Almaniyada yaşayan gənclərdə vətənpərvərlik ruhu çox güclüdür

 

İbrahim Əhmədov: “Azərbaycanın Almaniyada tanıdılması, əsasən siyasi və iqtisadi maraqlarımıza xidmət edə bilər”

 

Alman KİV-ində bizim ölkəyə qarşı neqativ görüşlər hələ də qalmaqda davam edir. Öncə də qeyd etmişdik ki, bu situasiya Almaniyada yaşayan həmyerlilərimizi, əsasən də bu ölkədəki səfirliyimizi narahat etmişdi. Buna etiraz olaraq Almaniyadakı səfirliyimiz tərəfindən hazırlanmış məktuba bir neçə milli diaspor təşkilatı sədri də imza ataraq aidiyyəti qurumlara göndərmişdilər. Lakin deyəsən, diasporumuzun etirazları, daha doğrusu, gerçəklər almanların heç ağlına batmır. Bu da diasporumuzun Almaniyada Vətənimizin tanıtımına tam ziddir. Görünür, diasporumuzun etirazının ciddiyə alınması, ümumiyyətlə, Almaniyada Azərbaycanın daha da tanınması üçün hələ görüləsi çox işlər var. Bu və digər məsələlərlə bağlı suallarımızı Köln Universitetinin doktorantı, beynəlxalq məsələlər üzrə analitik İbrahim Əhmədov cavablandırıb. Qeyd edək ki, İ.Əhmədov Bakı Dövlət Universitetini Beynəlxalq Münasibətlər ixtisası üzrə bitirdikdən sonra Almaniyada təhsilini davam etdirib və Beynəlxalq Münasibətlər Master dərəcəsini alıb. O, hazırda Köln Universitetində Beynəlxalq Siyasət üzrə doktor işini bitirmək üzrədir. Onun əsas tədqiqat sahələri beynəlxalq münasibətlər nəzəriyyələri, yeni siyasi aktorlar, beynəlxalq siyasətdə KİV-in təsiridir.

- İbrahim müəllim, Almaniyada Azərbaycanın daha da tanınması üçün hansı işlərin görülməsinə ehtiyac var? 

- Hər bir fəaliyyətə başlamazdan əvvəl onun məqsədlərini müəyyənləşdirmək, sonra isə həmin məqsədlərə nail olmaq imkanlarını dəyərləndirmək lazımdır. Azərbaycanın Almaniyada tanıdılması, əsasən siyasi və iqtisadi maraqlarımıza xidmət edə bilər. Hər iki məqsəd üçün öncə lobbi işlərini artırmaq, daha sonra isə alman KİV-ində Azərbaycanla bağlı məlumat yaymaq lazımdır. Təəssüf ki, KİV adətən daha çox tənqidi və mənfi xarakterli məlumatın yayılmasına üstünlük verir. Səbəb isə budur ki, müsbət məlumatlar adətən oxucu və izləyicilərə maraqsız gəlir. Əlbəttə, ölkəmizə aid olan məlumatların müsbət, ya mənfi xarakterli olması ölkədaxili proseslərdən də birbaşa asılıdır.

- Bəs, alman KİV-ində Azərbaycanın təbliği işi necə aparılır?

- Adətən belədir ki, hər hansı bir mövzu özünə həddindən artıq diqqət cəlb edəndə, KİV daha çox tənqidi məlumatlanmaya üstünlük verir. Alman KİV-ində Azərbaycan haqqında yayılan məlumatların bəzisi olduqca müsbət məzmunludur. Bizim üçün müsbət olan məqalələr, əsasən Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi hadisələrlə əlaqədar dərc olunur. Lakin son zamanlar “Avroviziya” müsabiqəsi ilə əlaqədar ölkəmizin daxili siyasətinə də maraq artmış və bu səbəbdən, tənqidi məqalələrin sayı çoxalmışdır.

- Son zamanlar alman mediasında Azərbaycanla bağlı daha çox tənqidi materiallar verilir. Sizcə, Almaniya hökumətinin bunda marağı nədir?

- Məncə, alman hökumətinin bunda heç bir marağı yoxdur. Bəlkə əksinə, alman hökuməti öz iqtisadi maraqlarının naminə Azərbaycan hökuməti ilə əməkdaşlıq etməyə meyillidir. Lakin alman KİV-i hökumət, yaxud hər hansı siyasi partiya tərəfindən idarə olunmur, hərçənd ki onların müəyyən siyasi meyilləri var. Almaniyada mətbuat əsasən özəl media şirkətlərinin əlindədir bu səbəbdən, izləyicilərin tələbatına cavab verməyə çalışır. Yəni KİV- yayılan məqalə verilişlər izləyici oxucular üçün maraqlı olmalıdır. Buna nail olmağın ən asan yolu isə təhrik, tənqid, sensasiya məzmunlu məqalə verilişlərin yayımlanmasıdır.

