Azərbaycan diasporunun potensialı çox böyükdür

 

Rəhim Hümbətov: “Bizim fəaliyyətimiz erməni təşkilatlarının hədsiz qəzəbinə səbəb olub

 

Ukraynadakı Krım Azərbaycan Cəmiyyəti ilk milli diaspor təşkilatlarından hesab olunur. Məhz bu təşkilatın rəhbərliyinin mübarizəsinin nəticəsi olaraq Ukraynada erməni lobbisinə ağır zərbə vurulub. Bildiyimiz kimi, 2010-cu  ildə Xarkov vilayəti İzyum Şəhər Şurasının qondarma erməni soyqırımının tanınması haqqında qəbul etdiyi qərarı ləğv etmişdi. Cəmiyyətin sədri Rəhim Hümbətovun uzunmüddətli gərgin əməyi sayəsində bu qərarın ləğv olunması Azərbaycan diasporunun uğuru sayılmalıdır. Çünki, bu, bütün dünyada qondarma erməni soyqırımının tanınması barədə qərarın ləğvinə dair ilk hal idi. R.Hümbətovun sözlərinə görə, artıq qondarma erməni soyqırımının tanınması ilə bağlı qərarların beynəlxalq səviyyədə ləğv edilməsi üçün mübarizə aparmağın vaxtı çatıb. Xatırladaq ki, R.Hümbətov otuz ilə yaxındır ki, Ukraynada yaşayır. Salyan rayonunda anadan olan soydaşımız Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. O, Ukrayna Milli jurnalistlər birliyinin üzvü,  Alubika”, “Mejnatsionalnoye soqlasiyeqəzetlərinin redaktorudur. Eyni zamanda naşir kimi çalışır, artıq bir sıra kitabları işıq üzü görüb.

- Rəhim müəllim, vaxtdan diaspor fəaliyyəti ilə məşğulsunuz?

- Krım Azərbaycan diaspor təşkilatı SSRİ məkanında, eyni zamanda Ukraynada, ilk diaspor qurumlarından biridir. Təşkilatımızın formalaşması ilə bağlı fəaliyyətimiz 1989-cu ilin yazından başlayıb. Həmin ilin 22 oktyabrında Yalta şəhərində təsis konfransı keçirildi bununla da diasporda təşkilat olaraq rəsmi şəkildə öz fəaliyyətinə başladı. Təvazökarlıqdan uzaq olsa da, sualınıza cavab olaraq bildirirəm ki, təşkilatın yaranmasının təşəbbüsçüsü təşkilatçısı mən olmuşam. Bir çox azərbaycanlının, yumşaq desək, ehtiyatla yanaşmasına baxmayaraq, Krımda Azərbaycan cəmiyyəti yarandı artıq 23-cü ildir ki, fəaliyyət göstərir. Qeyd edim ki, Ukraynada ilk azəri qəzeti olanMillət”in birinci nömrəsi Krımda 1991-ci ilin yanvarında işıq üzü görüb.

- Yaşadığınız ölkədə soydaşlarımız barədə məlumatlarınız varmı, əlaqələriniz olurmu?

- Biz regionda yaşayan azərbaycanlılarla əlaqə yaratmağa, onları cəmiyyətin işlərinə cəlb etməyə çalışırıq. Təəssüflər olsun ki, həmyerlilərimiz çox passivlik nümayiş etdirirlər, ictimai işlərdə iştirak etməyə o qədər həvəs göstərmirlər.

- Türk diasporu ilə əlaqələriniz necədir? Bizə hansı millətlərin diasporu dəstək verir?

- Əgər siz Türkiyə türkləri diasporunu nəzərdə tutursunuzsa, Krımda onlar yalnız son vaxtlar yaşamağa başlayıb indiyə kimi qurum halında formalaşmayıblar. Krımda daha çox Ahıska (Meseti) türkləri var, onların bəziləri Azərbaycandan

 

 

Hüseyinzadə Fuad

 

Paritet.-2012.-14-15 fevral.- S.5.