Cənubi Azərbaycan Milli Şurası yaradılacaq

 

Camal Məmmədxanoğlu: “Bu təşkilatın nizamnaməsi, ilkin idarə heyəti demokratik üsullarla müzakirə ediləcək son halı ilə bağlı qərarlar Forumda veriləcək

 

 Xəbər verdiyimiz kimi, ötən il aprelin 23-24-də İzmirdə, Türkiyədə yaşayan Azərbaycanlıların I Qurultayı keçirilmişdi. 400-dən çox nümayəndənin qatıldığı qurultayda Azərbaycanın bütün məsələləri dilə gətirilmişdi. Qurultayın təşəbbüsçüsü Təşkilat Komitəsinin sədriCanAz TV”nin rəhbəri, İzmir-Azərbaycan Mədəniyyət Mərkəzi Cəmiyyətinin sədri Camal Məmmədxanoğlu idi. İzmir-Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə bu il 21-22 apreldə isə, Azərbaycan Türklərinin I Beynəlxalq Forumu keçiriləcək. Forumda dünyanın hər tərəfindən dəvət olunmuş Azərbaycan türkləri bir araya gələrək, Cənubi Azərbaycan problemlərini müzakirə edəcəklər. Bakıda olan Camal Məmmədxanoğlu forumla bağlı  mətbuat konfransı keçirdi.  Onun sözlərinə görə, Forumun məqsədi Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların Şurasını yaratmaqdır: “Dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlının yaşaması bir faktdır. Dünyada, milliləşmə dövlətləşmə prosesini tamamlaya bilməyən millətlərdən biri , çox təəssüf ki, biz, azərbaycanlılarıq. Son 200 ildə rus işğalında olan Şimali Azərbaycanda, Rusiyadakı ictimai inkişafın təsiri ilə meydana gələn müddətdə, millətləşmə dövlətləşmə dövrü tamamlanmış olsa da, millətimizin böyük əksəriyyətini təşkil edən, Cənubi Azərbaycan Türkləri bu müddəti tamamlaya bilməyiblər. Təəssüf ki, millətimizin böyük əksəriyyəti, başqa millətlərin əsarəti altında yaşayır. Bu ərazidə təxminən 30 mln. azərbaycanlı yaşayır biz onların problemlərini ön plana çıxarmalıyıq”.

 

Diaspor olaraq da bir-birimizi yaxından tanımalı əməkdaşlığımızı artırmalıyıq

 

Təşkilat sədri dedi ki, Cənubi azərbaycanlıların millətləşmə dövlətləşmə prosesi, 50 milyondan çox azərbaycanlının birliyi, bütövlüyü düşüncəsinin xaricində ələ almamalıyıq: “Cənubi Azərbaycan türklərinin millətləşmə dövlətləşmə müddətini tamamlamasına liderlik etmək, bu prosesi sürətləndirməyə çalışmaq, yalnız Cənubi azərbaycanlı milli ziyalıların vəzifəsi deyil. Bu vəzifə, dünyanın harasında yaşamağından asılı olmayaraq, milli düşüncəli bütün Azərbaycan-Türk ziyalılarının vəzifəsidir. Təbii ki, əsas vəzifə, cənublu ziyalılarımızın üzərində olmaq üzrə”.

C.Məmmədxanoğlu bildirdi ki, məqsədimiz bir olduqdan sonra millətimizin əsas mənfəəti üçün bir araya toplaşma şansımız var bu, mümkündür: “Bizcə, millətimizin ən mühüm iki məsələsi vardır. Birinci, başqa millətlərin əsarəti altında yaşayan millətimizin böyük əksəriyyətini təmsil edən, amma azad olmayan Azərbaycan türklərinin problemləridir. İkincisi isə, işğal altında olan torpaqlarımızdır. 50 milyon Azərbaycan türkünün Ana Vətəni olan dövlətimiz beynəlxalq aləmdə işğal altında olan torpaqların azad edilməsi uğrunda zəruri mübarizəni aparır. Amma təəssüf ki, böyük hissəsi azad olmayan millətimizin mənfəətləri beynəlxalq aləmdə nəzərə alınmır bu üzdən , lazımi səviyyədə müdafiə oluna bilmir. Millətimizin təməl mühüm problemlərini beynəlxalq platformada müdafiə edə biləcək, milli, demokratik, müasir, millətimizin hər təbəqəsinin təmsil olunduğu bir üst quruma, cəbhəyə ehtiyacı var”.

