“Mən başqa ölkədə yaşasam da, ürəyim hər zaman Azərbaycanla döyünür

 

Nilufər Şıxlı : “Hekayələrimin və romanlarımın qəhramanları öz həmvətənlilərimdir”

 

Müsahibim çox gənc olmasına baxmayaraq qürbət diyarda tanınan , sevilən yazıçı xanımdır. Yazılarında vətəni - Azərbaycanı tərənnüm etməkdən yorulmayan  Nilufər  Şıxlı  1991-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995 ildə, 4 yaşında  ikən, Bakı şəhəri 12 saylı orta məktəbin birinci sinfinə gedib.  1999-cu  ildə valideynləri ilə birlikdə Moskva şəhərinə köçüb.  2006-cı  ildə Moskva şəhəri 1937 saylı iqtisadiyyat təmaüllü orta məktəbin nəzdindəki gimnaziyanı gümüş medalla bitirib. Həmin ildə Moris Torez adına Moskva Dövlət Dilçilik Universitetinin Humanitar və Tətbiqi elmlər fakültəsinə qəbul olunub.  2011-ci  ildə universiteti bitirərək həmin fakültənin aspiranturasına daxil olub.  Çoxsaylı şeirlərin və hekayələrin müəllifidir. Hazırda iki roman üzərində işləyir. Eyni zamanda rəssamlıqla məşğul olan  gənc xanım dörd xarici dil bilir.

 

“Bircə, o yadımdadır ki, Bakı çox küləkli idi”

 

- Azərbaycan yaddaşınızda  necə qalıb?

- Biz Azərbaycandan gedəndə mən uşaq idim, 7-8 yaşım vardı. Ancaq  buna baxmayaraq, mənim vətənimə çox böyük məhəbbətim var idi. Onu tərk etmək istəmirdim. Yadımdadır, eşidəndə ki, biz artıq Moskvada yaşamalıyıq , çox ağlamışdım. Özümü Bakısız, sinif yoldaşlarımsız, qohumlarımsız təsəvvür edə bilmirdim. Hələ də bilmirəm. Bir-iki həftə boş vaxtım olan, tətilə çıxan kimi, bilet alıb Azərbaycana uçuram.  İndi artıq böyümüşəm,  özüm gedib-gələ bilirəm, uşaq olanda valideyinlərimdən aslı idim, yalnız onlarla bərabər gedirdim Bakıya  və hər Moskvaya döndüyümdə bir neçə gün özümə gələ bilmirdim.

Təəssüf olsun ki, mənim uşaqlığımdakı Azərbaycan yadımda deyil. Onu gözümün qabağına gətirə bilmirəm. Bircə,  o yadımdadır ki, Bakı çox küləkli idi. İndi elə deyil.

Şəhərimiz o qədər dəyişib ki, artıq onun əvvəlki görkəmi belə yadımdan çıxıb. Mən  hər gəldiyimdə Bakımı daha da gözəl görürəm - son səfərimdən yarım il keçir, yoxsa bir ay, fərq etmir, çünki Bakı demək olar ki, hər gün daha artıq gözəlləşir.

- Yazıçılıqla məşğulsunuz. Bu həvəsiniz nə vaxtdan yaranıb?

- Mənim uşaqlıqdan yazmağa həvəsim var idi, amma bununla əvvəllər ciddi məşğul olmurdum. Kiçicik şeirlər yazır, sonra isə çırıb atırdım. Mənim heç vaxt artıq vaxtım olmayıb. Yaddaşım bərkiyəndən bilirəm ki, yalnız oxuyuram. 4 yaşımda məktəbə getmişəm, 15 yaşımda universitetə qəbul olmuşam. Bütün vaxtımı və gücümü yalnız dərslərimə bağışlamışam. 

- Ananız Afaq xanım həm Azərbaycanda, həm də Rusiyada tanınan şairədir. Bu sahəni seçmənizdə ananızın  təsiri varmı? Onun  yaradıcılığından təsirlənmisinizmi?

