GÜNDOĞAR
ÖLKƏSİ: TƏBRİZLİ ŞƏMS VƏ
MÖVLANA
Çox
çalışdım Mövlananın
səkkiz yüz illiyinə nəsə yazmayım, çünki xırdaca bir insan olduğum üçün o böyüklükdə
dünyanın yükünü
çiynimdə daşımaqdan
qorxurdum. Şəms Təbrizlə Rum mollasının
haqqını kiçik
bir yazıyla bir yerdə ödəmədək gülünc
gəlirdi mənə,
onlara dərin sevgimi yalnız ürəyimdə daşımaq
istəyirdim. Amma alınmadı, yazmaq vəsvəsəsindən yaxa
qurtara bilmədim. Bu kiçik yazı özünü mənə
yazırdı. Dırnaq
arasındakı statlar
ümumiyyətlə Şəmsin
"Məqalat" kitabından
və Mövlananın "Şəms"
başlıqlı böyük
divanından alınmışdır.
Adlım
filosof və psixoloq Erik From deyir: "Mövlana təkcə bir şair və
bəlli bir firqənin qurucusu olan arif deyildi.
O, insan təbiəti barəsində dərin baxışa malik idi... yaşamın ən böyük vurğunlarından olan Mövlana üstbilinc (fövqəlidrak) , altbilinc
(təhtəlidrak), azadlıq
məsələsi, ruh
toxtaqlıği, və
insanın iqtidarından
danışırdi". Fromun
dediyinə görə,
böyük humanist sayılan
Mövlananın düşüncələri,
çağdaş insanın
mədəni yaşamını
zənginləşdirə bilər.
Belədirsə, yenə
də köhnə bir məsələyə qayıtmalı oluruq. Azərbaycan mədəniyyəti
Mövlana və onun ruhunu rəqsə
gətirən Təbrizli
Şəmsi unutduğundan
bir çox şeyləri itirir. Nizami böyük şairdir, ancaq Nizamiyə həsr olunmuş araşdırmaların
yüzdə biri Şəmsə həsr olunsaydı, çağdaş
mədəniyyətimizdə başqa çalar, başqa ləzzəti yaşayacaqdıq. Mövlananın
nəbzini hamıdan çox Nəsimidə tuta bilərdik, onu da ki,
Rus komonizminin təhrif maşını
bütünlüklə hürufilik
küncünə sıxnaşdırırd.
Çılğın ruhundan
boşaldılmış Nəsimi,
yoldaş Baqirovun əsgərləri səviyyəsinə
endirildi.
Mövlana
adı ilə tanınmış Cəlaləddin Qunəvi
(1207-1273) qamışlıqdan kəsilmiş ney idi. Insanın əzəli
yurdunun özləm və nisgilini çağlayan
qarğı: "Yanıb yaxılan bu neyi dinlə". Renold
Nikolsona görə, "sözsüz bu neydən məqsəd
bitkin insanın vücududur ki, yaşadığı ruh aləmindən
ayrıldığı üçün ağlayır və əzəli
yurduna qayıtmaq marağını özü ilə
yanaşı özgələrdə də oyadır. İlahi
ruhdan dolub daşmış şair, içindəki
yanğını neydə hayqırır. Bu neyi dinləndirən
Şəms idi. Mövlana ona xitabən deyir: "sən gələli
bizdən biz getdi; Içəri gəl canım, gəlişin
gözəldir. Ürəyimin gizli
sızıltılarını eşitdikdə can kimi gövdəmə
gəldin."
Sözcüklər
od tutub yanarkən bilmirsən alov Mövləvinin ürəyindən
qopur, yoxsa Şəmsin. Mövləvinin deyişi ilə onun
içində vurnuxan sözləri, irfan yanğısınin
mizrabı ilə kökləyən o özü deyil, Şəmsdir.
