Bizim Tahir”, artıq “Dünyanın Tahiri”nə çevrilib

 

 ya yaradıcılığı həmişə aktual olan rəssam

 

Azərbaycanın Xalq rəssamı Tahir Salahov o kateqoriyalı sənətkarlardandır ki, özünün uzunömürlü yaradıcılıq bioqrafiyasında, yaratdığı monumental əsərlərinə görə dövlət tərəfindən layiqli olaraq qiymətləndirilir. O, Azərbaycanın və Rusiya Federasiyasının xalq rəssamı, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatına layiq görülüb  Heydər Əliyev  ordeni ilə təltif edilib. O, eyni zamanda Fransa İncəsənət Akademiyasının müxbir üzvü, San-Fransiskoda Kral İncəsənət Akademiyasının müxbir üzvü-akademiki, Qırğızıstan Respublikası Akademiyasının həqiqi üzvüdür. 

Sənətşünas Mürsəl Nəcəfov Tahir Salahov haqqında qeyd edir: Tahir Salahov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olanda mən hərbi qulluqdan təzəcə qayıtmış və rəssamlıq məktəbinə tədris işləri üzrə direktor müavini təyin olunmuşdum. O vaxt Tahir xalq rəssamı Baba Əliyevin şagirdi idi. İstedadlı, çalışqan olmasına baxmayaraq, dərslərə tez-tez gəlmirdi. Səbəb ailə vəziyyətinin ağırlığı ilə bağlı idi. Atası Teymur Salahovu 1938-ci ilin qurbanlarından biri kimi günahsız həbs etmişdilər. Tahirdaxil olmaqla beş uşağı anaları Sona xanım böyüdüb. Sona xanım o vaxtlar haralarda işləməyib; Sabunçudakı Bakı fəhləsi adına zavodda, Kirov parkında, başqa müəssisələrdə fəhləlik eləyib, böyük ailəni dolandırırdı. Uşaqları Mahir də, Sabir də, hətta rəssamlıq məktəbində oxuyan Tahirona əllərindən gələn köməkliyi eləyirdilər. Evdə üstəlik iki nəfər də qız uşağı var idi. Beləliklə, Tahir 14-15 yaşlarından işləyir, həm də təhsil alırdı. Müəllimlər onun istedadını nəzərə alıb dərsə gəlmədiyinə görə güzəştə gedirdilər. İyirminci illərdən bəri rəssamlıq məktəbində dərs deyən müəllim Mixail Gerasimovla Tahirin sözü düz gəlmədiyindən, direktor Əliağa Məmmədov Gerasimovun təkidi ilə Tahiri məktəbdən qovdu. Adam qalmadı xahişə gəlməsin, nəhayət onun məktəbə qaytarılması haqda əmr verildi.

1950-ci ildə o, əla qiymətlə məktəbi bitirib, Leninqrad Ali Bədaye Sənaye Məktəbinə qəbul olundu. Ancaq Leninqradda bir ildən artıq oxumadı, Moskvaya V.Surikov adına Rəssamlıq İnstitutuna keçirildi. 1957-ci ildə isə İnstitutun rəngkarlıq ixtisasını qurtararaq Bakıya qayıdır”. 

 Tahir Salahov sonralar  bütün dünyanı dolaşan “Növbədən qayıdanlar” adlı diplom işi ilə  artıq böyük gələcəyi olan rəssam kimi qəbul edilmişdi. O vaxt bədii həllinə görə duyulası dərəcədə yeni və bənzərsiz olan bu əsər 29 yaşlı azərbaycanlı rəssama çağdaş sovet rəngkarlığında  başa düşdü zirvəni fəth etməyə imkan verdi. Sonrakı illərdə o davamlı olaraq  yaratdığı müxtəlif janrlı əsərlərlə dünyasovet təsviri sənətində “sərt üslub” adlı cərəyanın banisi oldu. Təbii ki, bani olmaq məsuliyyəti çox ağır idi və hələ çox gənc olan rəssam “sosialist realizmimetodu ilə silahlanmış sənət rəqibləri, bəzən də bədxahları qarşısında fəth etdiyi zirvədə duruş gətirmək üçün daim axtarışda olmalıydı, çünki, bəziləri Tahir Salahovun möhtəşəm uğurunu təsadüfi hesab etməklə, yeni üslubun ənənəvi metoda qarşı olduğunu da əllərində bayraq edib onu gözdən salmağa çalışırdılar.