- Mən gözümü açandan anamı yazan görmüşəm. Uşaqlıqdan onun bu qabiliyyətinə pərəstiş edirdim. Balaca olanda  onu kimi yazmaq həvəsində idim, ancaq məndə alınmırdı. Anamın  yazdığı şeirləri  öz anasına oxuduğunu görəndə uşaq ağlımla həsəd aparırdım, mən də elə etmək istəyirdim. Hətta yadımdadır, bir dəfə 4-5 yaşım olanda, Mikayıl Müşfiqin hansısa şeirini bir vərəqə köçürüb (güya mən yazmışam)  anama gətirdim ki, o da mənimlə fəxr etsin, o isə kimin şeiri olduğunu o dəqiqə anladı, amma məni danlamadı. Güldü və başa saldı ki, belə olmaz. “Sən mənim qızımsan, bir gün özün yazacaqsan və o zaman məni çox sevindirəcəksən!” – dedi.

 

“Əsər Bakıda eyni məhəllədə yaşayan dörd gəncdən bəhs edir”

 

- İki roman üzərində işləyirsiniz. Bir az bu haqda danışardınız. 

- Romanlarımdan biri  tam  hazırdır, amma hələ nəşrə verməmişəm. Əslində  bu romanın iki adı var: “Məhəbbət və bəraət”  və ya “Takeş”. Takeş - əsərin qəhrəmanı  olan  gəncin ləqəbidir. Əsər Bakıda eyni məhəllədə yaşayan dörd gəncin – dörd  dostun başına gələn hadisələrdən bəhs edir. Məhəbbət və nifrət, dostluq və  xəyanət kimi bir-birini izləyən duyğuların insan talelərinə təsiri təsvir edilir. Yalnız   mən indi bir başqa əsəri də bitirmək üzrəyəm, ona görə bilmək olmaz, hələ hansı birinci olaraq işıq üzü görəcək.

- Bildiyimə görə siz gözəl şeirlər yazırsınız. Şeirləriniz mövzusu nəyə həsr olunub?

- Şeirlərimin mövzusu çox müxtəlifdir. Məhəbbət, həyat, bəzi insani keyfiyyətlərin təsviri və s. duyğuları əks etdirən  şeirlərim də var. Hətta bəziləri  fəlsəfidir. Yəni, bilmirəm, nə zaman nə haqda yazacağam. Bunu ürəyim deyir.

- Vətənə həsr etdiyiniz şeir, hekayə  varmı?

- Var, əlbəttə. Lakin vətənə aid hekayələrim daha çoxdur. Hələ 5-6 il öncə, ilk olaraqXəzərjurnalında sonralar oxuduğum universitetin qəzetində dərc olunmağa başlamışam. İlk dərc olunanYenə payızadlı vətən həsrətli şeirim idi. Daha sonralar isə Azərbaycanda, Rusiyada, hətta Tacikistanda belə şeirlərim dərc olunmağa başladı.

Yeri gəlmişkən qeyd edim ki, ümumiyyətlə hekayələrimin romanlarımın qəhramanları öz həmvətənlilərimdir. Mən əsərlərimin qəhramanlarına  xarici ad qoymağı sevmirəm, qəbul etmirəm öz həmyaşlarımı, gördüklərimi, tanıdıqlarımı qələmə alıram. Əlbəttə ki, fantaziyasız təxəyyülsüz keçinmək olmaz. Lakin  real həyatımız o qədər maraqlı hadisələr insanlarla zəngindir ki, yalnız qələm işlətmək kifayət edir.

 

“Ana, havadan vətən ətri gəldi

 

- Rusiyada yaşayan azərbaycanlı rus gəncləri Azərbaycanı necə tanıyır?

