Türkiyədə
yaşayan azərbaycanlıların
I Qurultayı keçiriləcək
Ayxan Dəmirçi: ”Diaspor işində
birgə fəaliyyət əsasdır”
Bu
gün Avropanın bir sıra şəhərlərində fəaliyyət
göstərən Azərbaycan
diasporları arasında fəaliyyətinin
genişliyi, çoxşaxəliliyi və intensivliyi ilə fəqlənən
təşkilatlarımızın da
sayı çoxluq təşkil edir. Uzun illərdir ki,
Belçikada fəaliyyət göstərən Azərbaycan
Belçika Dostluq Cəmiyyəti(ABDC) də bu təşkilatlar
sırasındadır. ABDC-nin sədri,
aktiv şəkildə diaspor fəaliyyəti ilə məşğul
olan Ayxan Dəmirçi bizimlə söhbətində Azərbaycan
diasporlarının ictimai -siyasi
fəallığı haqqında bəhs etdi.
-Avropadakı Azərbaycan diaspor təşkilatlarının
ümumilikdə fəaliyyətində aktivlik yüksək səviyyədədir. Ancaq bu
təşkilatlarımız
ayrı-ayrılıqda çalışdıqları
üçün fəaliyyətləri ictimaiyyətdə çox da səs -səda
yaratmır. Bu səbəbdən
də diaspor işində birgə fəaliyyət əsasdır.
Artıq biz bu birliyi yaratmaq üçün bir sıra
maraqlı layihələr icra edirik. Məsələn,
İzmir Mədəniyyət Mərkəzi (İMM) ilə birgə
layihə kimi Türkiyədə yaşayan azərbaycanlıların I
Qurultayını keçirəcəyik. Onu da qeyd edim ki, biz birdən -birə
bu qurultayı keçirməyi qərara almadıq. Türkiyə,
Azərbaycan üçün
birliyin və həmrəyliyin
əsas olduğunun vacibliyini
düşünərək
bu birlik qurultayını həyata keçirməyə qərar vermişik. Sevindirici hal
odur ki, bu gün ətrafımızda
dəyərli dost və
qardaşlarımız var, onların dəstəyi ilə bu qurultayı keçirməyi qərara
aldıq. Diasporumuzun güclənməsi üçün ilk görəcəyimiz iş aradakı
bütün
ayrılıqları, bölünmələri aradan
qaldıraraq birliyimizi hər zaman qoruyub saxlamaqdır. Hamımız həmrəy
olaraq Azərbaycan üçün
çalışmalıyıq.
Dövlət qurumları, diaspor təşkilatları
olaraq daha aktiv çalışmalı, daima
qarşılıqlı dialoq
qurulmalı və güclü
azərbaycanlı diasporu yaradılmalıdır. Bir məsələni
də xüsusi olaraq vurğulayım ki, diaspor təşkilatlarının Azərbaycanın təbliği istiqamətində həyata
keçirəcəyi beynəlxalq layihələri dövlət
adamları və iş adamları dəstəkləməlidir.
-Belçikada
Azərbaycan diasporunun mövqeyi necədir, orada güclü bir diaspor təşkilatımız
varmı?
-
Səmimi olaraq qeyd edim ki, Belçikada çoxda güclü təşkilatımız
yoxdur. Güclü olmaq
üçün maddi və mənəvi baxımdan
geniş imkanlara sahib olmaq lazımdır. Bu cür imkanlar da bizlərdə çox
olmadığına görə
güclü sayılmırıq. Bu cür dəstəyin
olmaması da bizim fəaliyyətimizi
məhdudlaşdırır,
gücümüzü azaldır və həyata
keçirəcəyimiz layihələrin icra olunmasına mane
olur. Ancaq öz
imkanlarımız daxilində nələrsə
etməyə çalışırıq.
-Belçikada
azərbaycanlılarla bağlı hər hansı bir mətbu
orqan varmı?
-
Belçikada yaşayan azərbaycanlıların sayı o
qədər də çox deyil
, həmçinin toplu olaraq eyni bölgələrdə
yaşamırlar. Bu səbəbdən də qəzet, telekanal
və radiomuz yoxdur. Ancaq Belçikada nəşr edilən türk qəzetləri
və həmin mətbu orqanlarda
çalışan türk jurnalistləri tərəfindən Azərbaycanla bağlı məqalələr nəşr edilir və
yayımlanır. Bu sırada
“Yeni habər”, “Gündem”,
“Belçika habər” və başqa bir sıra qəzet və
jurnalların adını çəkmək olar. Bundan başqa Almaniyada yayımlanan Avropa türk
kanalına mütəmadi olaraq
dəvət olunuruq və Azərbaycanla bağlı müvafiq məlumatları veririk.
