BDM yeni
film üzərində işləyir
İsmayıl Ağayev: ”Ermənilərin 60 ilə etdiyini biz 15 ilə etdik”
Diasporumuz gənc
olmasına baxmayaraq,
qısa müddət
ərzində
bir çox uğurlara
imza atmağı bacardı.
Müstəqilliyimizin əvvəllərində
zəif təşkilatlanan diasporumuz getdikcə
əsas məqsədlərinə
nail olmaqda çətinlik
çəkmir. Bu
təşkilatların
sayəsində vətəndən
uzaqda yaşayan
soydaşlarımız
birləşərək
Azərbaycan uğrunda
bacardıqlarını
əsigəmirlər. Eyni
zamanda dünyanın
müxtəlif
ölkələrində
fəaliyyət
göstərən
diasporamıza vətəndə
fəaliyyət
göstərən, azərbaycançılıq
ideyalarının
dünyaya çatdırmaq
məqsədi
daşıyan təşkilatlar da kömək
göstərir.
Belə təşkilatlardan biri də
Beynalxalq Diaspor
Mərkəzidir.
Budəfəki
müsahibimiz də
diasporun təşkilatlanmasına
və Azərbaycan
həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılmasına
nail olmaq məqsədini
qarşıya qoyan
BDM-nin sədri
İsmayıl Ağayevdir.
-Mərkəzimizin
əsas
məqsədi
deportasiya və soyqırım
həqiqətlərini
dünya ictimaiyyətinə
çatdırmaqdır. Buna
nail olmaq üçün
əlimizdən
gələni
əsigəmirik.
Bir təşkilat
olaraq yarandığımız
gündən
bu günə
kimi çox işlər
görmüşük. Burda
onların hamısını
sadalamayacam. Amma təkcə
2010-cı ildə ölkədən
kənarda keçirdiyi
3 tədbirdə dünya
ictimaiyyətinə Azərbaycan
haqqında kifayət
qədər
informasiya çatdırmışıq. Bundan
başqa 94 il
bundan öncə Çanaqqala döyüşündə
şəhid olan azərbaycanlıların
xatirəsini əbədiləşdirmək
üçün orada
xatirə abidəsi
ucaltdıq. Sonra
İrəvandan deportasiya edilmiş, ermənilərin
zorakılığına
məruz qalmış
soydaşlarımızın
ərizə
və şikayətlərini
Avropa İnsan Hüquqları
məhkəməsinə
çıxardıq. Tarixi
torpaqlardan qovulmuş insanların
hüquqlarının
bərpası
üçün beynalxalq müstəvidə
qurultay keçirildi
və onlarla bağlı
piket təşkil
etdik. Eyni zamanda
ingilis dilinə tərcümə
edilmiş 11 dəqiqədən
ibarət film
çəkmişik. Bu
yaxınlarda BDM-in
16 nəfərdən
ibarət nümayəndə
heyəti İqdıra
səfər
etdi. Səfər
zamanı maşın
karvanı ilə Xudafərin
körpüsünün
yanından keçərək
İqdıra getdik.
Məqsədimiz
tarixi torpaqlarımızı
yolüstü də
olsa görmək
idi. Orada hamımızın
ürəyini sarsıdan
olaylar yaşadıq. Ermənilərin
torpaqlarımızı
necə viran etdiyini görəndə
göz yaşlarımızı
saxlaya bilmirdik. İqdırda
isə Kərbəlayi
İsmayılın
qəbrini və
ermənilər
tərəfindən
qətlə yetirilmiş
soydaşlarımızın
qəbirlərini
ziyarət etdik.
