Yerli əhali arasında qış turizminə maraq necədir?

 

Qış turizminin inkişafı üçün yol infrastrukturunun da yaxşı olması vacibdir

 

 Xəbər verildiyi kimi, ölkə  Prezidenti 2011-ci iliTurizm ilielan edib.   Bu  da ölkəmizdə artıq son illər inkişaf dövrünü yaşayan   müəyyən nailiyyətlər əldə olunan turizm infrastrukturunun   daha da inkişaf etməsinə təkan verəcək, eyni zamanda  ölkəmizdə ixtisaslı turizm kadrlarının   yetişməsinə, yüksək xidmətin formalaşmasına təsir göstərəcək bir sıra turizm sahələrinin inkişafına səbəb olacaq.  Həmçinin Prezidentin sərəncamı iləŞahdağyay-qış turizm kompleksinin tikilməsi isə ölkəmizdə qış turizminin inkişafına daha kütləvi xarakter almasına təkan verəcək.

Azərbaycan Turizm  Şurasının baş mütəxəssisi,  Baki-turşirkətinin əməkdaşı Əlixan Mürvətovun dediyinə görə,  Azərbaycanda bu gün yay turizminə daha çox üstünlük verilir:” Yayda turizm sahəsi   daha sürətlə inkişaf edir.    Ümumiyyətlə, yerli əhaliylədə qurulmasında yay ayları  əlverişli olur. May ayından başlayaraq sentyabr ayınadək işlər daha da artır.   Ancaq  ölkəmizdə qış turizminə meyllər var. Məsələn,  2010-cu ilin 2011-ci ilin qış mövsümündəBaki-turturizm şirkətinin xətti ilə təşkil olunan Qəbələ-Şəki turları çox maraqla qarşılandı.  Həmkarlar İttifaqlarının  xətti ilə təşkil etdik   bu turda   500 nəfərdən artıq turist iştirak edirdi. Bu da  daxili turizmdə qış turizminin inkişafının göstəricisidir. Artıq yerli əhali sərt qış  aylarından qorxmur   qış turizminə maraq göstərir”.

2011-ci ildən çox şeylər gözlədiklərini deyən  həmsöhbətim qeyd etdi ki,  ümid edir ki, bu il  ölkəmizə gələn  turistlərin sayı artacaq:” Eyni zamanda  digər ölkələrə səyahət üçün gedən turistlərində sayında artım olacaq. Daxili turizmdə    daha böyük uğurlar əldə olunacaq   canlanma  daha da artacaq.  Bütün bu işlərin icrası üçün  insanlar da fəal olmalı, həmçinin turizm şirkətləri yaxşı işləməli reklam işinə daha çox fikir verməlidirlər”.

Bu il Bakıda 5 beşulduzlu  hotellərin  istifadəyə verilməsinin turizm  sahəsi üçün böyük uğur olduğun deyən Ə.Mürvətov bildirdi ki,  bu cür tikintilər ölkəmizin turizm  sahəsində müsbət imicinin formalaşmasına böyük təsir edəcək: ”Ölkəmizdə yüksək keyfiyyətli müasir hotellərin olması imkan verir ki, biz  xarici firmalarla danışarkən  onlara  daha çox  turist xidməti təklif etmək imkanımız olur. Ancaq mənim  fikrimcə beşulduzlu hotellərlə yanaşı,   ölkəmizə səyahətə gəlmək istəyən orta təbəqə üçün az ulduzlu  hotellərin tikilməsi     yaxşı olardı.  Yəni işimizi elə qurmalıyıq ki,   müxtəlif  təbəqədən olan əcnəbi turistləri ölkəmizə cəlb edə bilək”.

Bölgələrimizdə qış turizmin inkişaf  səviyyəsindən   danışan turizm mütəxəssisi bildirdi ki, onun çalışdığı turizm şirkəti Şəki-Qəbələ  turunu hazırlayıb: ”Bundan başqa         Şahdağqış-yay turizm kompleksinin tikilməsi çox gözəldir. Hətta mən tədris zamanı  turizm ixtisası üzrə təhsil alan  tələbələrimizə deyirəm ki, sizin   artıq  bu kompleksdə işləriniz var. Yəni bu cür komplekslər təkcəŞahdağ”la məhdudlaşmır. Eyni zamanda ölkə Prezidentinin Sərəncamı ilə Oğuz Qəbələdə çox gözəl turist kompleksləri tikilib.  Bundan başqa  Şamaxıda Cənub bölgələrində özəl turist müəssisələri  tikilib.  Onu xüsusi olaraq vurğulayım ki, qış turizminin inkişafı təkcə hotellərin   istirahət mərkəzlərinin müasir səviyyədə tikilib istifadəyə verilməsindən ibarət deyil.  Yolların da normal olması bu işdə vacibdir.  Məsələn, biz  istərdik ki, bir neçə il əvvəl yeni ili bir qrup turistlə birgə  Lerikdə yerləşənRelax”istirahət  mərkəzində keçirək.  Turistlərlə birgə bu məkana yollandıq Yeni iliorda qeyd etdik. Ancaq geri dönəndə güclü qar yağdı turistlərin qayıtması çətin oldu, bunun üçün onlar iki gün orda əlavə qaldılar. Bu cür problemlərin olmaması üçün  yaxşı infrastruktur olması vacibdir. Respublikamızda qış turizminin inkişafı üçün yollar normal olmalıdır”.

Qış turizmiylə bağlı reklam, təbliğat işlərinin az aparıldığını deyən müsahibim qeyd etdi ki, bu işə turizm şirkətləri tərəfindən  xüsusi diqqət verilməlidir: ”Çünki, turizm işində reklam əsasdır. Təbliğat işi güclü olarsa, ölkə daxilində qış turizminə maraq artar. Burda bir haşiyə çıxmaq istərdim, artıq 26 ildir ki, turizm sahəsində çalışıram. Bu səbəbdən deyə bilərəm ki, hələ sovet dönəmində ölkəmizdə  qış turizminə  daha çox əcnəbilər meyilli idilər. Amma bu gün sevindirici haldır ki, artıq azərbaycanlılar qış turizmində iştirak etmək istəyirlər. Respublikada bu sahədə bir azda reklam güclü olsa, tikilməkdə olan qış turizm kompleksləri hazır olandan sonra  qış turizminə əhali arasında  maraq daha da artacaq”.

Hər bir turizm şirkəti istəyir ki, qışda da, yayda olduğu kimi qazanc əldə etsin.  Qışda turizm şirkətlərində bir qədər durğunluq olur.  Ancaq  ümid edirəm ki, bu komplekslər hazırlanandan sonra  turizm şirkətləri  qış turizminin təbliği ilə məşğul olacaq”-deyən Ə.Mürvətov bildirdi ki, qış turizminin kütləvilik qazanması üçün qiymətlərdə əsasdır: ”Yeni tikilib istifadəyə veriləcək qış turizm komplekslərində qiymətlər normal olmasa bu sahə yenə də o qədər inkişaf etməyəcək. Bunun üçün qiymətlərə diqqət  verilməlidir. Ümumilikdə,  səmimi olaraq qeyd edim ki, ölkəmizdə qış turizminin inkişafı o qədər də qənaətbəxş deyil. Ancaq bu ilinTurizm ilielan edilməsi   yeni müasir qış komplekslərinin tikilib istifadəyə verilməsi qış turizmində müsbətə doğru böyük  dönüş yaradacağına inanıram”.

 

 

GÜNAY

 

Paritet.- 2011.- 25-26  yanvar.- S.11.