- Mən Moskvaya köçəndən bəri yüzlərcə azərbaycanlılarla tanış olmuşam. Burda həmvətənlərimizin sayı günü-gündən çoxalır. mənə hər zaman təəccüblü gələn o olur ki, bir çoxları vətənpərvər deyillər, öz ölkələri üçün darıxmırlar, Azərbaycana dönməyə can atmırlar, hətta öz  ana dilimizi bilməyənlər var. Vətənini, dilini sevməyi insana uşaqlıqdan valideynləri  öyrətməli, vətənpərvərlik hissləri aşılamalıdırlar. Buna görə  məni eləcə qardaşımı vətənə məhəbbət sədaqət ruhunda böyutdüklərinə görə öz valideynlərimə minnətdaram. Yadımdadır, bir dəfə, Moskvadan Bakıya uçarkən, kiçik qardaşım Binə hava limanında “Ana, havadan vətən ətri gəldidemişdi. Bu əlbəttə ki, bir uşağın hər zaman yanında deyilən qulağında qalan sözlər idi.

O ki qaldı ruslara, demək olmaz ki, onların Azərbaycan barədə böyük məlumatları var. Onlar bizim ölkəni tam olaraq tanımırlar ya tanımağa can atmırlar.

Ancaq biz tanıtmağa çalışırıq. Bu ilAvroviziya”nın Azərbaycanda keçirilməyinin müsbət tərəfi çox oldu. Ruslar Azərbaycanı başqa tərəfdən tanıdılar. Şəhərimizin necə gözəl olduğunu gördülər. Yarışmadan sonra tanışlarımdan bir çoxları  mənə  “Biz Azərbaycanı heç belə bilmirdik. Şəhəriniz həddən artıq gözəlmiş!” ,Bakı adı eşidəndə gözümüzün qabağına “Brilliant əlfilmindəki solğun əski bir şəhər gəlirdi, sizin paytaxt isə Dubaya bənzəyirdedilər.

 

Dünya artıq Azərbaycana ikinci dərəcəli ölkə kimi baxmır

 

- Xarici ölkədə yaşayan  gənc xanım kimi Azərbaycanın tarixi, ədəbiyyatı, musiqisi barədə məlumatınız hansı səviyyədədir?

- Mən başqa ölkədə yaşasam da, ürəyim hər zaman Azərbaycanla döyünür. Mən həmişə çalışıram öz vətənimi tərənnüm edim, xalqıma layiq olum.  Çox şükür ki, Azərbaycanı Moskvada təmsil edən insanlar çoxdu. Azərbaycanı tanıdacaq müxtəlif təşkilatlar cəmiyyətlər vardır: Gəncləri birləşdirən Rusiya Azərbaycan Gənclər Təşkilatı, “Ocaqcəmiyyəti, Şəhriyar Ədəbi Mədəni cəmiyyəti, s.

Tədris ocaqlarında Azərbaycan mərkəzləri yaradılır. Orada xalqımızın mədəniyyəti, mətbəxi və musiqisi rus və başqa millətlərdən olan gənclərə də aşılanır.

- Azərbaycan özünü dünyada tanıtmaq üçün sizcə, daha nələr etməlidir?

- Azərbaycan özünü bu son illərdə tanıtmaq üçün çox şey edib  və biz bunun nəticələrini artıq görə bilirik. Azərbaycana dünya artıq ikinci dərəcəli bir ölkə kimi baxmır. Amma məncə, Azərbaycan öz torpaqlarını geri alıb qələbə çalmaqla adını tarixə yazacaq! Özünü tanıtmanın məncə, daha gözəl yolu ola bilməz.

 Rusiyada yaşayan yazarlarımıza, ziyalılarımıza və gənclərimizə olan diqqətinizdən dolayı, sizə öz minnətdarlığımı bildirirəm.

 

 

Nərmin MURADOVA

 

Paritet.-2012.-30 iyun-2 iyul.-S.10.