Bizim diasporumuzun güclü olması dövlətimizin də güclü olması deməkdir”

 

Gülşən Lətif : “Bu gün Azərbaycan diasporunun nəinki Niderlandda, eləcə də Avropada çox böyük nüfuzu var”

 

Aprelin 23-də Azərbaycan Kinematoqrafçılar İttifaqının akt zalında “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri, Azərbaycan və Niderland Yazıçılar Birliklərinin üzvü, Niderland Ssenaristlər və Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan Respublikasının əməkdar mədəniyyət xadimi xanım Gülşən Lətifin “Bir çətir altında” kitabının təqdimat mərasimi keçirildi. Xatırladaq ki, 2006-cı ildə Dünya Azərbaycanlılarının Koordinasiya Şurasına üzv seçilən Gülşən Lətif  2007-ci ildən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədridir. 2011-ci ildə  Prezident İlham Əliyevin sərəncamı ilə xanım Gülşən Lətifə “Əməkdar incəsənət xadimi” fəxri adı verilib. O, iki roman, bir hekayə və povestlər toplusunun, eləcə də “Domino”, “Sabun” kimi qısametrajlı bədii filmlərin müəllifidir.

Tədbiri giriş sözü ilə açan şair, professor Əhməd Qəşəmoğlu sözügedən kitabın  Moskvada nəşrini ədəbiyyatımızın önəmi baxımından yüksək qiymətləndirdi: “Rus oxucusu daha çox tələbkardır. Baxmayaraq ki, Gülşən xanım kitablarını rusca yazır, amma onların hamısında azərbaycançılıq ruhunu duymaq olur. “Bir çətin altında” kitabı “Rusiya xalqlarının XI Artiadası” incəsənət festivalının “Ədəbiyyat” nominasiyası üzrə laureatı olub. Rus yazıçıları kitabı çox yüksək qiymətləndiriblər. Onlar hamısı Gülşən xanımı nəsrə gələn ciddi bir yazıçı adlandırıblar”. G.Lətifin qələmə aldığı digər əsərlərə görə çoxlu mükafatlar qazandığını xatırladan natiq onun kino sahəsində işlərini də qeyd etdi: “Gülşən xanım ictimai həyatda da çox aktiv xanımdır. Kino sahəsinə olan sevgisi onun bir neçə qısametrajlı filmlər çəkməsinə səbəb oldu”.

Diasporla İş üzrə Dövlət Komitəsinin Avropa şöbəsinin müdiri  İlham Məmmədov  səbəbkarın diaspor sahəsində gördüyü fəal işləri diqqətə çatdırdı: “Niderlandda Azərbaycanı təmsil edən bir neçə diaspor təşkilatımız var. Onların fonunda yer tutmaq, seçilmək asan iş deyil. Niderlandda müxalif qüvvələrin aktiv olduğu zamanlarda belə Gülşən xanım ədalətli mövqedə yer aldı və Azərbaycanın tanıdılması, təbliğ olunması sahəsində əvəzedilməz xidmətlər göstərdi. Niderlandda yaşayan hər bir azərbaycanlı dəstəyi, köməyi Gülşən xanımın yanında axtarır. O həm də çox yaxşı dostdur”.

G.Lətifin qələmindən çıxan hər bir kitabın çox fərqli aura yaratdığını söyləyən Ombudsman Elmira Süleymanova həmin əsərlərin tək fabula ilə deyil, öz obrazları ilə qəlblərə yol tapdığını, hamının sevgisini qazandığını vurğuladı: “Mən Azərbaycan xalqının güc birliyini alqışlayıram. Azərbaycan tarixində bizim qadınlar heç bir vaxt cəmiyyətdə passiv olmayıblar və yaşadıqları hər bir zamanda öz sözləri və əməlləri ilə kişilərlə bərabər mübarizə aparıblar. İndi də hər bir sahədə : tarix, ədəbiyyat, idman, incəsənət və elmdə bizim qadınlar çox aktiv və bacarıqlıdırlar. Gülşən Lətif həm ictimai fəaliyyətində, həm də əsərlərində  əzmlə, dönməzliklə, cəsarətlə Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırır. Bu mənada o həm millətçidir, həm də millətçilikdən uzaq olan insandır. Azərbaycan hər zaman belə mərd qadınlarla fəxr edir. Onun “Ana Vətən”in milli maraqlarına uyğun müxtəlif layihələr həyata keçirməsi, Azərbaycanı layiqincə təbliğ etməsi və bizim səsimizi çatdırması üçün biz ona dəstək olmağa həmişə hazırıq”.

