“Azərbaycanda kino sahəsində peşəkarlar çatışmır”

 

Nəriman Məmmədov : ”Kino istehsalının rentabelli biznesə çevrilə bilməsi üçün intellektual mülkiyyətin müdafiəsinə münasibəti kökündən dəyişdirmək lazımdır”

 

Dosye : Nəriman Məmmədov  1969-cu il 10 iyulda Moskvada  anadan olub. Ali hüquq siyasi təhsili vardır. İdarəetmə vəzifələrində 10 ildən artıq təcrübəyə malikdir.  2005-ci ilin aprelindən Azərbaycan Respublikası Beynəlxalq Ticari Arbitraj Məhkəməsinin arbitridır.  2005-ci ildəNarimanfilmkinostudiyasını təsis edib. Kampaniyanın əsas fəaliyyət növü sənədli bədii filmlərin istehsalı, həmçinin Azərbaycan Respublikası ərazisində kinolayihələrin hüquqi müşayiəti maddi-texniki cəhətdən təminatıdır. 

O,  dörd  bədii filmin : “Min” (2001, Moskva), “Dağın nəvəsi” (2002-2006, Bakı), “Pəri-Qala” (2007, Bakı)   Sahə” (2009, Bakı) filminin, həmçininMən quşları xatırlayıram...” (2002, Moskva), “Məhsuldar otlaqlarda” (2006, Bakı), “Qobustana qayıdış” (2007, Bakı) Mənim məktəbim” (2008, Bakı) kimi dörd  sənədli filmin prodüseridir.  2005-ci ilin sentyabrındaCənubi QafqazMüstəqil Kino Xadimləri transmilli Assosiasiyası”(IFA-SC)nın təsisçilərindən biri idarə heyətinin üzvü olub. 2005-ci ilin oktyabrında Assosiasiyanın İdarə Heyətinin sədri seçilib. Azərbaycanın tanınmış kinoprodüseri Nəriman Məmmədovun  Paritet”ə verdiyi müsahibəsini sizə təqdim edirik. Onunla söhbətə son zamanlar kino sahəsində baş verən ən mühüm hadisədən başladıq.

<!--[if !supportLineBreakNewLine]-->

<!--[endif]-->

 

“Kino istehsalçıları, kinoteatrlar televiziya Azərbaycan kinosunun tamaşaçıya çatdırılması yolunda bir zəncirin manqaları olmalıdırlar

 

-  Azərbaycan Respublikası Kinematoqrafçıları İttifaqının yaradılması Azərbaycanda kinematoqrafiya sahəsindəki vəziyyətin dəyişilməsi ilə əlaqədardır. Bu prosesə mənim şəxsi münasibətim tam müsbətdir, belə ki, yeni İttifaqının katibliyində olan təşəbbüs qrupundakı iştirakım buna əyani sübutdur. Biz hesab edirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı sadəcə kənardan müşahidə etməməli, Respublika Prezidentinin 2008-ci il 4 avqust tarixində  təsdiq etdiyi,  Azərbaycan Dövlət Mədəniyyət  Turizm Nazirliyinin həyata keçirdiyi proqramda fəal iştirak etməlidir. Biz ümid edirik ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının fəal yaradıcılığı Azərbaycan kinematoqrafiyasının gələcək inkişafına, ölkə daxilində, eləcə onun hüdudlarından kənarda tanınmasına, onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə gənc istedadların irəliyə getməsinə xidmət edəcəkdir. Bir sözlə, yeni İttifaqın qarşısında yeni vəzifələr durur bununla əlaqədar Şəfiqə xanım başda olmaqla İttifaqın katibliyi qətiyyətlidir. Biz ümidvarıq ki, bu qətiyyət yaxın vaxtlarda konkret nəticələrə  gətirib çıxaracaqdır.

- Səhv etmirəmsə, on ildən artıqdır ki, kino sahəsində çalışırsınız. Azərbaycan kino sənayesində hansı qüsurlar var?

-  Azərbaycan kinematoqrafiyası zəngin tarixə malikdir. Bizim fəxr etməli cəhətlərimiz var, lakin dünya kino bazarı sürətlə inkişaf edir, müasir kinematoqrafiyadan geri qalmamaq üçün çatışmayan  cəhətlərimizi görməli bu çatışmazlıqları aradan qaldırmaq üçün konkret addımlar atmalıyıq. Mən belə hesab edirəm ki, bu çatışmazlıqlardan biri Azərbaycanda kino istehsalçıları, kinoteatrlar televiziyanın  bir-birinə paralel olmaqla, bir-biri ilə kəsişmədən, müxtəlif müstəvilərdə hərəkət etməsidir. Lakin belə olmamalıdır - kino istehsalçıları, kinoteatrlar televiziya Azərbaycan kinosunun tamaşaçıya çatdırılması yolunda bir zəncirin manqaları olmalıdırlar. Məhz bu gün, bizə vacib olan, kino istehsalçılarının  prokatçılar televiziya ilə yaxınlaşması, birləşməsi məqsədilə islahatların aparılmasıdır. Bunun üçün dövlətin kino sahəsində düşünülmüş   inandırıcı siyasəti vacibdir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının vəzifəsi ondan ibarət olmalıdır ki, dövlət siyasətinin işlənib hazırlanması realizasiyası zamanı  yeni İttifaqın maraqları nəzərə alınsın kinematoqrafçıların səyləri dövlətin iradəsi ilə üst-üstə düşsün.