Türkiyədə
fəaliyyət
göstərən 6 partiya
və 28 QHT-nin
iştirakı ilə
Ermənistandan qovulmuş
azərbaycanlıların, Xocalıda
qətlə yetirilmiş
həmvətənlilərimizin
məruz qaldığı
zorakılıq
barədə, ümumiyyətlə
ermənilərin
türklərə
qarşı torpaq iddiallarından
əl
çəkmələri
haqqında müraciət
imzalamağa nail
olduq. Bu istiqamətdə
işlərimiz
davam edir. Bizim
məqsədimiz
azərbaycançılıq
ideyalarının, soyqırım
həqiqətlərinin
bütün
dünyaya çatdırmaqdır. 2010-cu
ildə gördüyümüz
işlər
bizi qane etməyib.
Təşkilat olaraq
üzərimizə düşən
işləri
yerinə yetirsək
də, əməkdaşlıq
etdiyimiz ölkələrin
parlamentlərinə başımıza
gətirilən
soyqırımı,
departasiya faktlarına
qəbul elətdirə
bilməmişik. Nə
qədər
ki, onlar bunu
tanımayıblar,
nə qədər
ki onların
parlamentində bu faktlar
müzakirə edilməyib,
deməli, bizim
işlər
hələ yetərincə
deyil. Düşünürəm
ki, diaspor təşkilatları
bu istiqamətdə
təşkilatlanmalı, işlərini
sürətləndirməlidir.
Biz də mərkəz
olaraq ölkədən
kənarda fəaliyyət
göstərən
diaspor təşkilatlarına
mütəmadi
olaraq bununla bağlı
müraciətlər
edirik. Bu yaxınlarda
Cümşüd
Nuriyevin “Uydurulmuş tarix”
kitabını Türkiyədə
yayımladıq. Bu
kitabı başqa
versiyalarda da çap
edərək
diaspor təşkilatları
vasitəsilə Avropada da yayımlayacağıq.
- Ermənilərin
azərbaycanlılara
qarşı etdiklərini
əməkdaşlıq
etdiyiniz ölkələrin
ictimaiyyətinə nə
dərəcə
inandıra bilmisiniz?
- Biz çalışırıq
ki, əməkdaşlıq
etdiyimiz ölkələrin
universitetlərində Azərbaycanla tarixi ilə
bağlı güşələr
açmağa
nail olaq. Bu
istiqamətdə nailiyyətlər
də qazanmışıq.
İki ildir Belarusiyanın
əməkdaşlıq
etdiyimiz Baranoviç universitetində
Azərbaycanla bağlı
güşə yaratmışıq. Bu
ildə oranı ziyarət
edəcəyik.
Mart soyqırımı
ilə bağlı
hazırladığımız
filmi təşkilatımızın
Avropadakı nümayəndələri
vasitəsilə orada
yayımlamağa
çalışacağıq. Sizə
bir fakt deyim;
Çexiyada Vlaçar
universitetində yüzə
yaxın tələbə
və alimin iştirak
etdiyi tədbirdə
Xocalı ilə bağlı
filmi çex dilinə
tərcümə
edərək
nümayiş etdirəndə
alimlər göz
yaşlarını
saxlaya bilmirdilər. O
haqda bizdə şəkillər, video
yazılar da
var. Onlar təəssüf
hissi keçirirdilər
ki, bizim indiyə
qədər
bundan xəbərimiz
olmayıb. Onlar
bildirirdilər ki, ermənilər
bizə bunu birtərəfli
çatdırıblar.
Ardıcıl
mübarizə, ardıcıl
iş olarsa əminəm
ki, dünya
ictimaiyyətini inandırmaq
olar. Ermənilər
bunu illərdir
aparırlar, biz
isə bir neçə
ildir başlamışıq. Həm
də bizim diasporamız
gəncdir. Ermənilər
isə yüz
illərdir bu
işlə məşğuldur.
Yalançı torpaq iddiaları,
yalançı soyqırım iddiaları
ilə bütün
dünyanı inandırmağa
çalışırlar. Son
illər möhtərəm
Prezidentimizin diasporumuza verdiyi qiymət
diasporçuları da
ruhlandırır. Televiziyalarda yayımlanan
“Qərib axşamlar”
və bu kimi
verlişlər, sizin
kimi qəzetlərdə
diasporla bağlı
daimi səhifələr
bu işdə
dövlətin
göstərdiyi
dəstək
diaspor işi
ilə məşğul
olan insanları ürəkləndirir.