Şair, publisist Əjdər Ol təəssüf hissi ilə bildirdi ki, yazıçının birinci kitabı çıxanda bundan heç kimin xəbəri olmadı. “Amma ikinci kitab olan “AzərAida adası” romanı Gülşən xanıma çox böyük uğur gətirdi. Mən inanıram ki, həmin kitabın növbəti nəşrlərdə bundan da daha böyük uğuru olacaq. Sonuncu kitabda isə emiqrantların həyatı barədə yazılan povest və hekayələrdə də qürbət həyatı barədə, oradakı iztirablar barədə  çox vacib məsələyə aydınlıq gətirilir”. 

Xalq artisti, Kinematoqrafçılar İttifaqının birinci katibi Rasim Balayev bildirdi ki, yazıçının ona ən çox təsir edən əsəri “AzərAida adası” romanıdır: “Mən fikirləşirəm ki, həmin əsər mütləq ssenari halında işlənməli və film çəkilməlidir. Orada bədnam qonşularımızla bağlı onların iç üzünü açan çox maraqlı nüanslar var”.

Tənqidçi Əsəd Cahangir yazıçının qələmini illər öncə çap olunan “Pıspısa” hekayəsi ilə tanıdığını bildirdi: “İstedadla yazılan yazılar tarixdə həmişə qalır və bütün əsərlərdən seçilir. “AzərAida adası” əsərində isə yazıçı Ermənistan-Azərbaycan münaqişəsinə dünyadan bir baxışla nəzər yetirir. O, həqiqətə münasibətdə qızıl mövqedə dayanır. O daha qlobal nöqtədən çıxış edərək dünyaya bizi qəbul edəcək tərzdə təqdim edir. O, Azərbaycan ədəbiyyatının səsini belə gözəl, mükəmməl mövqedən dünyaya yayır. Məhz belə də olmalıdır, çünki yazıçı mövqeyi obyektiv mövqe olmalıdır. Və biz bu mövqeni onun bütün əsərlərində görürük. Yazıçı ümumbəşəridir. Gülşən xanımın qələminin məhsullarında yalançı ümumbəşərilik yoxdur. Mən inanıram ki, o ən gözəl əsərlərini hələ bundan sonra yaradacaq. Hesab edirəm ki, Azərbaycan xanımının yazıçı meydanına gəlməsi, dünya səhnəsinə çıxması qəhrəmanlıq dastanıdır. Gülşən xanım bu dastanı yazır”.

Aktrisa Amalya Pənahovanın sözlərinə görə, yazıçının incəqəlbliliyi, insansevərliyi onun hər bir sətrində görünür: “Onun böyüklüyü ondadır ki, Azərbaycan ruhunu, qəlbini, düşüncəsini uzaq ölkələrdə nümayiş etdirə bilir. Çünki xaricdə yaşayıb-yaradıb və bununla belə milliliyi qorumaq çox çətindir”.

