Rusiya neftinin azərbaycanlı fatehi

 

Bir çoxları onun şücaətini Qaqarinin kosmosa uçuşu ilə müqayisə ediblər

 

Azərbaycan öz nefti ilə yanaşı, neft üzrə alimləri ilə də dünyada tanınır. Onlardan biri də xalqımızın şanlı oğlu, dövlət və ictimai xadim, məşhur neft ustası, böyük tədqiqatçı-alim, Tümen neftinin banisi olan Fərman Qurban oğlu Salmanovdur. Heç şübhəsiz, F.Salmanov olmasaydı, Rusiyada neft sənayesi bugünkü inkişaf səviyyəsinə çatmazdı. Bu baxımdan onu yalan yerə “Rusiya neftinin  atası” adlandırmırlar. İlk öncə, gəlin, F.Salmanovun ömür yoluna nəzər salaq. Həyatı gənc nəslin bir çox nümayəndələrinə nümunə ola biləcək görkəmli neftçi və alim Fərman Salmanov 1931-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. Atası 1937-ci ildə həbs olunduqdan sonra o, əmək fəaliyyətinə erkən başlamış, kiçikyaşlı bacı-qardaşlarının tərbiyəsində anasına kömək etmişdir. Orta məktəbi 1947-ci ildə əla qiymətlərlə başa vuran gənc Fərman, əvvəl Şirvan Kompleks Ekspedisiyasında kollektor işləmiş, sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olub.

Bu seçimini F.Salmanov sonralar belə izah edirmiş: “Mən 8-ci sinifdə oxuyanda SSRİ neft sənayesi naziri Nikolay Baybakov Şəmkirə gəlmişdi. Rusca yaşıdlarımdan bir qədər yaxşı danışdığımdan, ali qonağa məktəbimiz barədə məlumat vermək mənə həvalə edilmişdi. Görüşün sonunda Baybakov nəçi olacağımı soruşdu. Cavab verdim ki, neftçi. O seçimimi təriflədi və dedi ki, neft ölkəmizin gələcəyidir. Bu görüş mənim taleyimi müəyyən etdi. İnstitutu bitirdikdən sonra təyinatımı Bakıya verdikdə də mən Baybakova məktub yazdım, Sibirə köçürülməyimi xahiş etdim. Nəticədə məni Moskvaya çağırdılar, oradan da Kuzbasa göndərdilər, hətta bilet pulunu verdilər.”

Fərman Salmanovun məhz Sibirə göndərilməsini xahiş etməsinin də öz tarixçəsi var. Sibirə məhəbbəti onun qəlbində babası Süleyman oyatmışdı. Ağaların və mollaların zülmünə qarşı etiraz etdiyinə görə Süleyman baba 1888-ci ildə Sibirə 20-illik sürgünə göndərilmişdi. Burada o, rus-yapon müharibəsində iştirak etmiş, göstərdiyi şücaət müqabilində mükafat olaraq həbsdən azad olunmuş, hətta sibirli qız Olqa İosifovna ilə evlənmişdi də. Xanımı Firuzə adını qəbul etdikdən sonra Süleyman baba vətənə qayıtmışdı. Sonralar nəvələrinə daim SibirUzaq Şərq haqqında danışarmış. Hətta nəvələrindən birinə Amur çayının şərəfinə Amurə adı vermişdi.

Ali təhsilini dağ mühəndisi-geoloq ixtisası üzrə başa vurduqdan sonra Kuzbasa neft-qaz yataqlarının kəşfiyyatına göndərilən gənc Fərman, 1955-1957-ci illərdə Kemerovo və Novosibirsk vilayətlərində Plotnikov və Qryaznensk neftqazkəşfiyyat ekspedisiyalarının rəisi işləyib. Tezliklə Kuzbasın heç bir neftlilik-qazlılıq potensialının olmadığı qərarına gələn F.Salmanov 1957-ci ilin avqustunda Sovet rəsmilərinin icazəsi olmadan öz təşəbbüsü ilə geoloji partiyasını Surquta aparıb. O əmin idi ki, burada neft var. Onu vəzifədən uzaqlaşdırmaq, həbs etdirmək cəhdləri ara verməsə də, Fərman Salmanov qazmanı davam etdirib. Komandasının tətil hədə-qorxuları hakimiyyət dairələrini geri çəkilməyə vadar edib. Vəziyyəti daha da gərginləşdirməmək üçün onlar əvvəlki tarixlə əmr verib Salmanovun partiyasının Surquta göndərilməsini rəsmiləşdiriblər.

