Prezident
Qaradağda yeni obyektlərlə və Bakı bulvarında
yenidənqurma işləri ilə tanış olub
Dünən paytaxtın Qaradağ
rayonunda olan
Prezident İlham
Əliyev Lökbatan qəsəbəsində ulu öndər Heydər Əliyevin adını daşıyan parkın, Heydər Əliyev
Mərkəzinin, həmçinin “Cırtdan” uşaq əyləncə parkının açılışında
iştirak edib. Dövlət başçısı Qaradağ rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb. Son illərdə bütün ölkədə olduğu kimi, paytaxtın Qaradağ
rayonunun da
geniş miqyaslı abadlıq və quruculuq tədbirləri həyata keçirilir. Bakı
şəhərinin inkişaf planına uyğun olaraq Qaradağ
rayonunda da
müxtəlif istehsal sahələri, iri infrastruktur layihələri həyata keçirilir, yeni-yeni sənaye müəssisələri tikilib istifadəyə
verilir. Ölkənin ən
böyük sənaye mərkəzlərindən olan Qaradağ
rayonunun inkişafı dövlət başçısının daim diqqət mərkəzindədir. Qaradağ
rayonunun sosial
inkişafı ilə bağlı böyük tədbirlər həyata keçirilir, əhalinin sosial problemlərinin həlli istiqamətində mühüm addımlar atılır.
Qaradağ
rayonuna gələn dövlət başçısı əvvəlcə ulu
öndər Heydər Əliyevin adını daşıyan yeni
parkın açılış
mərasimində iştirak edib. Dövlət başçısı
parkda yaradılan şəraitlə
yaxından
Qaradağ rayon sakinləri ümummilli lider
Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini heç vaxt unutmur. Ulu
öndər Heydər Əliyev hakimiyyətdə olduğu illərdə Qaradağ rayonunun inkişafına xüsusi diqqət göstərib, hakimiyyətinin birinci
dövründə Qaradağın ölkənin aparıcı sənaye mərkəzlərindən birinə
çevrilməsinin istiqamətində böyük işlər görüb. Məhz həmin illərdə burada
nəhəng sənaye zavodları
fəaliyyətə başlayıb. Ulu öndərin vaxtilə
açılışında iştirak etdiyi
bu iri
sənaye müəssisələri hazırda da müasir Azərbaycanın
iqtisadi inkişafına öz töhfələrini verir. Heydər Əliyev muzeyində
nümayiş etdirilən
bu fotolar
ümummilli liderin Qaradağ rayonuna səfərlərini, böyük sənaye obyektlərinin
açılışında iştirakını əks etdirməklə yanaşı, həm də Qaradağ rayonunun inkişafının ulu öndərin hər zaman
diqqət mərkəzində olduğunu bir daha
sübut edir. Azərbaycan müstəqillik qazandıqdan sonra da
ölkəmizin iqtisadi qüdrətinin artmasında Qaradağ rayonu mühüm yer
tutur.
Dövlət başçısı həmçinin Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
O,
mərkəzdə yaradılan şəraitlə
tanış olub. Bildirilib ki, burada ulu
öndərin zəngin irsinin öyrənilməsi və təbliği
üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqla
təchiz olunan internet zalı təşkil
edilib. Prezident ulu
öndər Heydər Əliyevin həyat və
fəaliyyətini əks
etdirən fotolara da
baxıb. Lökbatanda Heydər Əliyev Mərkəzinin yaradılması müasir Azərbaycan tarixinin, Heydər Əliyev
irsinin, ulu
öndərin zəngin siyasi fəaliyyətinin öyrənilməsi və
təbliği baxımından böyük önəm daşıyır. Gənc nəslin milli-mənəvi ruhda
tərbiyə edilməsində də ulu öndərin çıxışlarının əvəzsiz rolu var. Yeni mərkəz də Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və
azərbaycançılıq məfkurəsinin dərindən öyrənilməsi, geniş təbliğ olunması baxımından da mühüm əhəmiyyət daşıyır.
Daha
sonra dövlət başçısı
50 yerlik konfrans zalında yaradılan şəraitlə
tanış olub. Məlumat verilib
ki, bununla yanaşı, mərkəzdə 220 yerlik iclas
zalı da yaradılıb. Prezident iclas zalında yaradılan şəraitlə də tanış olub.
Dövlət başçısı
ulu öndərin həyat və
fəaliyyətinin əks
olunduğu və 3D formatında hazırlanan filmə tamaşa edib. Qeyd edək ki,
mərkəzdə bura gələnlərin istifadə etməsi üçün
kiçik kafetiya və
zəngin kitab ehtiyatı
olan kitabxanada da yaradılıb. Burada ümummilli liderin həyat və
fəaliyyətindən bəhs edən ədəbiyyat toplanıb. Mərkəzlə tanışlıqdan sonra dövlət başçısı
xatirə kitabına ürək sözlərini yazıb.
Prezident Qaradağ
rayonuna səfəri çərçivəsində “Cırtdan” uşaq əyləncə parkının açılışında da
iştirak edib. Bildirilib ki, Lökbatan qəsəbəsində uşaqlar
üçün salınan “Cırtdan” uşaq əyləncə parkı xüsusi zövqlə salınıb. Yay
aylarında parkın ərazisində uşaqların istirahəti
üçün hər cür şərait yaradılıb. Qeyd
olunub ki,
qapalı “Cırtdan” uşaq kafesi
müasir mebel dəstləri və avadanlıqla təchiz olunub. 10 min kvadratmetr ərazisi olan park
xüsusi dizayn əsasında qurulub,
burada müxtəlif atraksionlar və
əyləncəli qurğular quraşdırılıb. Parkda yaradılan şəraitlə
tanış olan dövlət başçısı
“Cırtdan” uşaq kafesində də
olub. Burada
da uşaqların mənalı istirahətinin
təşkili
üçün geniş imkanlar yaradılıb. Bir sözlə, Qaradağ rayonunun simasına xüsusi yaraşıq verən bu
park ölkəmizin gələcəyi olan
uşaqların zövqünü daim oxşayacaq.
Prezident Lökbatanda Heydər Parkının, Heydər Əliyev Mərkəzinin və “Cırtdan” uşaq əyləncə parkının açılışlarında iştirak edib.
Dünən Prezident Bakı bulvarının genişləndirilməsi
proqramı çərçivəsində gəmi təmiri zavodunun ərazisində həyata keçirilən yenidənqurma işlərinin gedişi ilə tanış olub.
Prezidentin sədrliyi ilə yanvarın 14-də Nazirlər Kabinetinin
2010-cu ilin
sosial-iqtisadi inkişafının yekunlarına
həsr olunmuş iclasında dövlət başçısı
2011-ci ildə
qarşıda
duran vəzifələr sırasında Bakı bulvarının Dövlət Bayrağı Meydanı
ilə birləşdirilməsi barədə tapşırıqlar vermişdi. Prezidentin tapşırıqlarının həyata keçirilməsi ilə əlaqədar Bakı
buxtasında yerləşən
bir sıra müəssisə və obyektlərin,
o cümlədən Xəzər Dəniz Gəmiçiliyinin gəmi təmiri zavodunun və digər sənaye obyektlərinin
köçürülməsi zərurəti yaranmışdı(AzərTAc).
Verilən tapşırıqların operativ həlli istiqamətində görülən işlərlə yaxından tanış olan
dövlətimizin başçısı gəmi təmiri zavodunun sökülən hissəsində işlərin gedişi ilə maraqlanıb,
müvafiq tapşırıq və
tövsiyələrini verib.
Paritet.- 2011.- 22-24
yanvar.- S. 3.