Nə fərqi var ki? Bu yanğının kimin soluğundan
qopmasının önəmi yoxdur, önəmli budur ki, bu
yanğının dadını sınamayan hər bir mədəniyyətdə
böyük boşluq yaranır. Bu boşluğun dərmanı
nədir? Yanğındır. Mövlləvi, Qarlığqda
quruyub qalmış, ney kimi sızlamayan qarğlaıran od
tutub alovlanmasını canlandırarkən deyir: "dərdsizliyin
dərmanı oddur". Beləliklə "hər bir
qarğı öz məzarı üstə şam kimi
yanır".
Nəsimi
olmasaydı mədəniyyətimizə ömür boyu heyifsilənərdim.
Nəsimi, gündoğar (İşraqilər) sülasəsinin
dilimizdə dillənən son elçisi adına, bu təcrübəni
bütün ayrıntıları, bütün insani özəllikləri
ilə bizim üçün canlandırırdı. Bilirəm
sufizm söyləmini ]discourse[ Nəsimidə bititrdiyim
üçün kəskin qınaq qılınclarına amac
ola bilərəm. Deyəcəklər bəs Füzuli? Məncə
Nəsimi ilə müqayisədə Füzulinin statusu
bam-başqadır. Söylədiyim yanğı
baxımından, Füzuli dildə yüksəliş mərhələmizin
zirvəsidirsə, irfanda enişimizin başlanğıcıdir.
Xətayi də belədir. Bu eniş Seyid Əzim Şirvanidən
öncə Molla Pənah Vaqifdə bitkinliyinə
çatır, sonrakı şeirlər isə ya şeir deyil
yamsılamadır, ya da o gələnəyin
davamı deyil, başqa dünyaya aiddir: Ya siyasətin bar-bar
bağıran dünyasına; Bəxtiyar budur. Ya da öznənin
]subyektin[ öldüyü dünyaya. Şaşqın,
parçalanmış, nisgilli öznənin mərkəzsizləşdirilmiş
dünyası; Şəhriyar budur. Şəmsə
dönək.
On
üçüncü yüzillikdə itkin düşmüş Təbrizli
Şəmsin məqbərəsi Xoy şəhərində
tapılıb. Bu xəbər hələlik dəqiq
doğrulmasa da ilkin sınaqlar tapılan cənacənin Şəmsə
aid olduğunu göstərir. Təbrizin
qızılçıları, daxili dünyaları
çalxalayan uca boylu Şəmsə deyirdilər: "Ey təvil
]uzun diraz[! Get, getməısən yamanlarıq!" Şəms
deyirdi "həqiqətlərin hamısını
hayqırsam, bütün insanlar məni şəhərdən
qovarlar!" Şəmsin sümüklərinin
tapılması sevindirici haldır. Yaranışın ilk
günü Tanrı
önündə mələklərin əli ilə
yoğrulmuş insan gövhərini bu sümüklərdən
qoxlamaq olar. Bu sümüklər, dünyanın ən itkin, dəli,
çılğın və güclü ruhlarının birinin
izidir. Bu izlə biz çağdaş dünyanın nahaq yerə
unutduğu sirrli ölkənin darvazasına çatarıq,
ruhun qovuşağına gedib çıxarıq. Mənim
üçün təsəvvüf tarixində Şəms
böyüklükdə insan gözə çarpmır,
Mövlana kimi böyük bir ehkamçı alimi mənbərdə
rəqsə qaldıran Şəmslə muqayisədə, kimsənin
adını çəkməkdən üşünürəm,
İbn Əərəbi və Nəsimidən başqa.
Şəmsin
Məqalat başlıqlı əsərindəki
aydınlıq, anlaşılmazlıq, yanğı və yəqin,
dinləyicinin anlayış yurdunda deprəm yaradır.
Duru-dadlı duyğular, və geniş toxtaqlıqlarla sonuclanan
tam anlamında bir deprəm. Çağdaş dünyanın
heç bir humanist düşüncəsində bu qədər
insan özəyinə və insan özəlliyinə
yaxınlaşmaq olmur. Bütün lovğalıqları
Gündoğar alovunda qovrulmuş insanın "insan
sevgisi". Bu sevginin bunca yandırıb yaxıcı hənirtisini nə "Avgustın"də
görürük, nə də qızdırma içində
tanrıya sarılmış "Con Don" da.
