Hyustonda
Azərbaycan mədəniyyətini təbliğ edən diaspor
təşkilatı
İsmayıl Əhmədov: ”Əsasən milli musiqimizi və təsviri sənətimizi amerikalılara təqdim edirik”
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması,
Ermənistanın
Azərbaycana təcavüzü
ilə bağlı
beynəlxalq aləmin
məlumatlandırılması,
zəngin kökləri
olan mədəni
dəyərlərimizin
ölkədən
kənarda təbliği
istiqamətində bir sıra
xarici dövlətlərdə fəaliyyət
göstərən
diaspor təşkilatlarımız
tərəfindən silsilə layihələr
həyata keçirilir.
Belə ki, fəaliyyətində
Azərbaycan mədəniyyətinin
müxtəlif
sahələrinin
təbliğini
əsas
götürən
diaspor təşkilatlarından
biri də hazırda
Hyustonda mövcud olan Azərbaycan
Amerika Mədəniyyət
Mərkəzidir(AAMM).
Bizdə Azərbaycanda qonaq olan
AAMM-nin sədri
İsmayıl Əhmədovla
həmsöhbət
olub, rəhbəri
olduğu təşkilat
və reallaşdırdıqları
layihələr
haqqında ətraflı
məlumat əldə
etdik. O, ilk olaraq
AAMM-nin yaranma zərurəti haqqında
danışdı:
-Biz 2009-cu
il 10 mart tarixində Amerika Birləşmiş
Ştatlarında yaşayan
ümum azərbaycanlıların
təşəbbüsü
ilə Azərbaycan
Amerika Mədəniyyət
Mərkəzini
yaratdıq. Cəmiyyətimizin
əsas
fəaliyyət
istiqaməti Azərbaycanın qədim, zəngin,
rəngarəng incəsənətinin
müxtəlif
növlərini,
mədəniyyətimizin
tarixini, amerikalılara
və ümumilikdə əcnəbilərə
çatdırmaqdır.
Qeyd edim
ki, təşkilatımız
yarandığı gündən
bu günədək
biz əsasən Azərbaycan mədəniyyətinin yer aldığı
bir-birindən fərqli
və maraqlı mədəni
layihələr, bayram
proqramları həyata
keçirməyə
nail olmuşuq. Eyni zamanda bir sıra beynəlxalq
festivallarda da sənət
nümunələrimizi
layiqincə təbliğ
etmişik. Bu cür
tədbirləri
keçirməkdə
əsas məqsədimiz milli mədəniyyətimizin
gözəlliyini,
bənzərsizliyini xaricdə layiqincə
təmsil edərək, geniş
əcnəbi auditoriyasına
çatdırmaqdır.
İ.Əhmədov bildirdi ki, Hyustonada Azərbaycan mədəniyyətinin əsas tərkib hissələrindən olan təsviri sənətimizi -əl işlərini, milli musiqimizin müxtəlif
növlərini
böyük festivallarda və
konsert proqramlarında layiqincə təmsil etməyə çalışırlar:” Bir məlumatıda
qeyd edim ki, bizim Hyustonda fəaliyyətinin
genişliyi və
çoxşaxəliyi
ilə fərqlənən
Hyuston- Bakı Qardaş
Şəhərlər
Assosiasiyası ilə də
əlaqələrimiz
vardır. Hyustonda fəaliyyət
göstərən
iki Azərbaycan diaspor təşkilatı
olaraq iki-üç
dəfə birgə
layihələr
həyata keçirmişik. Çox
maraqlı və gözəl
tədbirlərimiz
reallaşıb. Gələcəkdə
də bu iş
birliyimizi davam etdirəcəyik. Bu cür
layihələrdə artıq diaspor təşkilatlarımızın
həmrəy
və birgə olduğunu
əyani
olaraq göstərir”.