  Tahir Salahovun “Səhər eşalonu”, “Təmirçilər”, “Növbədən qayıdış”, “Ehtiyat park  kimi  əsərləri bu üslubun ilk əsərləri kimi diqqət mərkəzinə çevrilmişdir.   “Növbədən qayıdış” əsəri üzərində işlərkən rəssam neft daşlarında fəhlələrlə bir yerdə yeyib-içmiş, yaşamış və sonra çox böyük ölçülü monumental əsər yarada bilmişdir. Tahir diplom kompozisiyasından sonra Xəzər neftçilərinin rəşadətinə daha bir neçə tablo yaratmışdır. “Neftçi portreti” və “Çənlər” mənzərələri belə rəngkarlıq əsərlərindəndir. “Abşeron motivləri” adlı silsiləsinə daxil olan bir çox əsərlərinə yüksək səviyyədə qiymət verilmişdir. Bu əsərlər “Bilgəh”, “Türkan”, “Nardaran kəndi”, “Şirvanşahlar sarayı”, “Köhnə Bakı” və s. əsərləridir. Bu əsərlərin gələcək və yeniləşən nəsillər üçün bir əyani tarix olduğu bu gün hamıya məlumdur. Rəssamın neft Bakısının intensiv həyatına həsr edilmiş  “Səhər eşalonu  əsəri özünün ideya dərinliyinə, süjetin emosional gücünə, rəsmin lakonikliyinə, koloritin tamlığına görə T. Salahovun ən gözəl əsərlərindən biri hesab edilə bilər. “Neft daşları”, “Neftçi”. “Ehtiyat park”, “Montajçı” adlı əsərlərin hər birinin ayrılıqda kompozisiyasını, obrazların və mövzunun dərinliyini əsərlərdəki təbiət təsvirlərini xüsusi bir istedadla təsvir və təhlil etmişdir. Tahir Salahov müasirlərinin obrazlarını, onların qəhrəmanlıqlarını, o cümlədən ağır, çətin həyat şəraitində yaşayıb işləyən anaların öz mətinliklərini saxlamaqla, vətənə və övladlarına olan ülvi məhəbbətlərini  heç kimə bənzəməyən obrazlarını yaradarkən sərt reallığı ön plana çəkilmişdir.

Hadisələrin inkişafını, ağırlığın bir obrazın üzərində cəmləşdirməsi Tahir Salahovun əsərləri üçün səciyyəvidir. Dərin psixoloji anımları əldə etmək, plastik traktovkanı mürəkkəbləşdirmək cəhdi, obraza xas olan intellektual keyfiyyətləri, vətəndaşlıq hisslərini qabarıq şəkildə aşılamaq istəyi ilə o,  neçə-neçə görkəmli şəxsiyyətlərin portretlərinə müraciət etmişdir. Tahir Salahovun   portret əsərlərində zəhmətkeş insanlardan başlayaraq görkəmli şəxsiyyətlərə qədər obrazlar öz əksini tapmışdır. Bu portretlər sırasında rəssamın “Neftçi”, “Üzeyir Hacıbəyov”,  Qara Qarayev”, “Fikirət Əmirov”, “D.D.Şestokoviç”, “Rəsul Rza”, “M.Ə.Sabir” və s. haqqında verilən məlumatlar, mən deyərdim, gələcək və yetişən gənc sənət insanları üçün dəyərli məlumat mənbəyidir. Rəssamın Qara Qarayev portretinin kompozisiyasında tamaşaçının nəzərini bəstəkarın irəlidə kətil üzərində əyləşmiş təsvirində cəmlədiyi üfüqi istiqamətdə kompozisiyanı enli zolaq kimi bölən qara royal, sviter geyinmiş bəstəkarın profil təsviri ilə kontras yaratdığını və beləliklə qabarıq bir görkəm verdiyini bildirmişdir.   Sənətsevərlər Tahir Salahovu dünya təsviri sənətinin qızıl fonduna daxil olmuş tematik tabloların, psixoloji portretlərin, lirik mənzərə və natürmortların müəllifi kimi tanıyırlar. Rəssamın yaratdığı rəngkarlıq və teatr tərtibatı əsərləri, qrafik lövhələri onun qeyri-adi istedadını, virtuoz rəsmetmə bacarığını əks etdirir. Bütün bu məziyyətlər Tahir Salahova əsl sənətkar şöhrəti bəxş edib, onu zəmanəmizin görkəmli rəssamlarından biri kimi tanıdıb.