“Bir çətir altında” hekayə və povestlər kitabımın Moskvada nəşr olunması mənim üçün çox böyük hadisədir. Çünki bu kitab orada dərc olunan ilk əsərimdir. Kitabın ilk təqdimatı da Moskvadakı Yazıçılar Evində keçirildi. Daha sonra mən eşitdim ki, kitab mənə “Rusiya xalqlarının XI Artiadası” incəsənət festivalının “Ədəbiyyat” nominasiyası üzrə laureatı adını qazandırıb və çox sevindim. Bu kitab emiqrasiya həyatı yaşayan balaca adamlar və ümumiyyətlə həyatdan bəhs edir. Kitab iki bərabər hissəli silsilədən - “Xoşbəxtliyin oğurlanmış anı” və “Yağışdan yorulanlar”dan ibarətdir. Kitabın əsas ideyası budur ki, bu qədər fərqli və çox bənzər olan bizim hamımız bu qəzəbli dünyada yalnız bir şərtlə - bir-birimizi anlayacağımız, məhəbbət bəsləyəcəyimiz və hörmət edəcəyimiz  təqdirdə sağ qala bilərik”, bu sözləri Gülşən Lətif bizimlə söhbətində bildirdi. “Doğrusu, kitabımın təqdimatı mənim üçün də gözlənilməz oldu. Çünki səhhətimlə əlaqədar olaraq mən bir ildir ki, məzuniyyətdə idim. İşlərimə uzun ara verməli oldum. Belə bir təqdimat mərasiminin təşkilini Kinematoqrafçılar İttifaqı mənə təklif edəndə səhhətimə görə sonraya saxlamaq istədim. Amma sonra yaxşı-yaxşı fikirləşdim və qəbul etdim. Sizin vasitənizlə mən onlara dərin minnətdarlığımı bildirirəm. Təsadüf elə gətirdi ki, mənim ilk kitabımın təqdimatı da məhz bu məkanda olub. Sonra “Domino” adlı  ilk qısa filmim bu zalda təqdim olunub. Ona görə düşündüm bu bir işarədir ümid edirəm gələcəkdə birgə işlərimiz olacaq”.

      G.Lətif deyir ki, qələmə aldığı bütün əsərlər onun üçün çox əzizdir, doğmadır: “Mənim yazmağa başlamağım da qəribə olub. İnsan var ki, çox tez yaşlarında yaradıcılığa başlayır. Mən isə o vaxtlar özümü yazıçı kimi görmürdüm hiss etmirdim. 45 yaşından sonra yazmağa başladım. artıq hiss edirəm ki, yazıçı statusuna alışmaq lazımdır. Uzun illərdir ki, cəmiyyət arasında ictimai işlərdə çalışdığımdan, bu statusa hələ yeni-yeni alışmağa başlamışam. Mən heç vaxt düşünmürdüm ki, ilk yazdığım kitab mənə Moskvada mükafat qazandıracaq. O mükafatdan sonra sanki bir yol açıldı. Sonuncu kitabım Moskvada nəşr olunandan sonra Hollandiya nəşriyyatı onu görüb mənə orada da nəşr etdirmək istədiklərini bildirdilər. Bu məncə, böyük hadisədir. Çünki biz avropalıların qarşısına öz mədəniyyətimizlə, ədəbiyyatımızla çıxırıq. Onu da qeyd edim ki, bu, Niderlandda bir azərbaycanlının nəşr olunan ilk əsəridir. Həm ona görə sevincli xoşbəxtəm ki, iki xarici ölkədə iki müxtəlif dildə çap olunan kitabın ilk səhifələrindərəssamsözünün qabağında Hollandiyada yaşayan azərbaycanlı rəssamlar sözləri yazılıb”. 

- Gülşən xanım, yazıçılıqla bərabər, siz Niderlandda diasporumuzun fəal nümayəndəsisiniz.  2007-ci ildə “Ana VətənAvropa Azərbycanlı Qadınlar Birliyini təsis etdiniz. Bu illər ərzində gördüyünüz işlər barədə deyə bilərsiniz?