- Azərbaycan
diasporunun fəaliyyətində
nələr
çatmır?
- Azərbaycan
diasporunun bu günə
qədər
gördüyü
işlərdən
razıyam desəm
məni topa
tutarlar, narazıyam
desəm də,
topa tutarlar. Razıyam
desəm, qarşıya
belə bir sual
çıxır ki, bəs
görülən
işlərin
nəticəsi
hardadır? Təbii
ki, görüləsi
işlər
çoxdur. Ümumiyyətlə,
ölkədən
kənarda fəaliyyət
göstərən
diaspor təşkilatlar mənəm-mənəmliyi,
şəxsi iddialarını
kənara qoysalar,
inandırıram
ki, bizim işlərimiz
daha yaxşı olacaq.
Son dövrlər, xüsusilə
2004-2005-ci ildən
sonra dövlətin
bu işlərə
xüsusi önəm
verməsi və
ilk olaraq ulu
öndər Heydər
Əliyevin
dünya azərbaycanlılarının
qurultayı keçirilməsi
nəticəsində
ermənilərin
60 ilə keçdiyi
yolu biz demək
olar 15 ilə keçdik.
Bu sürət
daha da güclənir.
Biz də QHT
olaraq öz şəxsi
maliyyəmiz hesabına, dostlarımızın
potensialı, alimlərimizin
fədakarlığı hesabına
lazımi nəticələr
əldə
edə bilməsək
də azərbaycançılıq
ideyalarını, Azərbaycan
həqiqətlərini
kifayət qədər
dünyaya çatdırmağa
nail olmuşuq. Amma
bunlar azdır. Nə
vaxt ki, erməni
yalanlarını faş
edəcəyik,
dünyanı öz
ətrafımızda
birləşdirməyi
bacaracağıq, o
zaman könül
xoşluğu
ilə deyə biləcəyik
ki, biz Azərbaycan
üçün nəsə
edə bilmişik. Bunun səbəbi
bizim zəif
olmağımız
deyil, apardığımız
mübarizədə
bizə qarşı ikili
standartların hədəfi
olmağımızdır. Lakin
Azərbaycanın
ziyalı insanları çoxdur.
Onlar ölkədən
kənarda da
mübarizələrini
davam etdirir və
dövlət
də bu işdə
yetərincə dəstək
verir.
- Dünya
Azərbaycanlılarının 3-cü
Qurultayından nələr
gözləyirsiniz?
- Dünya
Azərbaycanlılarının
III Qurultayından
yeni format, yeni
baxışlar olmasını
gözləyirik.
Dünya Azərbaycanlılarının işinin amacı dəyişməlidir.
Möhtərəm Prezidentimiz diaspor təşkilatları
üçün bir ana xətt qoyubdur. Biz mütləq o
torpaqlara qayıdacağıq. Bu devizi biz rəhbər tutaraq
birə-beş artıq işləməliyik. Güman edirəm
ki, artıq diaspor təşkilatları vahid cəbhədən
mübarizə aparmalıdır. Dünənə qədər
olan boşluqlar aradan qaldırılmalı, Diaspor Komitəsi
bu məsələdə öncüllüyü öz əlinə
almalı, aralarında küsülülük olan təşkilatları
öz ətrafında cəm eləməlidir. Azərbaycançılıq
ideyalarını rəhbər tutaraq diaspor təşkilatlarına
ögey-doğma münasibət bəslənməməlidir.