Tahir Salahov hərtərəfli sənətkarlarımızdan  biridir. Onun rəssamlıq yaradıcılığı ilə yanaşı, həm də bir çox sənətkarların yaradıcılıqları haqqında məqalələri də var ki, bu da onun sənət barəsində söz demək bacarığının olduğunu üzə çıxardır.  Tahir Salahov çox sadə və səmimi xarakterə malik sənətkarlardan biridir. Həyatda tutduğu vəzifəsindən asılı olmayaraq, ona yaxınlaşıb söhbət quran bütün insanlarla çox həvəslə danışar və bütün suallarını cavablandırar. Tahir Salahov yaradıcılığı hələ sovet dövründən başlayaraq araşdırılıb, onlarla kitab və yüzlərlə məqalələr yazılmışdır. Bu günTahir Salahov yaradıcılığı öz aktuallığı ilə diqqət mərkəzindədir.

Sonda Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyevin Tahir Salahov yaradıcılığı haqqında çox dəyərli fikirləri ilə bitirmək istəyirəm: “Tahir Salahov müasirliyi, bizim günlərin dinamikasını incəliklə duyan sənətkardır. Onun yaradıcılığı üçün təkrarçılıq yaddır. O, həmişə yenilik hissi ilə yaşayır. Əsərlərini səciyyələndirən poetik  əhval-ruhiyyə, romantik vüsət və etik-fəlsəfi duyğular da bunu sübut edir. Tahir Salahovun adı və yaradıcılığı, rəngkarlıq və qrafika əsərləri çoxdan  təsviri sənət ensiklopediyalarına daxil edilməklə, dünyanın muzey və qalereyalarında göstərilməkdədir. Onun Bakıda və Moskvada apardığı davamlı pedaqoji fəaliyyətinin nəticəsində bu gün yüzlərlə gənc rəssam “Akademik Tahir Salahov məktəbi” ənənələrini uğurla davam etdirməkdədir. Bütün yuxarıda deyilənlərin qarşılığında inamla demək olar ki, “Bizim Tahir”, artıq “Dünyanın Tahiri”nə çevrilibr. Bu isə bütünlükdə Azərbaycan xalqının qazancıdır...”.

