərinin dərnək üzvləri cəlb olunublar ( 8820 nəfər bu dərnəklərdə məşğul olur). Olimpiada 80 nəfərdən 40 nəfər iştirak edib, qaliblər mərkəzin diplom və hədiyyələri ilə  mükafatlandırılıb”.

 

“Ötən il 1790 nəfər uşaq muzeydə, 540 nəfər uşaq ekskursiya  gəzinti, tamaşalarda olub

 

 Ötən il yazıçı, şair, elm və incəsənət xadimlərinin həyat və yaradıcılıq fəaliyyətini öyrənmək, tarixi abidələrə ekskursiya,gəzinti  işini davam etdirmək, maddi mədəniyyət nümunələrinin öyrənilməsi məqsədiylə Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan Bakı şəhərində yerləşən ev, xatirə, memorial muzeylərlə müqavilə bağlandığını deyən S. Allahverdiyeva bildirdi ki, həmçinin AMEA Milli Azərbaycan Tarix Muzeyi, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, R.Mustafayev adına İncəsənət Muzeyi ilə də bir illik müqavilə bağlanmışdır:” Belə ki, il ərzində  müqaviləyə əsasən 1790 nəfər uşaq muzeydə, 540 nəfər uşaq ekskursiya  gəzinti, tamaşalarda olmuşdur. C.CabbarlınınAydınpyesi və N.GəncəvininXeyr və şər” əsərinin tamaşasına 40 nəfər, “Yatmış gözəltamaşasına 13 nəfər baxmışdır. Eyni zamanda ekskursiya və gəzinti zamanı  ana dilimiz və  milli-mənəvi dəyərlərimizin  qorunması, qədim mədəniyyətimizin keçdiyi yolllar  haqqında  məlumatlar dərnək üzvlərinə  çatdırılaraq   milli dəyərlərimizə  hörmət aşılanıb, abidələrin mühafizəsi yönümündə gənclərin böyük rolu olduğu qeyd edilib. Bədii estetik zövqün inkişaf etdirilməsi əsas götürülərək məktəblilər incəsənətimizin görkəmli xadimlərinin yaradıcılıq nümunələri ilə tanış olublar”.

 Mərkəz tərəfindən “31 Mart  Azərbaycanlıların soyqırımı” günü ilə əlaqədar İstiqlal Muzeyində tədbir keçirilib, 2010-cu ilinEkologiya ilielan  edilməsi ilə bağlı,  turizm diyarşünaslıq  mərkəzləri ilə əlaqəni genişləndirmək məqsədilə “Təbiəti qorumaq hamımızın borcuduradı altında  əl işlərindən ibarət  sərgi-müsabiqə təşkil olunub:” Bundan başqa Tsmayılov adına  Uşaq dünyası” rəsm qalereysaında keçirilib. Bu tədbirə respublikanın  bütün ümumtəhsil müəssisələrində təhsil alan şagirdlər cəlb olunub. Azərbaycanın tikintiləri üzrə yürüşlərdə” bölməsindən irəli gələn  tapşırıqları nəzərə alaraq yeni  tikintilərin qorunub mühafizə edilməsi işini  gücləndirmək məqsədi  ilə “Səngəlçal terminal”ına 7 dəfə ekskursiya təşkil olunub. Ekskursiyada 210 nəfər şagird iştirak edib. HəmçininKütləvilikdən turizm ustalığınadəkbölməsindən irəli gələn  tapşırıqları nəzərə alaraq   27  sentyabrda 150 nəfər  şagirdin  iştirak etdiyi Beynəlxalq Turizm günü qeyd olunub.

Bu ilin ölkə prezidenti tərəfindən  Turizm ilielan olmasını        yüksək qiymətləndirən müsahibim qeyd etdi ki, bu istiqamətdə onlarda bir sıra işlər görəcəklər.

 

 

GÜNAY

 

Paritet.-2011.- 22-24 yanvar.- S.12.