Diaspor mətbuatımızın ən uzun ömürlüsü

 

1952-ci ildən Ankarada nəşr olunanAzərbaycanjurnalı “Azərbaycan Türkiyə üçün, Türkiyə Azərbaycan üçün, dost iki ölkə deyil, qardaş iki ölkədirdevizi ilə bu gün də fəaliyyət göstərir

 

 Ötən yazılarımızda qeyd etdiyimiz kimi Azərbaycan mühacir mətbuatının ən geniş yayıldığı ölkə Türkiyə idi. Bu da səbəbsiz deyil. Məsələ burasındadır ki, həmin vaxt bolşeviklərin təqib və təzyiqlərindən qurtarmağa çalışan bir çox mühacir həmvətənlərimiz məhz qardaş ölkəyə üz tuturdular. Azərbaycanlı mühacirlər tərəfindən əsası qoyulan və Türkiyədə işıq üzü görən mətbu orqanların adlarını keçən yazılarımızda qeyd etmişdik. Amma bu yazıda həmin mətbu orqanlarından biri  olanAzərbaycanjurnalına daha geniş yer ayıracağıq. Çünki 1952-ci ildən nəşr olunan bu jurnalAzərbaycan Türkiyə üçün, Türkiyə Azərbaycan üçün, dost iki ölkə deyil, qardaş iki ölkədirdevizi ilə  bu gün də fəaliyyət göstərir. Jurnalın hazırkı baş redaktoru Tuncer Kırhandır. Jurnal  Azərbaycan Kültür Dərnəyinin  orqanı olaraq 6 aydan bir çıxır. Cəmiyyətin sədri  isə tanınmış   siyasət adamı olan Cəmil Ünaldır.  Jurnalın Azərbaycan üzrə təmsilçisi olan tarixçi-alim Nəsiman Yaqublu bu  məcmuənin yaranma tarixi və fəaliyyəti barədə bizə maraqlı məlumatlar verdi.

 

Yaranma tarixi

 

 1949-cu ilin fevralında dərnəyin yaradılmasından sonra ayrıca bir mətbuat orqanının da fəaliyyətə başlamasına ciddi ehtiyac vardı. Bununla əlaqədar dərnəyin martın 12-də keçirilən toplantısının 5 saylı qərarına əsasən jurnalın nəşri vacibliyi bildirilir. 1952-ci ilin aprelin 1-də “Azərbaycanjurnalı “Birlik-dirilikdirbaşlığı ilə nəşr edilməyə başladı. Jurnalın birinci sayında dərnəyin İdarə Heyətinin adından verilən yazısında jurnalın fəaliyyəti belə açıqlanırdı: “... İndi ayda bir dəfə nəşr ediləcək bu məcmuəmiz vasitəsilə dərnəyimizin üç ili aşan fəaliyyəti  haqqında müfəssəl bilgi verəcəyimiz kimi, Anadolu Türklüyünə bunca mənən və maddətən yaxın və qonşu olan Azərbaycan türklüyünün tarixi, ədəbiyyatı, sənəti, teatr həyatı xüsuslarında yurddaşlara mümkün qədər geniş bilgilər verməyə çalışacağıq”.

 Jurnalın baş redaktoru  Feyzi Aküzüm, məsul katibi isə Əhməd Yaşad olub.  Azərbaycanjurnalının aparıcı müəllifləri aşağıdakılar idi: Məhəmməd Əmin Rəsulzadə, Kərim Yaycılı, Əhməd Qaraca, Əbdülvahab Yurdsevər, Mirzə Bala Məmmədzadə, Həmid Dönməz, Rəhim Zeynaloğlu, Əhməd Cəfəroğlu və s.

 İlk illərdə jurnalın tərtibatı çox sadə idi və əsas fərqli cəhəti  bütün saylarında Azərbaycanın xəritəsinin verilməsi idi. 1918-1920-ci illərdəki Azərbaycan ərazisinin xəritəsi belə təqdim edilirdi: “Milli Azərbaycan Cümhuriyyəti xəritəsi”.

1952-1955-ci illərdə jurnalın nəşr edilən saylarında mədəni, tarixi, ədəbi yazılara daha çox yer ayrılırdı. Siyasi   yazılar jurnalda çap edilmirdi. Bu da Türkiyənin ozamankı şərtləri daxilində mühacirlərin siyasi fəaliyyətlərinin məhdudluğu ilə bağlı idi. Siyasi yazılara biz daha çox jurnalın fəaliyyətinin ikinci dövründə - 1955-1991-ci illərdə rast gəlirik. Bu da Qərb dövlətləri sırasında həm də hərbi mövqe tutan, artıq NATO üzvü olan Türkiyənin də SSRİ-yə qarşı aparılan ideoloji mübarizədə fəallığı ilə bağlı idi. 60-cı illərdə azərbaycanlılar kommunizmə qarşı  ideoloji mübarizəyə daha çox üstünlük verirlər. Onların təsiri altındaAzərbaycanməcmuəsində bu yönümdə çoxlu yazılar çap olunur.