İnanıram ki, bu istiqamətdə işlərimiz qurulacaq və
bundan həm Azərbaycan dövləti, həm də
dünyada yaşayan azərbaycanlılar səmərəli
istifadə edəcək. Nəzərinizə
çatdırım ki, Şimali Azərbaycandan kənarda 40
milyondan çox azərbaycanlı yaşayır. Cənubi Azərbaycanda
yaşayan azərbaycanlılar diaspor təşkilatı deyil,
çünki onlar öz doğma vətənlərində
yaşayır. Eyni zamanda Gürcüstan və
Dağıstanda öz doğma torpaqlarında yaşayan azərbaycanlıları
da diaspor təşkilatı adlandırmaq olmaz. Ancaq milyonlarla
azərbaycanlı Qərb ölkələrində
yaşayır. Onların birgə mübarizəsi diasporumuzun
güclənməsinə nail olacaqdır. Bu dəqiqə
dünya azərbaycanlılarının pul hesabı 300
milyarddan çoxdur. Təsəvvür edin ki, hər bir azərbaycanlı
ayda 1 dollar diaspor təşkilatlarına yardım eləsə,
kifayət qədər pul edir. Erməni diasporları bir
gün ərzində Dağlıq Qarabağa 20 milyon ianə toplayırlar.
Təəssüf ki, bizimkilər bu məsələlərdə
arxa planda dururlar. Güman edirəm ki, soydaşlarımıza
vətənə sevgi, bu hissin ən yüksək tutulması
aşılanacaqdır və bu məsələdə də
önə keçəcəyik. Bu gün artıq diaspor təşkilatlarımızın arasındakı
çəkişmələr də demək olar ki, yoxdur.
Artıq hər kəs başa düşüb ki, bütün
təşkilatların apardığı siyasət azərbaycançılıq
ideyalarına xidmət etməkdir. Nəhayət hər kəs
bir şeyi başa düşməlidir ki, bütün güclər
birləşdirərək mübarizələr birgə
aparılmalıdır. İnanıram ki, Qurultaydan sonra bu məsələlərə
tamamilə son qoyulacaqdır. Dünya Azərbaycanlıları
Konqresinin hər iki qanadı birləşəcək və hər
kəs bundan bir fayda götürəcəyini
düşünürəm.
- Mərkəziniz qarşıdakı
illərdə hansı işləri həyata keçirməyi
planlaşdırır?
-
Avropada soyqırımla bağlı keçirəcəyimiz tədbirlər,
bu haqda filmlərin çəkilməsi və kitabların
yayılmasını nəzərdə tuturuq. Mərkəzimizin
ölkə nümayəndələrini yaradılması,
deportasiya və soyqırım həqiqətlərini
dünyaya çatdırmağı nəzərdə tuturuq. Mərkəzimizin
müşaviri Cümşüd
Nuriyevin rəhbərliyi altında alimlər və ictimaiyyət
nümayəndələri ilə 15 dəqiqəlik yeni film
üzərində işləyirik. Bir neçə
tarixçilərin filminin mətni üzərində işləməsi
üçün artıq ilkin variant təqdim olunub. Yaxın
günlərdə yeni formada, tarixi sənədlərə əsaslanaraq,
ermənilərin öz dili ilə dediyi, rus tarixçilərinin
Azərbaycan-Ermənistan münaqişəsi ilə
bağlı fikirlərinin yer aldığı yeni bir albomun
buraxılmasını qərara almışıq. Sonradan onu
bir neçə dilə tərcümə etmək
üçün film halına salacağıq. 2011-ci ilin ilk
aylarında keçən il keçirdiyimiz Xocalıya ədalət
kompaniyasını yeni bir nümayəndə heyətimizlə
Şərqi Avropa ölkələrində, o cümlədən
Çexiyada, Avstriyada dəyirmi masalar, konfranslar keçirəcəyik.
O cümlədən hazırladığımız filmi
çex dilində tərcümə edərək ali məktəblərdə
tələbələr arasında yaymaq
planlaşdırırıq. Çalışacağıq ki,
bu istiqamətdə irəliləyişə nail olaq.
İnanıram ki, öhdəmizə düşən
bütün işləri layiqincə yerinə yetirəcəyik.
Asif NƏRİMANLI
Paritet.- 2011.- 25-26 yanvar.- S. 9.