-Belə birliyin yaranması təşəbbüsünü ilk dəfə Benilüks Azərbaycan Təşkilatları Əlaqələndirmə Şurasında təklif etdim sonra ətraflı müzakirə olundu   təsis edildi. Əslində bu, 2004-cü ildə qurulan “Ana VətənAvropa-Qafqaz Elm Mədəniyyət Mərkəzinin yeni formada təqdimi idi. Həmin mərasimdə Hollandiyada yaşayan azərbaycanlı rəssam Vəfa Rüstəmova Rasim Hüseynovun rəsm sərgilərinin təntənəli açılışı keçirildi. Hamı heyran qaldı. Birliyimizin əsas məqsədi Avropa ölkələrində yaşayan azərbaycanlı fəal ictimai qadınları bir araya gətirərək  milli maraqlarımızı, problemlərimizi sivil, mədəni, elmi yollarla dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Bundan başqa qeyd etmək istəyirəm ki, xarici ölkədə Azərbaycan qadınının məsuliyyəti ikiqat artır. Çünki bu gün Avropada formalaşan yeni nəsli assimilyasiyadan qorumaq anaların  üzərinə düşür. Uşaq ana dilini, öz adət-ənənəsini anadan öyrənir. Həm ona görə biz “Ana VətənAvropa Azərbaycanlı Qadınlar Birliyi adlanırıq. Mən analıq evdarlıqla yanaşı, Hollandiyanın müxtəlif ictimai işləri ilə məşğul olan Azərbaycan qadınları ilə fəxr edirəm. Bu illər ərzində cəmiyyətdə əmək verən bütün xanımlarımıza azərbaycançılıq uğrunda vaxtlarını enerjilərini sərf etdikləri üçün minnətdarlıq edirəm. Amma hədəfimiz yalnız azərbaycanlı qadınları birləşdirmək deyil, öz sıralarımızda avropalı qadınları da görməkdir. Azərbaycanlılar tarix boyu tolerant xalq olub bizi yaxından tanıyan avropalı qadın bizi sevməyə bilməz. Görülən işlərə gəlincə, bu illər ərzində Azərbaycanın tarixi günləri şərəfinə müxtəlif səpkili tədbirlər, konfranslar təşkil etmişik. Məsələn, 2008-ci ildə Milli Dirçəliş Konstitusiya günləri ərəfəsində bizim birlik Apeldorn şəhərində səfirliyimizin iştirakı iləAzərbaycan gecəsiproqramı keçirdi. Orada Azərbaycan haqqında sənədli filmlər nümayiş etdirdik. Azərbaycan incəsənət xadimlərinin ifasında maraqlı mahnı rəqs proqramı təqdim edirik. Tədbirlərimizdə hər zaman mədəniyyətimizi, musiqimizi, mətbəximizi təbliğ edirik. Bir ildir ki, özüm bu işlərdən uzaq qalsam da, birliyimiz daim fəaliyyət göstərir.

- Ümumiyyətlə, həm Niderlandda, həm dünyanın digər ölkələrində diaspor sahəsində görülən işləri necə qiymətləndirirsiniz?

- Əvvəllər  Hollandiyada Azərbaycanı çox az tanıyırdılar. Amma indi günü-gündən orada Azərbaycanın dostlarının sayı artır. Azərbaycanın Hollandiyada fəaliyyət göstərən səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi diaspor sahəsində olduqca mühüm işlər görür. Səfirliyin açılması Hollandiyada yaşayan azərbaycanlıları çox sevindirdi. Onların sayəsində bizim işlərimiz daha da sürətləndi. Hollandiyada Xocalı abidəsi, Bakı küçəsi, restoranı açıldı. Bu il fevralın 14-də “Xocalıya ədalətkampaniyası çərçivəsində bir sıra görüşlər keçirildi. Çox xoşbəxtik ki, bizim diaspor komitəmiz var onlar bu sahədə uğurlu işlər görürlər. Bu gün Azərbaycan diasporunun nəinki Niderlandda, eləcə Avropada çox böyük nüfuzu  var. Diaspor adına fəaliyyət göstərən bütün təşkilatlar Azərbaycanın tarixinin, mədəniyyətinin, ədəbiyyatının təqdimi təbliği ilə ciddi məşğul olur. Türk təşkilatları ilə Azərbaycan təşkilatlarının birgə fəaliyyəti çox uğurlu nəticələr verir. Hesab edirəm ki, bu, diasporumuzın məqsədyönlü işlərindən biridir. Bizim diasporumuzun güclü olması dövlətimizin güclü olması deməkdir.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-26-27 aprel.-S.12.