Moskvada Sərxan Sərxanın yubiley gecəsi keçirilib
Moskva Beynəlxalq Musiqi Evində populyar estrada müğənnisi, Azərbaycanın əməkdar artisti Sərxan Sərxan psevdonimi ilə tanınan Sərxan Qurbanovun 60 illiyinə həsr olunan yubiley gecəsi keçirilib. Yubiley gecəsində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, diplomatik korpusun üzvləri, Rusiyadakı azərbaycan diasporunun nümayəndələri, qonaqlar və bir çox jurnalistlər iştirak ediblər.
Sərxan
Sərxan yubiley gecəsinə təşrif buyurmuş hər
kəsə öz minnətdarlığını bildirərək
özünün məşhur kompozisiyalarını ifa edib.
Dinləyicilər
xüsusi sevgi ilə “ay gecikən məhəbbətim” musiqi
parçasını dinləyiblər. Bu musiqi
parçası 1980-ci illərdə Azərbaycanda çox popluyar olub, onun
ifaçısı Sərxan isə romantik
qəhrəmanı təcəssüm etdirib.Yubiley
gecəsində muğənninin dostları, gecəyə toplaşan qonaqlar onu təbrik edərək onunla
xoş xatirələrini
bölüşüblər.
Qeyd
edək ki, öz yaradıcılıq karyerasına Sərxan
gitarada ispan musiqilərini ifa edərək başlayıb. 1960-cı illərin əvvəllərində onu Tom Cons,
Stiv Uander, Frenk Sinatra, Rey Çarlz kimi məşhur sənətkarların musiqiləri
ruhlandırıb.
Sərxan
Bakıda ən reytinqli müğənni olub və bir
çox konsertlər verib. 1991-ci ildə
müğənni Moskvaya köçüb,
dünyanın bir çox
ölkələrini qastrol səfərləri
ilə dolaşıb və rus dilində romanslar ifa etməyə
başlayıb.Yubiley gecəsində onun
ifasında “Sevgilim”, “Yalqızam
yalqız”, “Fialka” kimi
mahnılar da səslənib.
Tədbirdə
həmçinin onun özünün çəkildiyi “Musiqi
müəllimi” filmindən fraqment də göstərilib.Yubiley
gecəsində ən böyük sürpriz isə “Gəl ey
səhər” mahnısının ifası zamanı olub. Bu mahnını ifa edərək
Sərxan Azərbaycanın xalq artisti, bəstəkar, müğənni və
Azərbaycanın Rusiyadakı səfiri Polad
Bülbüloğlunu səhnəyə dəvət
edib.
“Əgər
mən səhnəyə çıxdımsa, onda gəl
hamının bildiyi daha bir mahnını birlikdə ifa edək”-
deyə Polad Bülbüloğlu bildirib. Onların ifasında
“Zəng et” mahnısı sürəkli alqışlarla
müşaiyət olunub.
Yubiley
gecəsində Sərxan həmçinin mədəniyyət
və incəsənətdə göstərdiyi xidmətə,
xalqların mədəni yaxınlaşması və zənginləşməsi
istiqamətindəki fəaliyyətinə görə
İctimai Təltiflər üzrə Ümumrusiya
Şurasının medalına da layiq görülüb.Tədbirdə
S.Sərxanı həmçinin Özbəkistanın əməkdar
artisti, estrada mahnılarının ifaçısı Nataliya
Nurməhəmmədova da təbrik edib.“Mən Sərxanı
30 ildir ki tanıyıram və onunla qürür duyuram”- deyə
o qeyd edib.
3
saatlıq konsertin sonunda musiqiçi
tamaşaçıların gur alqış sədaları
altında “Mənin yolum” və “Mən sənin oğlunam, Azərbaycan”
adlı məşhur musiqi parçalarını da ifa edib. “Mən
heç vaxt unutmayacağam ki, mən harada dünyaya gəlmişəm,
mən Azərbaycanın oğluyam”- deyə
S. Sərxan qeyd edib və
konserti təşkil etdiklərinə
görə Heydər Əliyev adına Fonda
və Azərbaycanın Rusiyadakı səfirliyinə öz minnətdarlığını bildirib.
Əlimərdan SULTANOV, Moskva
Paritet.-2012.-1-3 dekabr.-S.16.