Avropanın,
ağıl yollarından burulub intuitiv düzənliyə hər
dəfə ayaq basması, ya romantik alınır, ya da
kafkanın dərin ruh küskünlüyünə gətirib
çıxarır. Ağılı yürütməyi bacarmayan
şərq isə İşraq fəlsəfəsinə hər
dönüşündə öz mahiyətinə qovuşur.
Görünməzləri görür. Şühud ]intiusia[
budur. Varlığın qara örtüyünü ataraq gizlinləri
görmək, ürəklərə sızmaq Gündoğar
ölkəsinə aid bəsirətdən gəlir. Elə buna
görə də, şərqin Həllac, Söhrəvərdi,
Şəms və Nəsimi kimi dəliləri olmasaydı, yerdə
alınyazısına inamdan başqa nə qalardi: "Zərurət"
düşüncəsinin küllüyü.
Alınyazısının düzənliyində
çalıqlayan bu barama qurdunun ruhundan Nəsimi kəpənəyi
baş qaldırıb uçmasaydı, yerdə ancaq
ölüm qalardı. Küzəsində su olduğunu
unutmuş susuz yolçunun gülünc ölümü.
Nabakov deyir "Kafka, uçamağa qanadı olduğunu
unutdu", Şəms unutmadı.
Qaqaşların
sözü olmasın, Mövləvi bütünlüklə
postmoderndir. (Axı bu qaqaşlar
hər bir zibili dolu ağızla
postmodern adlandırırlar.) Modernin anlamı "tam indi"dirsə, Mövləvi
sonradır, "post"dur,
Şəms ondan da sonra! Bunun
bir nədəni Mövləvinin olaylara hermenotik baxışında
yatır: "Can kimi
o sənəmə vuruldum,
əsiri oldum; Dev deyildim, gözlərdən
itdim; Qar idim əridim, yer məni somurdu;
Tam yaxılıb ürək
tüstüsünə çevrildim,
göylərə qalxdım;
Ruhlardan deyildim, canlardan çəkinən
birisi idim; Can candan necə keçər ki, cana çevrildikdə daha çəkinmək nə deməkdir; Canla cahan sənin
sevgin üzündən
əlimdən getdi; Daha nə edirəm
bu cahanda, bu cahandan qoyub
getdikdə."
Mövləvinin postmodern olduğunun başqa
nədənini həqiqətin
parça- parça olmasına inamında axtarmalıyıq. Deyir:
"həqiqətin bütöv
gözgüsü əzəl
günündə insan
əlindən sürüşüb
sınmışdi. Mələklərin
insana nifrət etdiyi gün, Tanrı insanı yoğurmaqdan çəkindi.
Vücud ərəsatında
Tanrı önündə
utanqac dayanmış bu iki ayaqlı
varlığa vəhy
gəldi: "Sən özün özünü
gəlişdirməlisən; existe! özünü özündən bayıra
tulla!" Ekzistansiyalizmin
inandığı bu anlayış köhnə
sözdür, insan yaranışının ilk günləri
qədər əski.
Bu azadlığın bədəli
kəskin həqiqətlərin
insan əlindən alınması idı, ölümün anlaşılmazlığı.
Həqiqət güzgüsü
düşüb sındı,
insanın isə güzgü qırıqları
ardınca axtarışları
mədəniyyətləri yaratdı, uyğarlıqları.
Indi o qırıqların hərəsi
hərənin bir əlindədir. Dmək bütöv isan yoxdur, biz bütünlükdə
bütövük. İndi
biz insanlar irili-xırdalı
qırıqları birbirinə
yaxınlaşdıraraq həqiqətin
ümumi görünüşünü
yaradırıq: işığı
hara gəldi əyri-əksik əks etdirən sınıq görünüş. Yaxşı
bəs postmodern düşüncə
bundan artıq daha nə istəyir?