 

Azərbaycansovet mətbuatında çap olunan yazıların saxtakar mahiyyətini ifşa edirdi

 

 Jurnalın 1966-cı ilin 1-ci sayında çap olunanKommunizmlə mübarizədə  Yeni Əsaslar nəşr olmalıdır!” məqaləsində yalnız Sovet İttifaqında deyil, eləcə də başqa məmləkətləri bürümüş “kommunizm taunuilə mübarizə yolları araşdırılır. “Kommunist kimdir?” yazısında isə kommunizmin mahiyyəti açılıb aşkarlanır. “30 ildə 30 rübdə” yazısında isə Sovet İttifaqında çalışan insanların amansız istismarından danışılır. Jurnalda Azərbaycanın istiqlal tarixi ilə bağlı M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.B.Yurdsevərin, Kərim Odərin və başqalarının məqalələri, H.Cavidin, M.Ə.Sabirin, C.Cabbarlının, mühacir şairlərdən Kərim Yaycılının, Rəsul Budağın, Həmid Dönməzin, Teymur Atəşlinin əsərləri, şeirləri nəşr edilirdi. 70-ci illərdə mühacirlər istiqlal mübarizəmizi maddi çətinliklər içərisində aparır, bəzi hallarda isə imkansızlıqdan  jurnalı vaxtında nəşr etdirə bilmirdilər. Odur ki, jurnalda belə müraciətlər verilirdi: “Bu gün dünyada azad və müstəqil Azərbaycan davasının tək müdafiəsində dayanan məcmuə, 1952-ci ildən  bəri minbir maddi çətinliklərə qatlanaraq öz işini görür. Vətənin tək səsi olan bu hürriyyət məşəlini yaşatmaq və dəstəkləmək hamımızın yurd və vicdan borcudur. Lütfən bu yolda maddi və mənəvi yardım və dəstəklərinizi bizdən əsirgəməyiniz!” Azərbaycanlılar sovet mətbuatında çap olunan belə məzmunlu yazıların saxtakar mahiyyətini dərhal ifşa edirdilər. Jurnalda nəşr edilən məlumatlardan məlum olur ki, Türkiyənin aparıcı mətbuat orqanı olanCümhuriyetqəzetində də 28 May günü ilə bağlı məqalə dərc edilib.Azərbaycanjurnalında Argentinada, Almaniyada mühacirlərimizin 28 May İstiqlalı ilə bağlı keçirdikləri tədbirlər haqqında da məlumatlar var.

 Jurnalda  nəşr edilən məqalələr sırasında Ə.Qaracanın “28 Mayıs 37 yaşındayazısı diqqəti cəlb edir. Ə.Qaraca “28 mayın azərilərin könüllərində tutuşdurduğu məfkurə atəşi olduğunugöstərirdi.

Qeyd edək ki, 50-ci illərin sonlarında ABŞ dövlətinin qəbul etdiyi  bir qərarı mühacirlər müsbət qarşılayıb və “Azərbaycanjurnalında təbliğ ediblər. Belə ki, 1959-cu ilin 22 iyununda senator Duqlas 18 senatorla birgə Amerika senatına bir qərar təqdim edib. Həmin qərarda prezident Eyzenhauerdən 1959-cu ilin iyulunun 3-cü həftəsinin “əsir millətlər həftəsi” elan etmək xahiş olunurdu. Qərar surəti Senat tərəfindən 6 iyulda və Nümayəndələr Palatasında 8 iyulda yekdilliklə qəbul edilmiş, prezident Eyzenhauer də  17 iyulda təsdiq etmişdi. Qərar surətindən 22 əsir məmləkət arasında Azərbaycan, İdil-Ural və Türküstanın adları da xatırladılırdı. Sovet İttifaqına təzyiq baxımından və rus əsiri digər məhkum millətlər arasında Azərbaycanın hürriyyət və istiqlal haqqının dünyanın ən böyük və qüdrətli bir dövlət tərəfindən dəstəklənməsinin böyük əhəmiyyəti vardı. Bu əslində həmin 22 məmləkətin hüquqi baxımdan tanınması demək idi. Bu addım həm də sovet hökumət başçısı Nikita Xruşşovun Amerikaya səfəri ərəfəsində atılmışdı. Bu mühüm qərarın qəbulu ilə bağlı  ABŞ prezidentinin bəyannaməsi verilmişdi. Həmin bəyannamədən: “Sovet kommunizminin  dünyanın hər tərəfində bir çox millətlərin imperialist və təcavüzkar siyasət vasitəsi ilə əsarətə məhkum etdiyini, sovet hakimiyyəti altında olan millətlərin milli istiqlal hərəkatından və fərdi azadlıqlardan məhrum edildiklərini nəzərə alaraq, mən Duayt Eyzenhauer, ABŞ prezidenti, 1959-cu ilin 19 iyulu ilə başlayan həftəni Əsir Millətlər həftəsi elan edirəm” (13, s. 5).