Onu da xüsusi olaraq vurğulayım ki, keçən il
sözügedən kanalda
Xocalı soyqırımı ilə bağlı məlumatlar
verdik.
-Bəs,
ABDC-nin internet saytı
varmı?
-
Hazırda internet saytımız
üzərində işlər
davam etdirilir. Bilirsiniz bu gün
saytlarda fransız dilində Azərbaycanla bağlı məlumatlar var. Ancaq flaman dilində isə demək olar ki, Azərbaycanla bağlı
məlumat yoxdur. Bunun üçün də istifadəyə verəcəyimiz
saytda flaman dilində gündəlik
məsələlərlə yanaşı, Azərbaycanın
tarixi, mədəniyyəti,
iqtisadiyyatı ilə
də bağlı yazılar yerləşdirəcəyik. Bu məlumatların
bu qeyd etdiyim
dilə tərcümə
olunmasına müəyyən
müddət
vaxt ayırmalıyıq. Ancaq
bu il
saytımızı istifadəyə
verəcəyik.
-
Belçikada təhsil
alan azərbaycanlı
tələbələrin diaspor
işində fəallığı necədir və təşkilatınızın
gənc üzvü varmı?
-
Qeyd etdiyim kimi Belçikada çoxlu sayda azərbaycanlı
yaşamadığı üçün gənclərimiz
çox deyil. Yəni bu gün Belçikada
təhsil alan bir neçə
azərbaycanlı gənc
var. Keçirdiyimiz tədbirlərimizə gənclərimizi
dəvət
edirik və onların bu sahədə fəal olmasına çalışırıq.
-Azərbaycanla Belçika arasında iqtisadi, siyasi və mədəni əlaqələr
hansı səviyyədədir?
-
Mən bu məsələyə bir
müşahidəçi olaraq
cavab verə bilərəm. Azərbaycan dövləti
və onun müvafiq təşkilatları
iki ölkə arasındakı
əlaqələrin dərinləşməsi üçün
lazımi tədbirlər
icra edirlər. Son illərdə bu
sahədə
irəliləyişlərində olduğu müşahidə
edilir. Məlumat üçün bildirim ki,
Azərbaycan Prezidenti
cənab İlham Əliyev 2009-cu ildə Belçikaya səfəri zamanı bu ölkənin baş naziri ilə görüşüb
və bir sıra müvafiq qərarlar qəbul olunmuşdur. Ötən ilsə Azərbaycanın
bir sıra şəhərlərinin və
regionlarının icra
başçıları Belçikaya səfərləri zamanı
Valoniya və Flamandiya bölgələrində mühüm görüşlər
keçirmişdilər. Flamandiya bölgəsində
görüşlər zamanı
Azərbaycan nümayəndə
heyətini Azərbaycanın
Belçikadakı diaspor rəhbəri kimi mən müşayiət etdim. İnanıram ki, gələcək illərdə iki ölkə arasında əlaqələr daha da inkişaf edəcək və bir sıra irəliləyişlər
olacaq.
-Tariximizin və mədəniyyətimizin təbliği istiqamətində
hansı işləri
görürsünüz?
-
İlk əvvəl onu xatırladım ki, 20 Yanvar faciəsi -hadisələri
başlayanda Belçikada
yaşayan azərbaycanlılar
və
türklər böyük mitinqlər edərək rusların törətmiş
olduğu qırğına
etiraz edərək, hər zaman Azərbaycanın yanında olduğumuzu bəyan etmişdik. Fikrimcə 20 Yanvar faciəsi qanlı tarixlə birlikdə həm də qəhrəmanlıq tariximizdir. Belə ki, şəhidlərimizin
qanı bahasına olsa da Azərbaycan
müstəqilliyinə qovuşdu. Təbii ki, bizdə hər il Azərbaycanın Brüsseldəki Səfirliyi ilə birlikdə 20 Yanvar faciəsinin anım mərasimini keçiririk.