O məhz bu məqsədlə , “Milli Azərbaycan Şurası”nın yaradılması qərarını verdiklərini söylədi: “Bu təşkilatda, müxtəlif ölkələrdə  yaşayan azərbaycanlıların hər təbəqəsindən ziyalılarımızın, təşkilatçılarımızın, elm adamlarımızın, sənətçilərimizin, yazıçılarımızın iştirak etməsinin zəruri olduğunu düşünürük. Bu xüsusiyyətlərə sahib olanAzərbaycan Milli Şurası”nın yaradılması üçün, millətimizin hər təbəqəsindən insanlarının qatılacağı, “Azərbaycan Türklərinin I Beynəlxalq Forumuadlı geniş tərkibli bir tədbirin keçirilməsi ilə bağlı qərar qəbul edilib”.

C.Məmmədxanoğlu Cənubi Şimali Azərbaycanda müxtəlif düşüncəli siyasi partiyalara, siyasi hərəkat QHT-lərə çağırış etdi: “Sizlər millətimizin siyasi təşkilatları olaraq, xalqımızın ən fədakar qismini özünüzdə ehtiva edirsiniz. Hər bir partiya millətimizin mənafelərini öz siyasi baxışları ilə, doğru bildiyi yolla müdafiə etmək üçün mübarizə aparır. Baxışlar fərqli olsa belə, məqsədləriniz millətimizin daha firavan yaşaması, daha azad, daha müstəqil, daha demokratik, daha yüksək rifahlı bir ortamda yaşaması üçün hədəflənib”.

Mərkəz sədri Forumun Təşkilat Komitəsi adından Borçalı Dərbənd azərbaycanlılarına, Türkiyədə yaşayan azərbaycanlılara, dünya siyasətçilərinə s. ünvanlara da ayrılıqda müraciətlərin edildiyini xatırlatdı. O artıq müxtəlif ölkələrdə yaşayan soydaşlarımızdan Foruma dəstək mesajları göndərildiyini vurğuladı.

Onun sözlərinə görə, foruma dünyanın 50 ölkəsində yaşayan azərbaycanlılar qatılacaq: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı dostlarımızla üç ay müzakirə apardıqdan sonra belə bir forumu keçirməyi qərara aldıq. Tədbirin heç bir dövlətlə, təşkilatla, partiya ilə bağlılığı yoxdur. Forumda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların nümayəndələri çıxış edərək, təmsil etdikləri diasporun problemləri haqqında məlumat verəcək. Diaspor olaraq da bir-birimizi yaxından tanımalı əməkdaşlığımızı artırmalıyıq. Azərbaycanın dünyada nüfuzunun artması üçün milli birliyə çox ehtiyac var”. 

O təəssüf edir ki, dəyişik ölkələrdə yaşayan soydaşlarımızın bir qismi, yaşadıqları ölkələrdə, müxtəlif səbəblərlə assimilyasiya olmaqda, yaşadıqları ölkələrin millətlərinə qarışıb, milli varlıqları sona çatmaqdadır: “Son 20 ildə təşkilatlarımızın qurulması inkişafı mövzusunda ciddi inkişaflar olsa belə, təşkilatlarımız arasında bağların kifayət qədər güclü olmaması, təşkilatlanma anlayışlarımızın fərqliliyi, Cənubi Şimali Azərbaycanlı soydaşlarımızın təşkilatları arasında kafi birliklərin meydana gəlməməsi buna bənzər səbəblərlə, istənilən birlik, bərabərlik güc yaradılmayıb. Ancaq gün, dəyişik ölkələrdə yaşayan bizlərin, bir araya gəlib, güclərimizi birləşdirmə, millətimizin mənfəətlərini beynəlxalq platformalarda müdafiə edə biləcək, təşkilatlarımız üstündə, QHT xarakterli, milli, bütöv bir təşkilat yaratma zamanıdır. Milli Şura, parçalanmış azərbaycanlıların hər hissəsini təmsil edəcək milli, müasir, qeyri-hökumət xarakterli, demokratik bir cəbhə, bir üst qurum kimi nəzərdə tutulur”.