AAMM-nin
fondunda Azərbaycan
mədəniyyətinə
aid əyani vəsaitlərin
yəni, kitabların və başqa
çap məhsullarının
toplandığını deyən
həmsöhbətim
qeyd etdi ki, sözügedən
kitabların əksəriyyəti ingilis dilindədir:
”Qeyd edim ki, Diasporla
İş üzrə Dövlət
Komitəsi tərəfindən
bizə Azərbaycanla bağlı yetərincə
kitablar, CD, broşürlar
və s. verirlər. Hər
dəfə Bakı səfərindən
sonra Hyustona qayıtdıqda
özümlə çoxlu kitablar və digər
əyani
vəsaitlər
aparmağa çalışıram.
Təəssüf
hissi ilə qeyd
edim ki, ancaq
kitablarımızın
sayı bir o
qədər
də çox deyildir. Arzu
edərdik ki, Azərbaycan
mədəniyyəti
ilə əlaqədar
mədəniyyətə
aid kiçik
kitabların, bukletlərin,
broşürlərin
sayı gələcəkdə
çox olsun. Azərbaycan
mədəniyyəti
ilə bağlı
olan materialların
ingilis dilində nəşr
edilməsi daha
yaxşı olardı. Çünki ingilis
dili artıq
beynəlxalq dil
olduğundan bu
dildə nəşr
edilən materiallar əcnəbiləri
daha çox özünə
cəlb edər
və maraq yaradar.
Məsələn, biz
bu il Hyustonda festival keçirdik.
Bu festival Hyustonun mərkəzində göydələnlərin
arasında reallaşdı. Sözügedən festivala müxtəlif
ölkələrdən 35 mindən
çox insan gəlmişdi. Biz
bu festivalda onlara
özümüzün
hazırlamış olduğumuz
Azərbaycanla və
milli mədəniyyətimiz ilə bağlı
kitabçaları payladıq”.
“Çox təəssüflər
olsun ki, təşkilatımızın müəyyən
bir yerdən
planlı maddi dəstəyi
yoxdur. Təşkil
etdiyimiz proqram və
layihələrə
ətrafımızda
olan azərbaycanlı
könüllülər
tərəfindən
dəstək
verilir. Amma Azərbaycan
diasporasının
gücünə
inanaraq söyləyə
bilərəm
ki, dövlətimiz
bizə bundan sonra
dəstək
olacaq”- deyən
İ.Əhmədov bildirdi ki, maddi bazaları güclü
olarsa daha
da böyük
proqramlar reallaşdırmaq imkanları olar:
”Məlumat üçün
bildirim ki, bizim yaşadığımız
şəhərdə 300-ə yaxın
azərbaycanlı var.
Sevindirici haldır
ki, artıq
bunların bir
qismi ilə əlaqəmiz
artıq qurulub
və inkişafdadır. Biz onların
hər işində
iştirak etməyə
çalışırıq
və keçirdiyimiz tədbirlərimizə
də dəvət
edirik”.
AAMM-nın www.aacalliance.com saytı fəaliyyət göstərir
“Azərbaycan
mədəniyyətini
təbliğ etməklə yanaşı milli
bayramlarımızı,
Azərbaycan tarixinə
qanlı hərflərlə
yazılmış faciəvi günlərinə
aid tədbirlər
təşkil edirik”-deyən
diaspor rəhbəri
bildirdi ki, tədbirə
dəvət
etdikləri və
görüşdükləri
dövlət nümayəndələrinə bu mövzular
haqqında ətraflı
məlumat verirlər. Onun
sözlərinə
görə bu
cür tədbirləri
gələcəkdə
daha geniş şəkildə
keçirəcəklər: ”Təşkilatımızın
elektron saytı - www.
aacalliance.com.
Bu saytda da təşkilatımız, həmçinin keçirdiyimiz proqram və
layihələr
haqqında məlumatlar yer alıb. Sayt imkan verir
ki, gerçəkləşdirdiyimiz tədbirlər
haqqında məlumatları
virtual olaraq geniş
ictimaiyyətə çatdıraq”.