 Onu da qeyd edə ki, ötən ilin iyulunda Rusiya Rəssamlar Akademiyasının vitse-prezidenti, xalq rəssamı, akademik Tahir Salahova “Dədə Qorqud” Beynəlxalq Fondu və “Azərbaycan dünyası” jurnalı tərəfindən “Vətən övladı” ordeni təqdim edildi. “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə QorqudFondunun prezidenti Eldar İsmayılov “Vətən övladı” ordenini Tahir Salahova təqdim edib. E.İsmayılov bildirib ki, Tahir Salahov bu ordenə türk mədəniyyətinin təbliğində, Azərbaycanın incəsənətinin dünyada yayılmasında, eyni zamanda gənc rəssamlara verdiyi dəstəyə görə layiq görülüb: “Bu mükafatın təsis olunmasında əsas məqsəd bütün Türk dünyasını birləşdirməkdir. Bu mükafatı o insanlara təqdim edirik ki, onlar həqiqətən  bu yolda müstəsna xidmətlər göstəriblər. Ən əsas məqam odur ki, bu mükafatın adı “Vətən övladı”dır və “Dədə Qorqudordeni adlanır. Bir bu mükafatı biz təkcə Azərbaycanın tanınmış insanlarına deyil, eyni zamanda Azərbaycana yaxşı münasibətləri olan qeyri-dövlətlərin vətəndaşlarına da veririk”.

E. İsmayılov 10 ildə sözügedən mükafata 36 nəfərin layiq görüldüyünü vurğulayıb: “Bu mükafat xalqın, cəmiyyətin mükafatıdır. Elə bu səbəbdən də olduqca ciddi, vacib və təqdirəlayiq mükafatdır”. 

 

 Arayış

 

 Tahir Teymur oğlu Salahov 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 1957-ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam-nəqqaş peşəsi üzrə bitirib.

1960-1961-ci illərdə Azərbaycan Rəssamlar Birliyində məsul katib vəzifəsində, sonra dosent vəzifəsini yerinə yetirən müəllim peşəsində, 1963-74-cü illərdə isə M.Ə.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunda professor vəzifəsində çalışıb. Sənətkar 20 il Rəssamlıq Atelyesinə rəhbərlik edib, 1980-1992-ci illərdə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun rəssamlıq və kompozisiya kafedrasını idarə edib.

Onun yaratdığı tabloları izlədikcə bir daha əmin olursan ki, sənətkar əsərlərini kətan üzərinə həkk edərkən sadəcə göz oxşayan, cəlbedici görünüşə üstünlük vermir. Daha çox əsərinin fəlsəfə ideologiyasının tamaşaçı tərəfindən ifadə olunduğu kimi qavramasına üstünlük verir.

Yaratdığı əsərlərlə milli mədəniyyətimizin təbliğinə özünəməxsus töhfələr verən görkəmli Azərbaycan rəssamı Tahir Salahovun 80 illiyi dövlət başçısı İlham Əliyev sərəncamı ilə keçirilib.

 Təxminən 50 il öncə sənətkarın Ümumittifaq Rəssamlıq Sərgisində nümayiş etdirilən iki əsəri - “Bəstəkar Qara Qarayevin portreti” və “Təmirçilər” zamanında yüksək dəyərini alıb.

Tahir Salahov Azərbaycan Rəssamlıq Akademiyasında bakalavrlar və magistrlər buraxılışı üzrə dövlət komissiyasına sədrlik edir. Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi üzrə Dövlət Komissiyasının, Heydər Əliyev Mükafatı Komissiyasının üzvüdür. Azərbaycan Ensiklopediyasının redaksiya heyətinə də daxildir. Moskvada isə Rusiya Federal Məclisi Federasiya Şurasının sədri yanında Mədəniyyət Şurasının üzvü seçilib.

Bakıda yaşadığı dövrdə isə Azərbaycan Rəssamlar İttifaqının sədri, respublika Ali Sovetinin deputatı, 1973-cü ildə SSRİ Rəssamlar İttifaqının birinci katibi seçilib. T.Salahov eləcə də YUNESKO-nun nəzdində Millətlərarası Rəssamlar Federasiyasının vitse-prezidenti, 1997-ci ildə Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti seçilib. Elə buna görə də  çox zaman onu “incəsənətin səlahiyyətli səfiri” də adlandırırlar.

8 iyul 2011-ci il tarixində Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvü seçilib. 

 

 

Samir SADIQOV,

sənətşünas

 

Paritet.- 2012.- 2-3 fevral - S. 12; 13.