“Orta Şərqdə meydana gələn dəyişikliklərdən dolayı, İran dövlətinin daxildə cənubi azərbaycanlılara qarşı göstərdikləri amansızlıqlar keçən bir il ərzində çoxlu siyasi fəalların həbsi, edamı, eyni zamanda Urmu gölü ətrafında baş verən problemlər, artıq Cənubi Azərbaycan məsələsi ilə bağlı konkret işlərin görülməsi üçün zamanın yetişdiyini göstərir” deyən C.Məmmədxanoğlu forumun bu problemlərin həlli yolunda həlledici işlər görəcəyinə ümid edir. O, Azərbaycan mətbuatının bu Foruma geniş yer verməsini xahiş etdi.

 

Azərbaycanlıların bir araya gəldiyi ən böyük toplantı olacaq

 

C.Məmmədxanoğlu forumun hər bir azərbaycanlı üçün açıq olduğunu dedi: “Bu tədbirdə, hər  bir azərbaycanlı iştirak edə bilər. Milli Şura demokratik üsullarla yaradılacaq. Bu təşkilatın nizamnaməsi, ilkin idarə heyəti, demokratik üsullarla müzakirə ediləcək və son halı ilə bağlı qərarlar Forumda veriləcək. Şurada, parçalara bölünmüş millətimizin hər parçasından nümayəndələrin iştirakı üçün əlimizdən gələni edirik. Şura heç bir dövlətdən asılı deyil, tamamilə sivildir. Azərbaycan Türklərinin milli maraqlarını, birliyini müdafiə edir və birləşdirir. Müasir bir təşkilatdır. Müasirliyi də qadın-kişi bərabərliyi, dünyəvilik kimi ünsürləri ehtiva edir. Bütün millətlərə, millətlərarası hüquqa hörmətlidir və bütün millətlərdən və beynəlxalq təşkilatlardan da Azərbaycan-Türk millətinə eyni hörməti göstərmələrini gözləyir”.

Soydaşımız mediada Milli Şuranın, Diasporla İş üzrə Dövlət Komitəsinə alternativ olması ilə bağlı yer alan məlumatlara da fikir bildirdi. O qeyd etdi ki,  forum və yaratmaq istədikləri “Azərbaycan Milli Şurası” DİDK-nin, ya da DAK-ların alternativi deyil: “Şura, DİDK-in rəsmi bir təşkilat olduğu üçün etmədiyi, etməyəcəyi işləri görmək üçün yaradılmağa çalışılan QHT-dir. Həm də sadəcə diaspor təşkilatı da deyil. 50 milyondan çox Azərbaycan türkünün təmsilçilərinin qatıldığı, milli, QHT xarakterli, demokratik, təsirli və s. bir təşkilatdır. Bu, öz böyüklüyünə görə dünyada azərbaycanlıların bir araya gəldiyi ən böyük toplantı, yığıncaq olacaq. Yığıncağımıza 500-700 nəfərin qatılmasını gözləyirik”.

Forumda parlament üzvləri, qeyri-hökumət və diaspor təşkilatlarının nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək.

Qeyd edək ki, artıq forumun rəsmi saytı da fəaliyyət göstərir. Daha öncə, http://azerbaycanforumu.blogspot.com bloqunda yayımlanan xəbərlər, hazırda www.azerbaycanforumu.com web-saytında yayımlanır.

 

 

Fuad HÜSEYNZADƏ

 

Paritet.-2012.-8-9 mart.-S.5.