UkraynadaÜlviləşən Mübarizdevizi altında tədbir keçirilib

 

 Ukrayna Azərbaycanlı Gənclər Birliyinin(UAGB), Ukrayna Parlamenti yanında Ümumukrayna  tələbə gənclər assambleyasının və Azərbaycanın Ukraynadakı səfirliyinin birgə təşkilatçılığı ilə   20 yanvar şəhidlərinin   xatirəsi  “Ülviləşən Mübariz    devizi altında  yad edilib.

UAGB-dən qəzetimizə verilən məlumata görə  Azərbaycan səfirliyinin, mili diasporumuzun,  eləcə də  bir sıra ukrayna gənclər təşkilatları və media nümayəndələrinin qatıldığı mərasimi  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov açaraq Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğul və qızlarımızın keçdiyi mübarizə tarixindən danışıb: ”Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların əksər çoxluğunun gənclərdən ibarət olduğunu  bildirib. Tədbirin   Ülviləşən Mübariz devizi altında keçirilməsində  əsas məqsəd  1990-cı ilin  20 yanvar gecəsində sinəsini dövlət müstəqilliyimizə  tuşlanmış gülləyə  sipər edərək  şəhid olmuş  20 yaşlı şair Ülvi Bünyadzadə ilə bu faciədən düz 20 il sonra vətənimizin bütövlüyü naminə düşmənə sarsıdıcı zərbə vuraraq  qəhrəmanlıq zirvəsinə ucalmış Mübariz İbrahimovun indiki gənc nəslə örnək  qoyub getdikləri  ülviləşən mübarizə yolunu davam etdirməkdən ibarətdir”.

 A.Tahirov bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, xüsusəndə gənclərimiz Azərbaycanın dövlət müstəqilliyi və ərazi  bütövlüyü uğrunda Ülvü Bünyadzadə, Mübariz İbrahimov və bu kimi minlərlə vətən yolunda canlarını fəda etmiş oğul və qızlarımızın keçdiyi şərəfli yolu özlərinə örnək  hesab edirlər: ”Biz necəki torpaqlarımız düşmən tapdağından azad olumayıb  özümüzü dövlətimizin sıravi əsgərləri hesab etməliyik. Əminliklə deyə bilərəm ki, Ali Baş komandamızın əmrinə müntəzir olaraq hər zaman   silaha sarılaraq torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırıq”.

 Mərasimdə   Azərbaycan səfirliyinin müşaviri  Yeganə Qafqazlı, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədr müavini  Cavid Hüseynzadə, Ukrayna Milli televiziyasının  aparıcı jurnalisti Andrey Oxrimoviç,  Ukrayna parlamenti yanında gənclər assambleyasının sədr müavini Olesya Xlopets,   və  digər qonaqlar çıxış edərək , Vətən naminə  canlarını fəda edənlərin xatirəsinin heç zaman unudulmayacağını bildiriblər. Sonra  tədbirə qatılanlar Azərbaycan və Ukrayna dövlət televiziyalarının  birgə layihəsi əsasında çəkilmiş  qanlı 20 yanvar faciəsifilminə baxıb.    Filmə baxdıqdan sonraböyük qəhrəmanlıq tarixinə malik olan Azərbaycan xalqı  tezliklə öz ərazi bütövlüyünü  bərpa etmək qüdrətindədir   fikiri ilə çıxış edən  Ukrayna Milli Televiziyasının  aparıcı jurnalisti  Georgi Spasakukotski  son illər inkişaf tempinə görə bölgədə lider dövlətə çevrilən qüdrətli Azərbaycan dövlətinin  işğal altında olan torpaqlarının geriyə  qaytarılmasına  nail olacağına əminliyini bildirib 

 Mərasimdə Ukrayna Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin qərarı ilə şəhid  Ü.Bünyadzadənin ölümündən bir il əvvəl yazdığıVətən andı  birliyə üzv olmaq istəyənlərin andı kimi qəbul olunduğu bildirilib. Milli qəhrəman Mbrahimovun Ukraynada xatirəsinin əbədiləşdirilməsi üçün  vətənimiz və dövlətimiz naminə nümunəvi tədbirlər həyata keçirməklə xalqımızın adına şərəf gətirən  gənclərə    Mübariz  Gəncfəxri diplomunun veriləcəyi bildirilib.

 

 

Günay

 

Paritet.- 2011.- 20-21 yanvar.- S. 12.