- Almaniyanın Azərbaycana qarşı beynəlxalq kampaniyalara qoşulması nəyə xidmət edir?

- Dediyim kimi, Almaniya hökumətinin rəsmi siyasətini alman KİV-ində yayımlanan məlumatlardan ayırd etmək lazımdır. Məncə, burada Almaniyanın Azərbaycana qarşı hər hansı bir kampaniyaya qoşulmasından söhbət gedə bilməz. Sadəcə olaraq, alman KİV-i oxucu izləyicilərin tələbatına müvafiq olaraq tənqidi məlumatlar yayımlamağa üstünlük verir.

- Hazırda dünyanı bürüyən maliyyə böhranı Avropanı çökdürüb. Almaniya hökuməti böhranın onlara təsir etmədiyini bildirsə , yayılan məlumatlara görə, bu gün Almaniyanın bu böhranın içində olduğu görünür...

- Əlbəttə, maliyyə böhranı xüsusən Yunanıstan maliyyə böhranı bütün Avropa ölkələrinin iqtisadiyyatına təsir etmişdir. Başqa ölkələrlə müqayisədə, Almaniyada iqtisadi vəziyyət o qədər pis deyil. Hətta Almaniya hökuməti böhran illəri ərzində artmış dövlət borclarını azaltmağa nail olmuşdur. Lakin son hadisələrdən sonra avronun Avropa Birliyinin gələcək səmərəliliyi bəzilərinə bir az şübhəli görünə bilər, çünki Yunanıstanın maliyyə problemi hələ tam çözülməmişdir. Lakin Avropa bu maliyyə böhranının öhdəsindən gəlsə, sanki bir imtahandan çıxmış olar ehtimal budur ki, bu imtahandan uğurla çıxacaq.

Onu da qeyd edim ki, hazırda Avropa ölkələrinin demoqrafik böhran, ailə digər ənənəvi cəmiyyət institutlarının aradan getməsi kimi maliyyə iqtisadi problemlərindən daha böyük problemləri var bu problemlər uzaq gələcəkdə Almaniya başqa Avropa ölkələrinin iqtisadiyyatına da öz mənfi təsirini göstərə bilər.

- Almaniya Azərbaycanı qeyri-demokratiklikdə ittiham edir. Amma yayılan məlumatlara görə, hazırda Almaniyada seçki saxtakarlığı, dözümsüzlük, hökumətin təqibləri, korrupsiya, işdən atılanların etirazları, sosial narazılıqlar s. artmaqdadır...

- Mütləq söz azadlığı mütləq demokratiya dünyanın heç bir nöqtəsində mövcud deyil, çünki onların gerçəkləşdirilməsi mümkünsüzdür. Hər bir mədəniyyətin özünəməxsus azadlıq məhdudiyyətləri var. Bu məhdudiyyətlər həmin cəmiyyətdə hökm sürən ictimai dəyərlərə əsaslanır. İctimai dəyərlər cəmiyyətlər arasında fərqlidir hər bir cəmiyyət hər hansı səbəbdən məhz öz dəyərlərini mütləq həqiqət kimi görüb, bütün başqa cəmiyyətlərin dəyərlərini pisləyir. Deməli, alman KİV-inin ittihamları əsasən alman Azərbaycan cəmiyyətləri arasında mövcud olan dəyərlər fərqindən qaynaqlanır. Azərbaycan cəmiyyəti Almaniya kimi azadlıq demokratiyanı ən yüksək dəyər kimi görür, lakin bu dəyərlərin tərifi hər iki cəmiyyətdə bir az fərqlidir.

Odur ki, Almaniyada da söz azadlığı mütləq deyil, ayrı-seçkilik siyasi səbəblərdən həbs olunmuş insanlar da var, lakin bunlar alman cəmiyyətinin nəzərində bəyənilən məhdudiyyətlərdir. Alman cəmiyyətində mövcud olan məhdudiyyətlərin bəzisi bizə əsassız kimi görünə bilər eləcə almanlar bizim cəmiyyətdə mövcud olan bəzi məhdudiyyətləri əsassız görürlər. Səbəb isə, dediyim kimi, dəyər perspektivlərin fərqli olmasıdır.

- Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində kimi maraqlıdır? 

- Almaniyanın bəzi millət vəkilləri dövlət xadimləri Azərbaycana meyillidirlər, bəziləri isə ermənilərin mənafeyini müdafiə edirlər. Avropa İttifaqı ayrıca Almaniya hazırda yeni münaqişələrə qarışmaq, yəni özünə əlavə problemlər, “baş ağrısıyaratmağa meyilli deyil. Ümumiyyətlə, Almaniyanın xarici siyasətdə fəallığı onun daxili ictimai rəyindən çox asılıdır.

Bəzən KİV- müəyyən bir mövzu yayılıb, məşhurlaşır, çünki cəmiyyətin həmin mövzuya marağı getdikcə artır nəticədə elmi dairələrdə “CNN effektikimi tanınan bir fenomen baş verir. Yəni medialar cəmiyyətin diqqətini müəyyən bir məsələyə cəlb edərək, rəsmi siyasətə təsir göstərirlər.

Misal üçün, hazırda Almaniya hakimiyyətinin İranın nüvə proqramına qarşı münasibəti müəyyən qədər alman cəmiyyətinin mövqeyini əks etdirir. Lakin Qarabağ münaqişəsi Almaniya ictimaiyyətində aktual siyasi mövzular sırasına aid deyil və buna görə də, Almaniyanın bu məsələ ilə bağlı öz-özünə fəallaşmasını gözləmək hazırkı vəziyyətdə sadəlövhlük olardı.

-  Bəs, Almaniya parlamentində Azərbaycanın mövqeyi hansı səviyyədə müdafiə olunur?

- CDU/CSU fraksiyasının beynəlxalq işlər üzrə işçi qrupunda son illərdə Azərbaycanın mövqeyini müdafiə edən əsas şəxs Eduard Lintner olub. Lakin həmin fraksiyada və eləcə də başqa fraksiyalarda ermənipərəst siyasətçilər də var. Ümumiyyətlə, Qarabağ münaqişəsi öz-özlüyündə Bundestaqda az müzakirə olunur. Almaniyanın xarici siyasətini əsas iki prinsip idarə edir: mənəvi dəyərlər və maddi maraqlar. Mənəvi dəyərlər baxımından Ermənistan, ən azından din və mədəniyyət yaxınlığına görə Almaniyaya daha yaxındır. Azərbaycan isə Almaniyanı əsasən maddi cəhətdən, yəni yanacaq ixracatçısı kimi maraqlandırır. Lakin cəmiyyətdə hər iki ölkə və onların arasında olan münaqişə barədə məlumat olduqca azdır.

Məhz buna görə, Qarabağ problemi Almaniya Bundestaqının gündəmində deyil və ən yaxşı halda ara-sıra bəzi fraksiyalara aid olan işçi qruplarının gündəminə düşür.

- Diaspor təşkilatlarımızla əməkdaşlıq edirsinizmi? Ümumiyyətlə, Almaniyada diaspor təşkilatlarımızın əməkdaşlıq münasibətləri hansı səviyyədədir?

- Bəli, bəzi tələbə təşkilatları ilə əlaqələrim var. Almaniyada diaspor təşkilatlarının içində tələbə təşkilatlarının fəaliyyəti nəzərimə çarpır. Azərbaycan mənafeyinə çalışan bu təşkilatları dəstəkləmək və onların maddi bazasını genişləndirməklə fəaliyyətlərini artırmaq lazımdır.

- Azərbaycan diasporu daha da inkişaf etmək üçün hansı maneələri dəf etməlidir?

- Lobbiçilik fəaliyyətini artırmaq məqsədəuyğun olardı. Bundan əlavə, müasir məlumat vasitələri təbliğat üçün yeni imkanlar bəxş edir. Azərbaycanın mənafeyinə uyğun olan məlumatları internet məkanında və o cümlədən, ictimai şəbəkə-internet səhifələrində yerləşdirmək də əlverişli ola bilər.

Diasporumuzun təşkilatlanma  prosesini sürətləndirmək üçün Azərbaycan dövləti və cəmiyyətimiz diasporumuzu dəstəkləməlidirlər, çünki Almaniyada yaşayan azərbaycanlılar əksəriyyəti imkanlı iş adamları deyillər, təqaüdlə təhsil alan tələbələrdir. Bu gənclərdə vətənpərvərlik ruhu çox güclüdür, lakin dediyim kimi, onların potensialından istifadə etmək üçün maddi bazanı genişləndirmək lazımdır.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-14-16 aprel.- S.10.