Ölkəmizdə kino sahəsində peşəkarlar çatışmır. Kadrların hazırlanmasındakı mövcud sistem zamanın tələblərinə cavab vermir. Alternativ təhsil meydançalarının layihələrini işləyib hazırlamaq həyata keçirmək vacibdir. Prodüserlərə sadəcə istedadlı yox, o cümlədən səmərəli peşəkar kadrlar lazımdır.

 

Hazırda internet hüquqların pozulmasında əsas mənbə rolunu oynayır

 

- Müsahibələrinizdən birində belə bir fikir söyləmişdiniz : Azərbaycanda kino haqqında biznes kimi danışmaq çox tezdir. İndi ən yaxşı yol beynəlxalq səviyyədə tanına bilən keyfiyyətli kino yaratmaqdır. Azərbaycan kinosu bunu edə bildimi yaxud bilirmi?

- Azərbaycanda kino istehsalının rentabelli (gəlir gətirən) biznesə çevrilə bilməsi üçün intellektual mülkiyyətin müdafiəsinə  münasibəti kökündən dəyişdirmək, bu prosesə cəlb olunmuş onun  ticari dövriyyədə iştirakını təmin edən adamların maraqlarını nəzərə almaq lazımdır. Hazırda internet kommunikasiya vasitəsindən intellektual hüquq sahiblərinin  kütləyə çatdırılmasında geniş istifadə vasitəsinə çevrilib eyni zamanda bu hüquqların pozulmasında əsas mənbə rolunu oynayır.  Fayl paylaşma baxış servisləri demək olar ki, bütünlüklə əsərlərin qeyri-qanuni istifadəsinə həsr olunub, sosial şəbəkələrdə əsərlərin sahibləri tərəfindən icazəsiz istifadəsi 60%-dən yuxarıdır. Bu Azərbaycan prodüserləri üçün ciddi mənfi nəticələrə səbəb ola bilər, onların normal fəaliyyət göstərməsi gələcək inkişafına mane olaraq, iqtisadi əsaslarının sarsılmasına, kino istehsalının investisiya üçün cəlbediciliyinin azalmasına gətirib çıxara bilər. Piratçılıq ölkəmizdə yaradıcılığın mükafatlandırılmasına mədəniyyətin inkişafına böyük ziyan vurur.

- Siz həm hüquqsünassınız. Bildiyim qədər, Azərbaycan kinosunun hüquqi bazasını yaratmaq istəyiniz var. Yeni İttifaqda bu məsələni gündəmə gətirəcəksinizmi?

- Kino istehsalı prosesində kino çəkilişinə  lazım olan avadanlığın Azərbaycana idxal edilməsi üçün normativ-hüquqi bazanın nizamlanması sahəsində zəruri dəyişikliklər edilməsi, həmçinin  kino avadanlığının idxalı kino istehsalı  zamanı təqdim olunan xidmətlərin  ƏDV-dən azad olunması vacibdir. Yeni İttifaqının katibliyi Azərbaycan hökumətinə təqdim etmək üçün təkliflər planı üzərində fəal aparır bu təkliflər ən yaxın zamanda Azərbaycan Respublikasının  Mədəniyyət  Turizm Nazirliyinə təqdim olunacaqdır. 

 

“Bu gün  Azərbaycan prodüserləri filmlərin istehsalına öz kapitallarını qoymaq istəmirlər

 

- Prodüseri olduğunuz  Sahəfilmi Azərbaycanla Gürcüstanın ilk birgə işidir. Necə fikirləşirsiniz, müştərək layihə kimi qarşıya qoyduğu məqsədlərə çata bildimi?

- Hesab edirəm ki, bəli. ”Sahətammetrajlı bədii filmi bir neçə il ərzində Azərbaycanı beynəlxalq festivallarda təmsil etdi. Film Azərbaycanda, ABŞ-da, Hindistanda, Rusiyada, Türkiyədə, Kiprdə, Gürcüstanda, Rumıniyada, Ukraynada, Estoniyada, Braziliyada b. ölkələrdə nümayiş olundu. Bu müddət ərzində biz bir çox şey öyrəndik, maraqlı insanlarla tanış olduq, xarici kinematoqrafçılarla distribyutorlarla işgüzar, səmərəli  əlaqələr qurduq. Ona görə deyə bilərəm ki,  layihə müəyyən məqsədlərinə çatdı, lakin filmin distribyusiyası üzrə hələ davam edir.

- Azərbaycanda prodüser kinosunun sözün həqiqi mənasında inkişaf etməsi üçün tam şərait varmı? Şərait varsa prodüserlərə mane olur?

- Ölkəmizdə  prodüser filmlərinin çəkilişi  üçün şərait var, amma təəssüf ki, bu gün  Azərbaycan prodüserləri kinoteatrlarda filmlərin prokatından, onların televiziyada nümayişindən DVD buraxılışlarından sərf etdikləri pulu geri qaytara bilmədikləri üçün filmlərin istehsalına öz kapitallarını qoymaq istəmirlər. Ona görə investorların xarici prodüserlərin kinoya cəlb olunması demək olar ki, qeyri-mümkündür.

- Rəhbəri olduğunuzNərimanfilmkinostudiyası gənclərlə sıx işbirliyi qurur. Gənc kinematoqrafçıları necə qiymətləndirirsiniz?

- Hesab edirəm ki, gənc Azərbaycan kinematoqrafçıları  istedadlı iddialıdırlar. Bizim əsas vəzifələrimizdən biri gənc kinematoqrafçılarla daimi əlaqə qurmaqdır.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-12-13 iyul.-S.13.