Səədi makyavellizmi məsləhətli
yalanlar donunda savunduğu bir çağda, Şəms
bütün örtükləri
yırtdı. Heç
kimin hər nəyi deməyə cəsarəti çatmadığı
bir çağda, deməməliləri demək
istəyirdi: "hələ
ki bizdə demək bacarığı
yoxdur, təki dinləmək bacarığı
olaydı. bütünü
demək və bütünü eşitmək
gərəkir. Ürəklər
qapalı; qulaqlar qapalı". Şəms
ikiüzlü və zühd satan bir toplumda bir
ömrün namazını
bircə "Ah" ilə
dəyişir. "Soruşdu:
namaz qıldılar? Dedi: əvət. Dedi: ah. Dedi: o ahı mənə ver, ömür boyu qıldığım
namazları sənə
bağışlayım!"
13-ci
yüzilliyin ümumi ab-havası səədinin dedikləridərsə,
demək Şəms bütün zəmanə ilə
qarşı-qarşıya dayanır. Qovulur. Bu qovulmuşluqda
ağıllı bir dəlilik, çılğın bir əsriklik
var. Elə bir əsriklik ki, fiqhi məsələlərlə
uğraşan samballı fəqih Cəlaleddin Ruminin
sümüklərinə düşür: sema rəqsi,
özündən getmək, baş sarığını
açmaq. Bu insan gözələrinin ]hüceyrələrinin[
harmonik rəqsi deyilmi?
"şeyx
dedi: xəlifə sema etməyi yasaqlayıb! Dərvişin
ürəyində düyün oldu, üzgün düşdü.
Təcrübəli təbib gətirdilər. Qan
damarını yoxladı. Öyrəndiyi xəstəlikləri,
(tanıdığı) səbəbləri bunda görmədi.
Dərviş dünyadan köçdü. Təbib onun qəbrini
açdırıb, köksünü yardı.
Düyünü çıxardı. Əqiqə
dönmüşdü. Ehtiyac vaxtı onu satdı. Əldən
ələ gəzdi, xəlifənin
əlinə çatdı. Xəlifə onu qaş kimi
üzüyünə saldı. Hələ üzükdə
saxlayırdı ki, bir gün sema rəqsinə baxdı.
Üzüyü sığalladı, qaş əriyib
tökülmüşdü. Əqiq satıcılarını
bir-bir çağırtdırdı, növbə gəlib təbibə
çatdı. Təbib, olub keçənləri söylədi."
Deməyi
qolay olsa da, belə bir qarşı durmanın dəhşətli
sonucunu, öncə Söhrəvərdi
sınamışdı. Nəsimi də sonralar daha
qabarıqcasına sınayacaqdı: təpədən
dırnağa qədər soyulmaqla. Şəmsin
alınyazısı bunlardan daha ürəkaçan deyildi.
Qeybə çəkilməmişdən öncə dedilər:
"Başını qaldır, tanrının əsərlərinə
bax!" Dedi: "O əsərlər ancaq izdir, çiçəklər,
lalələr isə mənim içimdədir." Şəms, Mövlananın
yaxınlarının qısqanclığı üzündən
itgin düşməklə Mövlananı bir daha
yandırıb yaxdı: "Ey könülsüzlırin
(qaranlıq yollarını işıqlandıran) məşəl,
ey vurğunların peğəmbəri, ey əlimi əlindən
üzmə nə olar!" Qəbirsiz, bəlrisiz, itkin Şəms,
görən hansı pusquda Mövlana yanlısı axmaq
möminlərin qəzəbinə gəldi? Kütlənin
yanlış inamına dirənməyin
qarşılığı ən yaxşı halda izsiz
ölümüdür. Axmaqlığın gücü tükənməzdir
Eyvaz Taha
Paritet.-2012.-26-27 aprel.-S.14.