Bundan başqa Xocalı soyqırımı
və 31 Mart soyqırımı
ilə bağlı Belçikada müxtəlif adda tədbirlər keçiririk. Reallaşdırdığımız
mitinq və konfranslarda belçikalılara və
Belçikada yaşayan
xalqlara broşür və bu faciələrlə bağlı olaraq müxtəlif məlumatların yer aldığı
kitabçalar paylayırıq. Ən son olaraq 2010-cu ildə “Xocalıya ədalət” kampaniyası çərçivəsində
digər diaspor təşkilatlarımızla birlikdə
Brüsselin məşhur prospektlərində yürüşlər
təşkil etmişdik. Eyni zamanda Avropa təşkilatlarının rəhbərlərinə
və avropalı və belçikalı millət vəkillərinə
etiraz məktubları
göndərmişdik.
2010-cu
ildə ABDC olaraq 20 Yanvar faciəsində həlak olan soydaşlarımızla
bağlı anım mərasimi keçirmişik.
Xocalı soyqırımı
ilə bağlı mitinq
təşkil etmişdik.
Belçikadakı erməni
səfirliyinə, Avropa
parlamentinin rəhbərlərinə və
İnsan Haqları Məhkəməsinə Qarabağ
işğalı ilə
bağlı məktublar
göndərilmişdi. Bundan
başqa Avropada ayrıca yayımlanan Avropa televiziyasında cəmiyyət
rəhbəri olaraq Qarabağ işğalı
ilə bağlı proqramların yayımlanmasına
nail olmuşuq.
Bundan başqa təntənəli
şəkildə Novruz
bayramını qeyd etmişik.
Belçikaya Azərbaycanın
bir sıra şəhər və regionlarının icra hakimiyyətlərinin iştirakı
ilə toplantı keçirmişik.
Həmçinin Əsmayə
Cavdovanın başçılıq
etdiyi və Azərbaycanda fəaliyyət
göstərən Ziyalı
Qadınlar Dərnəyinin
idarə heyəti ilə görüşümüz olub.
28 May Respublika Günü
ilə bağlı futbol turniri təşkil etmişdik. Belçikadakı səfirliyimizin dəstəyi
ilə burda Azərbaycanın “Qartallar”
folklor qrupunun çıxışını təşkil etmişdik.
Bundan başqa Azərbaycan poeziyasını
Belçikada tanıtmaq
məqsədiylə, səfirliyimizin
dəstəyi ilə poeziya axşamı keçirtdik.
Ümumiyyətlə,
qeyd edim ki, Azərbaycan mədəniyyətinin Belçikada tanıdılması
ilə əlaqədar bir sıra tədbirlər
həyata keçiririk.
Məsələn,
bu tədbirlər sırasında Novruz bayramı
şənliyi, qədim kökləri olan folklor nümunələrimizlə
bağlı, bundan başqa Respublika Günü ilə
bağlı tədbir keçiririk. Poeziya gecələri
keçiririk. Bu tədbirlərimizdə
hər zaman Azərbaycanın milli mətbəxinin nümunələrini
təqdim edirik, eyni zamanda iştirakçılara Azərbaycan mədəniyyəti
haqqında broşürlər veririk.
-
Belçikada erməni diasporunun gücü hansı səviyyədir?
-
Dünyanın bir çox yerlərində
olduğu kimi Belçikada da erməni
diasporu var və güclü fəaliyyət göstərir. Bunun da əsas səbəbi məlum
olduğu kimi onların ABŞ-a
və Avropaya daha əvvəlcədən
gəlməsi idi. Onlar artıq
bu cəmiyyətə inteqrə olunub və müəyyən mövqe tutublar.
Bu səbəbdən də
xüsusi olaraq
vurğulayım ki, Azərbaycan diasporu gənc olsa da son
illərdə erməni diasporuna
və onların uydurduğu
yalanlara qarşı gücünü ortaya qoya bilər və
hətta daha güclü addımlar ata bilər.
-
ABDC-nin binası varmı?
-Hazırda binamız yoxdur. Buna səbəb də
maliyyə imkanlarımızın az olmasıdır. Amma
indi fəaliyyətimizi bizə
yaxın olan dost və qardaşlarımızın ofisində
davam etdiririk.
Günay ƏLIYEVA
Paritet.- 2011.- 27-28
yanvar.- S. 8.