Qəbələ festivalı klassik musiqiyə maraq yaradır

 

Fərhad Bədəlbəyli: “Artıq beynəlxalq aləmdə böyük əks-səda oyadan bu festivalın təkrarolunmaz siması dəst-xətti var

 

  IV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb. Tədbirin bədii rəhbərlərindən biri - Bakı Musiqi Akademiyasının rektoru,  Xalq artisti Fərhad Bədəlbəyli təəssüratlarınıAzadinform”la bölüşüb.

-4 illik tarixi olan Qəbələ Beynəlxalq Musiqi Festivalının nəticələrini necə qiymətləndirirsiniz?

- Çatışmazlıqlar arasında yeganə heyfsiləndiyim məsələ hələlik burada 2-3 ulduzlu otellərin az olmasıdır. Ziyalılar, orta təbəqənin nümayəndələri Qəbələyə gəlib qalmaq, konsertləri dinləmək istəyirlər. Amma hamı 5 ulduzlu oteldə qala bilməz axı. Bu problemdir nəzərə alaraq inkişaf etdirilsə, çox yaxşı olar. Yerli camaat da bu cür məsələlərdə maraqlı olmalıdır. Məsələn, Kislovodskda yerli camaat öz evini kirayə verir. Bizim xalq hələ belə şeylərə öyrəşməyib. Əsas məsələ insanları, xüsusən Avropalı turistləri yavaş-yavaş cəlb etmək etməkdir. Ona görə yerli camaatı buna vərdiş etdirmək lazımdır.

- 4-cü Qəbələ Beynəlxalq Musiqi Festivalı hansı yeniliklərlə yadda qaldı?

- Bu festivalın keçirilməsində Heydər Əliyev Fondu bizə çox böyük dəstək verir. İlk dəfə olaraq bu ilEuronewskanalında mütəmadi şəkildə Qəbələ Beynəlxalq Musiqi Festivalının reklamları yayımlanır, onların müxbirləri buraya gəlib. Bu çox yaxşı təqdirəlayiq haldır. Eyni zamanda, Gürcüstan Almaniya festival haqqında iki film çəkib. Bu il festivalın proqramında yubiley tarixlərinə həsr olunmuş konsertlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. SSRİ Xalq artistləri Müslüm Maqomayevin 70, Fikrət Əmirovun 90, Niyazinin 100 illiyinin keçirilməsi festivalda yeni bir ənənənin təməlini qoydu. Festival çərçivəsində daha bir maraqlı təqdimat da reallaşdı. Gənc, istedadlı azərbaycanlı pianoçu, Beynəlxalq Montrö caz müsabiqəsinin qalibi İsfar Sarabski artıq həm Beltmann” piano şirkətinin əsas siması kimi təqdim olundu. Festival çərçivəsində gənc istedadlar günü keçirildi Qəbələdə anadan olan gənc pianoçu Şəhla Süleymanlı çox uğurla çıxış etdi. Yerli gənclər arasında o, festivalda çıxış edən ilk qaranquş oldu. Əlbəttə ki, Boris Berezovski, Murad Adıgözəlzadə kimi məşhur pianoçuların bura gəlməsi istər-istəməz uşaqlarda maraq doğurur. Festival çərçivəsində muğam axşamının təşkil edilməsi çox yaddaqalan təqdirəlayiq hal kimi yadda qalacaq. 

- Tamaşaçıların marağını necə qiymətləndirirsiniz?

- Qəbələlilərlə ətraf şəhər və rayondan gələn tamaşaçılar arasında fərq var. Məsələn, ilk dəfə konsertdə iştirak edən insanla artıq 4-cü dəfədir festivalı izləyənlər arasında fərq hiss edilir. Bu festival Azərbaycanın əyalət tamaşaçılarına mədəniyyət, bilik verir. Onların çoxlarının dünya musiqisindən xəbərləri yoxdur, bəziləri Brams, Frans Şubertin kim olduğunu bilmirlər. Uşaqların da konsertlərə gələrək çox sakit bir formada sonadək dinləmələri məni sevindirir. Mən məəttəl qalıram, 5 yaşlı uşaq Frans Şubertin bir saat 15 dəqiqəlik “Tri” və ya “Kvartet”inə qulaq asır. Maraqla qulaq asır, yoxsa onu bu təmtəraq cəlb edir, valeh edir önəmli deyil, əsas odur ki, bu informasiya onun beyninə girməlidir. Konsertlərə hər gün İsmayıllı, Ağdaş, Gəncədən ziyalılarla yanaşı, kəndçilər də gəlirlər. Birinci festivala nisbətən insanların marağı çox artıb. Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyeva konsert proqramlarında simfoniyalar arasındakı hissələrdə mühazirə edir, məşhur dünya musiqiçiləri haqqında məlumatlar verir, tamaşaçılara davranış qaydalarını öyrədir. Bunlar çox yaxşı nəticə verir.

- Gələcəkdə bu festivalı necə görmək istərdiniz?

- Festivala irland baleti, ispan flamenkosu kimi maraqlı folklor nümunələrini əlavə etmək olar. Məsələn, ispan flamenkosunun muğamla sintez edilərək təqdim edilməsi maraqlı layihə olar. Çünki festivalda yalnız simfoniya ciddi musiqi eşidilməməlidir. Dünyanın bir çox məşhur festivallarında çıxış edirəm, orada pop, caz, populyar musiqilər, valslar təqdim edilir, hətta diskoteka, qocalar, cavanlar üçün xüsusi proqramlar həyata keçirilir. Festivallar maraqlı keçməlidir biz mütləq gələcəkdə bunlardan istifadə edəcəyik.   

-  Azərbaycanda bir çox festival keçirilir. Qəbələ festivalının əsas üstünlüyü fərqi nədir?

- Təbiətin bu qədim diyarının bəxş etdiyi gözəllik əzəmət burada səslənən musiqinin parlaq bədii təsiri, təqdim olunan ifaların mükəmməlliyi ilə qovuşaraq unikal, unudulmaz bir aura yaradır. Festival konsertləri musiqisevərlərə unudulmaz anlar, təəssüratlar bəxş edir. Artıq beynəlxalq aləmdə böyük əks-səda oyadan bu festivalın təkrarolunmaz siması dəst-xətti var. Bununla yanaşı, sovet dövründə Qara Qarayev, Fikrət Əmirov, Maestro Niyazi, Cövdət Hacıyev kimi klassik bəstəkarlara dəstək verilirdi klassik musiqiçilər cəmiyyətdə böyük hörmətə layiq idilər. Amma indi şou-biznesin ulduzları daha çox pul qazanırlar, daha populyar daha çox diqqət mərkəzindədirlər. Uşaqlar da onlara bənzəmək istəyir. Onlar toy bazarından çox böyük qonorarlar əldə edirlər. Amma klassik musiqiçilər toya gedə bilmir getməyəcəklər .  Qədim ənənəsi olan klassik musiqidə isə bu, çətindir, çünki saatlarla məşq etmək lazımdır. Gənclər isə asana daha çox qaçırlar. Bu baxımdan festival klassik musiqiyə maraq yaradır. 

 

 

Paritet.-2012.-7-8 avqust.-S.16.