 

 Mən nefti tapmışam. Bax belə, Salmanov

 

Fərman Salmanov o dövrü belə xatırlayırmış: “Çox böyük səs-küy qaldırmışdılar, biz isə rabitəni kəsdik. Hər vəchlə məni vəzifədən uzaqlaşdırmaq istəyirdilər. Axırda məcbur olub qalmağıma razılıq verdilər. Ailə uşaqlarımızla birgə vağzala sığınmışdıq. 1961-ci il martın 21-də, Azərbaycanda ən sevimli bayram olan Novruz günündə isə, Megion kəndi yaxınlığındakı birinci quyu neft fontanı verdi. Mən tullanır qışqırırdım - Biz qalib gəldik!”

Beləcə, Fərman Salmanov 1961-ci il 21 mart tarixindəMegionyatağını kəşf edib. O, öz opponentlərinin hər birinə eyni məzmunlu məktub göndərib: “Hörmətli yoldaş ..., Megionda 1 ¹-li quyuda 2180 metr dərinlikdən neft fontanı alınıb. Aydındır? Hörmətlə, Fərman Salmanov.” Rəqibləri deyirmişlər ki, bu, təbii anomaliyadır, bir-iki həftəyə quyugücdən düşəcək”, Qərbi Sibirdə böyük neft ola bilməz. Ust-Balık rayonundakı ikinci quyudan daqara qızılfontan vuranda isə, Salmanov rəhbərliyə radioqram göndərir: “Quyu necə lazımdır döşəyir!”, N.S.Xruşşova isə teleqram vurur: “Mən nefti tapmışam. Bax belə, Salmanov.”

Tezliklə Sovet liderləri Salmanovun kəşflərinin əhəmiyyətini dərk edirlər Sibir qısa müddətdə ölkə iqtisadiyyatının əsas aparıcı qüvvəsinə çevrilir. SSRİ neft sənayesi naziri Lev Çurilov Fərman Salmanovu Tümen neftinin banisi adlandırmış, bir çoxları onun şücaətini Qaqarinin kosmosa uçuşu ilə müqayisə ediblər. 1962-64-cü illərdə F.Salmanov Ust-Balık, sonra isə Pravdinsk Neft-Kəşfiyyat ekspedisiyasının rəisi işləyib. 1970-ci ildə o, Tümen İstehsalat-Geologiya Baş idarəsi rəisinin müavini - neft qaz üzrə baş geoloq, 1978-ci ildə isəQlavtümengeologiya”nın rəisi təyin edilib. Onun Qərbi Sibirdə 30 illik fəaliyyətinin nəticəsi olaraq, Tümenin şimalında 130-dan çoxqara qızılmavi yanacaqyatağı kəşf edilib bu diyar Rusiyanın neft-qaz kompleksinin etibarlı bazasına çevrilir.

1987-ci ildə Moskvaya işə keçən Fərman Salmanov 1991-ci ilə qədər SSRİ geologiya nazirinin birinci müavini olur. 1992-ci ildəRospanşirkətini yaradır, eləcə Geologiya nefti i qazaelmi-texniki jurnalının baş redaktoru olur. 1980-90-cı illərdə Rusiya Azərbaycanın xalq deputatı seçilən Fərman SalmanovTümenfutbol klubunun yaradıcısıdır. “Yuqnefteqazşirkətinin direktorlar şurasının sədri olan F.Salmanov, eyni zamandaİteraşirkətinin direktorlar şurası sədrinin müşaviri kimi ömrünün son günlərinə qədər Kalmıkiyada neft qazın axtarışı kəşfiyyatı ilə məşğul olub.

Fərman Salmanov ömrünün 50 ilini Sovet İttifaqı Rusiya Federasiyasının neft-qaz sənayesinin inkişafına həsr edib. Soydaşımız 100-dən artıq nəhəng neft-qaz yatağını, o cümlədənMamontov”, “Megin”, “Pravdinsk”, “Ust-Balık”, “Surqut”, “Fyodorovsk”, “Urenqoy”, “Yamburq başqalarını şəxsən kəşf edib ya onların kəşfində iştirak edib. 1966-cı ildə F.Salmanov Sosialist Əməyi Qəhrəmanı, 1970-ci ildə Lenin mükafatı laureatı adına, Lenin, Oktyabr inqilabı, iki dəfə Qırmızı Əmək Bayrağı ordenlərinə layiq görülüb. O, İ.M.Qubkin mükafatı laureatı, Rusiya Federasiyasının əməkdar geoloqu, neft qaz sənayesinin fəxri işçisidir.

Geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, görkəmli geoloq Fərman Salmanov, eyni zamanda, nəhəng neft-qaz yataqlarının formalaşması yerləşməsi problemlərinin həllinə yönəlmiş fundamental elmi əsərlərin müəllifidir. O, 160-dan artıq elmi əsərin 10 monoqrafiyanın müəllifidir. O, Xanti-Mansi Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri, Texas ştatı Çinin Çzinçjou şəhərinin fəxri vətəndaşı seçilib. Fərman Salmanov 2007-ci il martın 31-də 79 yaşında vəfat edib öz vəsiyyəti ilə Moskvada Vaqankovsk qəbiristanlığında dəfn edilib.

 

“O, Qərbi Sibirdə neft olmadığını deyənlərin yanıldığını sübut edib”

 

Onun ölümü Azərbaycanda da böyük hüznlə qarşılanıb. Prezident İlham Əliyev məşhur geoloq Fərman Salmanovun vəfatı münasibətilə mərhumun ailəsinə başsağlığı verib. Dövlət başçısı Fərman Salmanovun adının Azərbaycanın və Rusiyanın neft və qaz sənayesinin, bütün dünyanın yanacaq-energetika kompleksinin inkişafının şanlı salnaməsində layiqli yer tutduğunu bildirib. Fərman Salmanovu gözəl insan, özünün bütün həyat və fəaliyyətini xalqa sədaqətlə xidmətə, seçdiyi işə - planetin neft-qaz sərvətlərinin axtarışına və işlənilməsinə xidmətə həsr etmiş yorulmaz və fədakar əmək adamı kimi xarakterizə edən prezident İlham Əliyev, onun vəfatı münasibətilə yaxınlarına dərin hüznlə başsağlığı verib.

F.Salmanovu anarkən akademik, ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə KİV-ə açıqlamasında onun bütün həyatını neft-qaz yataqlarının işlənməsinə həsr etdiyini deyib: “F.Salmanovun adı dünya neft tarixində Qərbi Sibirin zəngin neft sərvətlərini ilk kəşf edən alimlərdən biri kimi daxil olub. O, Qərbi Sibirdə neft olmadığını deyənlərin yanıldığını sübut edib, 1961-ci ildə burada ilk neft yataqlarını üzə çıxarıb. Onun rəhbərliyi altında karbohidrogen ehtiyatları ilə zəngin, yüzdən artıq irihəcmli yataq kəşf edilib və istismara verilib. Məhz həmin yataqların işlənməsi və istismarı hesabına, SSRİ dünyanın ən çox neft-qaz ixrac edən ölkələri sırasına çıxmışdı”.

 

Heydər Əliyev Fondu Fərman Salmanovun büstünü Surqut şəhərinə hədiyyə edib

 

Bu gün Rusiya Fərman Salmanovla fəxr edir. O, xüsusən, Sibir regionu insanları tərəfindən daim yad olunur. Bu böyük geoloqun xatirəsini əbədiləşdirmək üçün Yamaldakı yataqlardan birinə "Salmanovskoye", Yamal teploxodlarından birinə "Fərman Salmanov" adı verilib. Salmanov bu neft-qaz regionuna dərindən bələd idi. Regionun paytaxtında Fərman Salmanovun abidəsi ucaldılıb. Bununla yanaşı,  Moskva, Bakı, Salexardda onun heykəl büstləri ucaldılıb. Hazırda Surqutda küçə, neftqazkondensat yatağı gəmi onun adını daşıyır. Eyni zamanda, ölümündən sonra "YUTeyr" aviasiya şirkətinin Tümen-Münhen marşrutu ilə hərəkət edən TU-154M təyyarəsinə məşhur neftçi-geoloqun adı verilib.

Surqutda (Xantı-Mansi muxtar mahalı) Fərman Salmanovun ev-muzeyi qarşısında isə Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təşəbbüsü ilə 2009-cu ildə onun büstü qoyulub. Büstün açılışında Fondun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın mərasim iştirakçılarına ünvanlanmış məktubunda deyilir: "Biz Sibir neftinin kəşf edilməsinə görə Fərman Salmanova minnətdar olmalıyıq, çünki onun möhtəşəm kəşflərinin bəhrələrindən bu gün dünyanın bir sıra ölkələrində istifadə edilir. Heydər Əliyev Fondu Fərman Salmanovun büstünü Surqut şəhərinə hədiyyə edir. Qoy, bu büst şücaət xalqlarımız arasında dostluq rəmzinə çevrilsin. Qoy, buraya gələn insanlar bizim ortaq tariximizin şanlı səhifələrini yadda saxlasınlar ona hörmət etsinlər".

Gördüyümüz kimi, həmyerlimiz F.Salmanov istər Azərbaycanda, istərsə Rusiyada neft sahəsində bütün zirvələrə yüksəlib. Bütün fəaliyyətini ümumiləşdirərək onu Rusiyanın neft sənayesinin fatehi hesab etmək olar. 

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-23-24 fevral.- S.11.