“Xalçalarımızı
daşın üstündə yaratmağa
çalışıram”
Tofiq Məmmədovun daş üzərindəki süsləmələri İçərişəhərdə nümayiş olunacaq
Hər
zaman qədimliyi,
zənginliyi və
müxtəlifliyi
ilə seçilən tətbiqi
sənətimizin
inkişafına
və təbliğinə dövlətimiz
tərəfindən
xüsusi diqqət
var. Belə ki, adət-ənənələrimizi,
mənəvi
dəyərlərimizi
əks
etdirən tətbiqi
sənət
nümunələrini,
peşəkar sənətkarlarımızın
bu sənət
növü ilə
bağlı işlərini geniş ictimaiyyətə
təqdim etmək
üçün respublika daxilində tez-tez sərgilər
təşkil edilir.
Qeyri-adi
və fərqli işləri
ilə bu
cür sərgilərin
daimi iştirakçısı
olan Milli Elmlər
Akademiyasının “Selen”
Elmi İstehsalat Birliyinin direktor müavini, daş üstündə
miniatür ornament yaradan rəssam
Tofiq Məmmədovun dediyinə görə, fərqli
üsulda
işləyərək mədəniyyətimizə
öz töhfəsini
verməyə çalışır. Hələ
çox uşaq
yaşlarından
gözəl
rəsm əsəri, ornamentlər
hər zaman onun
diqqətini cəlb
edib:
- 2001 -ci ildə
mən Efron və
Brokqauz ensiklopedik lüğətlərini
oxudum. Bu kitablar
19-cu əsrin sonu
20-ci
əsrin
əvvəllərində Çar Rusiyasında çap olunmuş nadir nəşrlərdir.
Orda ornament haqqında yazılmışdı
ki, ornament heç
bir zaman müstəqil
əhəmiyyət
daşımayıb
və o hər
zaman ikinci dərəcəli
olub. Birinci dərəcəli
isə hər
zaman ornamentlə bəzədilən
əşya
olub. Bu fikirlər
məni çox
təəccübləndirdi. Düşündüm
ki, bu qədər
iş, zövq, bilik,
əziyyət ikinci
dərəcəlidir. O cümlələri oxumasaydım, bəlkə
də indiyə
qədər
ornament yaratmazdım. XIII-XIV
əsrə
qədər
ərəblər
İspaniyada böyük
və gözəl
bir saray(Əl-Həmra
sarayı nəzərdə
tutulur-red.) yaratmışdılar.
O sarayın
ornamentləri çox xoşuma
gəlir, orada ornament sənətinin
zirvəsini görmək
olur. Hətta
ərəbləri
İspaniyadan çıxaranda, deyiblər
ki, ərəblər
bizə əzab verib,
gəlib bu
sarayı da məhv
edək, ancaq kraliça
İzabella ornamentlərin
gözəlliyini
görəndən
sonra söyləyib
ki, bu gözəlliyi
məhv etmək
olmaz. Bu gün
o saray İslam
mədəniyyətinin
nümunəsi
və muzeyi kimi İspaniyada qorunub saxlanır. Ornament haqqında
çoxlu sayda məlumatım
olduqdan sonra düşündüm
ki, nə yaratmaq olar ki, o
ancaq ornamentdən
ibarət olsun,
heç bir əşyaya
bənzəməsin
və birinci dərəcəli
olsun. Günlərin
birində oğlum
təklif etdi
ki, bəlkə
daş üzərində
ornament yaratmaq yaxşı
olar. Düşündüm
ki, daşın
üstündə ornamental xalça
oyma üsulu yaratmaq
çox maraqlı olacaq.
Yəni daş
və xalça
müstəqil
əhəmiyyət
daşıyacaq və
ornament birinci dərəcəli
olacaq. Ornamenti nəyin
üstündə yaradacağımı
tapandan sonra, onu
necə etmək
haqqında düşündüm. Daşda
iki rəng
olacaq. Biri daşın
rəngi, ikincisi isə daşın
hündür
və qabarıq
yerlərində əmələ
gələn
kölgənin
rəngidir. Ornamentlərin
sıxlığını,
hündürlüyünü
və s. işləyərək
düşündüm
ki, hansı sahələrdə
ornament bir az
seyrək və
hündürlüyü
bir az alçaq
olacaq. Bundan başqa
ornamentlərin güllərinin,
yarpaqlarının içində
olan oymaları çox
dərin etməli, kölgənin
həcmini azaltmalıyam.
Əksinə, harda rəngin
diqqəti cəlb
etməsini istəyirəmsə, orda ornamentin sıxlığını
artırmalı, hündürlüyün və ornamentin siluetlərinin içində
də oyma işlərini
daha dərin
edərək, kölgələrin
həcmini çoxaldıram.
Bir tərəfdə
kölgənin
rəngi çox, digər
tərəfdə
kölgənin
rəngi az
olsa onda zonaları
bir-birindən ayıraram. Sonra hansı
alətlərdən
istifadə edərək
bu effektin alınması
haqqında düşündüm. Bunları
təbii daş
üstündə etməyi
qərara aldım
və daşı
əldə etdim. Ancaq
gördüm
ki, bu təbii
daşdan miniatür
alına bilməz.
Çünki təbii
daş məsaməlidir.
Ornamenti kiçik
etdikcə o məsamələr
hər şeyi
korlayacaq. Karxanalarda külli
miqdarda əhəng
daşlarının
qırıntıları,
tozları və s. həddindən
artıq çoxdur.
