Diaspordan möhtəşəm aksiya
Xocalı
soyqırımının tanınması üçün
Niderland parlamentinə 1 milyon yerli vətəndaşın
imzası təqdim edilib
Fevralın 14-də “Xocalıya ədalət”
kampaniyasının Niderlandda fəaliyyət göstərən
nümayəndələri, “Azərbaycanın Holland Dostları”
Cəmiyyətinin təmsilçiləri Azərbaycan
diasporunun digər fəalları ilə birgə Niderland
parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri
Nebahat Albayrak, bu komissiyanın katibi T.Van Toor, Niderland Əmək
və Xristian Demokrat partiyalarından parlamentin deputatları
Yeroen de Lange və Coşkun Görüzlə
görüşmüşlər(AzərTAc).
“Xocalıya ədalət”
kampaniyasının yerli əlaqələndirici komitəsinin sədri,
Niderlandın milli qəhrəmanı, Oranje-Nassau Kral ordeni cəngavəri
Gert van Dam Xocalı soyqırımı barədə ətraflı
məlumat verərək, 20 il öncə ermənilər tərəfindən
mülki azərbaycanlılara qarşı törədilmiş
bu beynəlxalq cinayətə məsuliyyət
daşıyanların cəzalandırılmasını tələb
etmiş və bu faciənin
Niderland parlamentində gündəmə gətiriləcəyinə
ümidvar olduğunu bildirib. Çıxışının
sonunda Gert van Dam parlament nümayəndələrinə
“Qarabağ” adlı kitabını təqdim edərək,
dünyanın ən demokratik ölkələrindən biri
sayılan Niderland Krallığının parlamenti və
ictimaiyyəti tərəfindən Xocalı faciəsi ilə
bağlı Avropa dəyərlərinə əsaslanan ədalətin
bərpa edilməsi üçün dəstək xahiş
edib.
Daha
sonra “Azərbaycanın Holland Dostları” Cəmiyyətinin
icraçı direktoru Marion van der Vegt söz alaraq bildirib ki,
100 il öncə ermənilərlə bağlı hətta
tarixçilər tərəfindən sübuta yetirilməyən
naməlum hadisələrə siyasi don geydirmək əvəzinə,
cəmi 20 il bundan əvvəl Xocalıda törədilmiş
və artıq tam təsdiqlənmiş vəhşiliklərə
Niderland və beynəlxalq birlik tərəfindən hüquqi
və siyasi qiymət verilməlidir.
Gert
van Dam və Marion van der Vegt
Xocalı soyqırımına siyasi və hüquqi qiymət
verilməsini tələb edən “Milyon imza - bir istək”
toplusunu təqdim etmiş, Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş torpaqlarının tezliklə azad ediləcəyinə,
regionda sülhün və insan hüquqlarının bərqərar
olunmasına Niderland parlamentinin də öz töhfəsinin
verəcəyinə ümidvar olduqlarını bildirmişlər.
Eyni
zamanda, ATƏT-in və Avropa Şurası Parlament
Assambleyasının üzvləri olan bu deputatlar Xocalı
soyqırımına dair müraciətin Niderland parlamentində
baxılmasına nail olacaqlarına söz vermişlər.
Niderland
parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri
N. Albayrak bu yaxınlarda Vyanada ATƏT ilə Avropa
Şurasının birgə təşkil edəcəyi
toplantıya qatılacağını və bu məsələnin
iclasın gündəliyinə salınması
üçün çalışacağını qeyd
edib.
Görüşdə
iştirak etmiş Niderland jurnalistləri Azərbaycan nümayəndə
heyətinin müraciətinin Niderland parlamentinə təqdim
olunmasını yerli mətbuatda geniş
işıqlandırmışlar.
Paritet.-2012.-18-20 fevral.- S.4.