60-cı illərdə   “Azərbaycan” məcmuəsində bu yönümdə çoxlu yazılar çap olunur. Jurnalın 1966-cı ilin 1-ci sayında çap olunan “Kommunizmlə mübarizədə Yeni Əsaslar nəşr olmalıdır!” (14, s. 2) məqaləsində yalnız Sovet İttifaqında deyil, eləcə də başqa məmləkətləri bürümüş “kommunizm taunu” ilə mübarizə yolları araşdırılır. “Kommunist kimdir?” (14, s. 17) yazısında isə kommunizmin mahiyyəti açılıb aşkarlanır. “30 ildə 30 rübdə” (15, s. 24) yazısında isə Sovet İttifaqında çalışan insanların amansız istismarından danışılır.

Mühacirlərimiz Azərbaycanın istiqlal tarixi ilə bağlı M.Ə.Rəsulzadənin, M.B.Məmmədzadənin, Ə.B.Yurdsevərin, Kərim Odərin və başqalarının məqalələrini, H.Cavidin, M.Ə.Sabirin, C.Cabbarlının, mühacir şairlərdən Kərim Yaycılının, Rəsul Budağın, Həmid Dönməzin, Teymur Atəşlinin əsərlərini, şeirlərini nəşr etdirirdilər.

Azərbaycanlı mühacirlər 70-ci illərdə də Azərbaycanın istiqlal tarixinin, ədəbiyyatının təbliği ilə ciddi məşğul olurdular. Azərbaycan İstiqlalının 55-ci ildönümü münasibəti ilə yorulmaz mücahid Əbdül Vahab Yurdsevər “Milli Azərbaycan dövlətinin istiqlalının elanı gününün 55-ci ildönümü” məqaləsində yazırdı: “Bundan tam 55 il qabaq Azərbaycan xalqı, Milli Şurasının aparıcılığı ilə istiqlalını bütün dünyaya elan edərək, qafqazlı qonşuları ilə birlikdə Rusiya ilə hər cür bağlarını qoparmış idi. Nədir həqiqətən bugünkü Sovet Azərbaycanı? Ən həqir bir müstəmləkədən fərqi nə ola bilir? Siyasi, iqtisadi, hərbi və mədəni varlığı nədən ibarətmiş? Hankı sahədə azadlığını və müstəqilliyini mühafizə edə bilib? Öz torpaqlarına hakim bir hökuməti varmıdır? Öz sərhədlərini qoruyan ordusu varmıdır? (16, s. 1-2).

 

“Azərbaycanda mübarizə durmayıb, bütün gücü ilə davam edir”

 

Mühacirlər bütün çətinliklərə baxmayaraq Ana vətəndə - Azərbaycanda baş verən hadisələrdən müxtəlif  vasitələrlə məlumatlar alırdılar. Jurnal yazırdı: “Azərbaycanda mübarizə dayanmayıb, bütün gücü ilə davam edir. Bütün dünya mətbuatı sovet kommunist idarəsinə qarşı dirənmə hərəkətlərindən bəhs edərkən ən ön sıralarda Ukrayna, Litva, Azərbaycan və Estoniyadan söz edir” (17, s. 67).

70-ci illərdə mühacirlər istiqlal mübarizəmizi maddi çətinliklər içərisində aparır, bəzi hallarda isə imkansızlıqdan jurnalı vaxtında nəşr etdirə bilmirdilər. Odur ki, belə müraciətlər verilirdi: “Bu gün dünyada  azad və müstəqil Azərbaycan davasının tək müdafiəsində dayanan məcmuə, 1952-ci ildən bəri minbir maddi çətinliklərə qatlanaraq öz işini görməkdədir. Vətənin tək səsi olan bu hürriyyət məşəlini yaşatmaq və dəstəkləmək hamımızın yurd və vicdan borcudur. Lütfən bu yolda maddi və mənəvi dəstəklərinizi bizdən əsirgəməyin!”

70-ci illərdə mühacirlər Sovet Azərbaycanı mətbuatında gedən böhtan yazıları da cavablandırırlar. 1972-ci ilin 30\11 tarixli “Bakinski raboçi” qəzetində mühacirlərə, Azərbaycan Kültür Dərnəyinə saxta ittihamlar irəli sürülmüşdü. Mühacirlər “Azərbaycan” jurnalının 1973-cü ildə çıxan 208-ci sayında buna cavab veriblər. Dərnək ətrafında toplaşanları “Sovet vətəninə xəyanət etmiş” adlandıranlara belə cavab verilirdi: “Nə zamandan sovet istismarçı imperiyası yerli türk xalqına Vətən olub?” (18, s. 51).

Qeyd edək ki, mühacirət mətbuatı tariximizdə “Azərbaycan  çox əhəmiyyətli rol oynayıb. Oxucular tərəfindən maraqla qarşılanan “Azərbaycan” jurnalı mühacirət mətbuatımız tarixində ən uzun ömürlüsüdür və hazırda Türkiyənin Ankara şəhərində yayımlanır.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.- 2011.- 27-28 yanvar.- S.9.