Bu daşlar
üzərində işlədim.
Sonra tökmə
üsulu ilə onlardan bir daş
pilitə düzəltdim
və gördüm
ki, burda məsamələr
azdır. Bundan
sonra bu üsulla,
əhəng daşından
istifadə edərək
işləməyə
başladım.
Həmsöhbətim
bildirdi ki, ilk
işinin ancaq bədii
tərtibatını
üzərində dörd
ay işləyib:
-Belə ki, bu
xalçanın
üzərində mən
ümumilikdə
üç il işlədim.
Bu işi
məndən
İçərişəhər Dövlət
Tarix Memarlıq
Qoruğu aldı.
Bundan sonra mən
yeni bir xalça
işlədim
və bunu da
qoruq aldı. Deyilənlərə
görə, İçərişəhərdə
“İçərişəhər
muzeyi” açılacaq,
bu işlərim
orda nümayiş
olunacaq.
Onu da
qeyd edim ki, mən
daşların
üzərində də
çox xırda
yazılar yazıram.
Məsələn, bir işim
var ki, ətrafı ornamentlərlə əhatə olub
ortasında isə
Mustafa Kamal Atatürkün
azadlıq haqqında
bir kəlamını
türk dilində
yazmışdım. Bu
işimi Türkiyənin
ölkəmizdəki
səfirliyinin təmsilçiləri
görmüşdülər
və çox yüksək
dəyərləndirmişdilər.
Mədəniyyət
və Turizm Nazirliyinin tərkibində müxtəlif
incəsənət
nümunələrinə
elmi, bədii
və tarixi qiymət
verən komissiya var. Mən də
işlərimi bu komissiyaya təqdim etdim və
onlar yazdılar ki, işlərim bədii əhəmiyyət kəsb edir və bu üsulla işləmək nadir iş
üslubu hesab edilir. Görkəmli sənətşünas Ziyadxan Əliyevin işlərim haqqında yazdığı məqalə
“Azərbaycan İrs” jurnalında nəşr edilmişdi.
Çox sual verirlər ki, bu işdə
bədii tərtibatı
necə edirsiniz? Mən görkəmli xalçaçı
rəssam Lətif Kərimovun,
Kamil Əliyevin və başqa bir sıra yerli və
xarici müəlliflərin ornamentlə
bağlı əsərlərini oxumuşam və
bu sənətkarların işlərinə
baxmışam. Ancaq mən onlardan fəqli olaraq daşın
üstündə o xalçaları
yaratmağa çalışmışam. Bunun
üçün də müəyyən ornamentləri seçmişəm və
daşa uyğun dəyişmişəm.XV əsrdə
bu sənət növündə
kiminsə tərəfində
yaradılan sənət nümunəsi mənim
üçün maraqlı deyil. Düzdür, mən bu sənət nümunələrini yaradanlara hörmətlə
yanaşıram və onların işlərini də
yüksək qiymətləndirirəm. O işlərin məndə
maraq yaratmamasına səbəb odur ki,
bu işlər artıq yaradılıb, yenisini etmək lazımdır. XXI əsrdə
ənənəni qorumaqla müasirliyə
və yeniliyə doğru gedərək, təkrarçılıqdan uzaq gözəl və
fərqli sənət nümunələri yaratmaq lazımdır.
Müsahibim bildirdi ki, tamaşaçı
hər bir yaradılan sənət nümunəsinə
baxanda onun gözü önündə
yeni bir səhifə açılmalıdır:
- Bunun
üçün də istədim ki,
daşın üstündə
xırda, yüksək səviyyəli, zərif miniatür ornament yaradım.
Burda
bir haşiyə
çıxım, AMEA Milli Azərbaycan Tarixi Muzeyini italiyalı
bərpaçılar bərpa edirdilər. Mən
bu bərpaçılarla görüşdüm və onlar mənim
işlərimin fotoşəkillərinə baxdılar. Və
dedilər ki, fotoda işlər gözəldir, ancaq orijinal
olaraq sənət nümunələrinin özlərinə
baxmaq istədiklərini dedilər. İşlərimi
apardım, onlar fotolarını çəkdilər və
çox bəyəndilər mənə onlarla işləməyi
təklif etdilər. Ancaq
razı olmadım və imtina etməyim onlarda təəccüb
yaratdı. Dedim ki, siz böyük bir işlə məşqul
olursunuz, tarixdən bu
günümüzə gəlib çatmış nadir sənət
ocaqlarını, əşyalarını və s. bərpa
edirsiniz, gələcək nəsillər bunu görür. Bu
çox dəyərli işdir. Ancaq siz yeni nəsə yaratmırsınız,
yalnız kiminsə tərəfindən
nə vaxtsa yaradılan işləri bərpa edirsiniz. Mən
isə yaradıram və istəyirəm ki, uzun illərdən
sonra sizin kimi bərpaçılar
mənim işlərimi bərpa etsin. İtaliyanlar məndən bir
iş aldılar, o iş hazırda Milanda saxlanılır.
Hər kəsə
adi görünən daşın
özündə möcüzə
və sirr olduğunu deyən rəssam bildirdi ki,
heç nə mənasız, əhəmiyyətsiz və
gərəksiz deyil,
sadəcə usta yaxşı
olmalıdır ki,
əşyalarda olan sirri və gözəlliyi aşkar edərək göstəriblər.
GÜNAY
Paritet.- 2011.- 27-28 yanvar.- S. 16.