Onun sözlərinə
görə, bu
gün Azərbaycan
diasporasının
nəinki Amerika
Birləşmiş Ştatlarında bütün dünyada
görmüş olduğu
işlər
çox ürəkaçan
və sevindiricidir: ”Azərbaycan
diasporunun fəaliyyətinin
bu gün
məqsədyönlü,
həmrəy
olması ölkə Prezidenti cənab İlham
Əliyevin diaspor işinə
göstərmiş
olduğu xüsusi
qayğısının
və diqqətinin
nəticəsidir.
Diasporla İş üzrə Dövlət
Komitəsinin də
ABŞ-da fəaliyyət
göstərən diaspor təşkilatlarına
dəstəyi, orda
təşkilatlarımızın sürətlə
inkişaf etməsinə
təkan verir:
”Hyustonda bir sıra
azəri təşkilatlarının
nümayəndəliyi
var. Hyuston və
Bakı arasında
qardaşlaşmanın
əsası
1976-cı ildə qoyulub.
Mən
çox istəyirəm
ki, Hyustonda dünyaya
göz açmış
övladlarımız
milli ruhda böyüsünlər. Bu bizim üçün
çox vacibdir. Bu istiqamətdə
də çalışmalıyıq”.
“ABŞ-da yeni bir mədəniyyət mərkəzi yaratmaq istəyirik”
Bakıya bu dəfəki
səfərinin
yeni layihələrin
icrası ilə bağlı
olduğunu deyən
İ.Əhmədov bildirdi ki, Diaspor
Komitəsinə layihələri haqqında
məlumat verib:
”Biz Azərbaycan
Amerika Mədəniyyət
Mərkəzi
olaraq məqsədimiz
ABŞ-da yeni
bir mədəniyyət
mərkəzini
yaratmaqdır. Bu
da Texas ştatında
və yaxın
6 ştatda azərbaycanlıları
ümum proqramlarda bir
yerə toplamağa
imkan verəcəkdir.
Mən bu
lahiyə haqqında
DİDK məlumat
verdim. Sadəcə
ora qayıdan
kimi bu layihəni DİDK-nin sədri
hörmətli
Nazim İbrahimova göndərəcəyəm. İnanıram
ki, bu məsələ
öz həllini
müsbət
istiqamətdə tapacaqdır. Diaspora
İş üzrə Dövlət Komitəsi
ilə əlaqələrimiz
yeni qurulmaqdadır. Əminəm ki, bu əlaqələrimiz gələcəkdə daha da sıx olacaq və bir sıra uğurlu layihələr həyata keçirəcəyik.
Ümid edirəm ki, dövlətimiz bu işlərdə bizə hər cür köməklik göstərəcəkdir”.
Hazırda
Azərbaycanın
Hyustonda neft ölkəsi
kimi daha çox
tanındığını deyən
həmsöhbətim
qeyd etdi ki, neftlə bağlı
olaraq Hyustonla -Azərbaycan
arasında əlaqə
var: ”Ancaq küçədə
kiməsə yanaşıb
soruşsanız
əlbəttə,
Azərbaycanı tanımayacaqlar.
Biz onun
üzərində işləyirik
ki, Azərbaycanı
daha geniş ictimaiyyətə
təqdim edək. Hansıkı,
bizim Azərbaycandan gəlib, Hyustonda təhsil alan
tələbələrimizin
də üzərində
böyük
bir diplomatik iş var.
Yəni onlar ali
təhsil almaqla
yanaşı, Azərbaycanın
təbliği
ilə də məşğul
olmalıdırlar.
Mən Hyustonda yaşayan azərbaycanlı
kimi, çalışıram
ki, imkan daxilində
tez-tez orda təhsil
alan azərbaycanlı
tələbələrlə
görüşüm. Və
onları Azərbaycanın
təbliği
ilə
bağlı bir
sıra işlər
görmək
üçün təlimatlandırım. Tələbələr
də çalışırlar
ki, bu istiqamətdə bir
sıra işlər
görsünlər. Hyuston
və
GÜNAY
Paritet.- 2011.- 6-7 yanvar.- S. 9.