“DAGB Vətənin
təbliği prosesinin önündə
gedəcək”
Ramin
Məmmədov: “Xaricdəki azərbaycanlı gənclərin
daha da fəal olmaları üçün proqramlar işləyib
hazırlayacağıq”
“Dünya Azərbaycanlı Gənclər
Birliyi qısa zaman ərzində xarici ölkələrin
nüfuzlu təşkilatları ilə gözəl əlaqələr
qurmağı, həmin ölkələrin ictimai-siyasi, daxili həyatında
vacib amilə çevrilməyi, ən qabaqcıl gənclər
nümayəndələri ilə dostluq əlaqələri
yaratmağı qarşıya məqsəd qoyub. Bunlar gəncliyimizi
fərqləndirən və ümummilli liderin Azərbaycan gəncliyi
ilə bağlı arzusunun əsas istiqamətlərindən
biridir. Ulu öndərin Azərbaycan gəncliyinə fəal
olmağa dair tövsiyələrini rəhbər tutaraq
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasətin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi barədə
gerçək məlumatların, ölkəmiz haqqında həqiqətlərin
təbliği istiqamətində üzərimizə
düşən vəzifələri layiqincə yerinə
yetirməliyik”.
Bu
barədə Dünya Azərbaycanlı Gənclər Birliyinin
sədri Ramin Məmmədov yap.org.az saytına verdiyi
müsahibəsində deyib.
Qeyd
edək ki, DAGB-nin təsis qurultayı 12 mart 2012-ci il tarixində
Bakıda keçirilən təsis qurultayında
yaradılıb, R.Məmmədov isə Birliyin sədri vəzifəsinə
seçilib.
R.Məmmədov
bildirib ki, DAGB Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılması, Vətənin
təbliği prosesinin önündə gedəcək: “Həmçinin,
xaricdəki azərbaycanlı gənclərin daha da fəal
olmaları üçün proqramlar işləyib
hazırlayacağıq. Bir sözlə, bu Birliyin
yaradılması dünyanın müxtəlif ölkələrində
təhsil alan və yaşayan gənclərin üzərinə
böyük məsuliyyət qoyur. Prezident İlham Əliyevin
qurultaya ünvanladığı məktubda da
vurğuladığı kimi, Dünya Azərbaycanlı Gənclər
Birliyi gənc nəslin mütəşəkkilliyinin
artırılması, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması,
diasporun möhkəmləndirilməsi və mədəni
irsimizin təbliği istiqamətində gənclərimizin fəaliyyətini
daha yaxşı əlaqələndirməyə imkan verəcəkdir.
Dövlət başçısı məktubunda bu mötəbər
məclisin keçirildiyi günün Azərbaycan gənclər
hərəkatının tarixinə əlamətdar hadisə
kimi daxil olacağına inandığını
vurğulayıb”.
Yüksək
etimada layiq görüldüyü üçün ölkə
rəhbərliyinə, ona etimad göstərən hər kəsə
minnətdarlıq edən R.Məmmədov, Birliyin təsis qurultayının
keçirilməsini Prezident İlham Əliyevin həm diaspor
quruculuğuna, həm də gənclərə xüsusi diqqət
və qayğısının nəticəsi olduğunu deyib:
”DAGB-nin sədri seçilməyimdə Yeni Azərbaycan
Partiyasının da xüsusi rolu var. O mənada ki, hakim partiya
dövlətin gənclər siyasətinin həyata
keçirilməsində aktiv rol oynamaqla yanaşı, gənclərə
öz bacarıqlarını açıq şəkildə
ifadə etmək üçün geniş meydan verib.
Partiyanın Gənclər Birliyi olaraq bizlər də
yaradılmış bu imkandan lazımi şəkildə
yararlanaraq, üzərimizə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlməyə
çalışırıq. Daha doğrusu, Prezident İlham Əliyevin
gənclərə verdiyi önəm, göstərdiyi diqqət
hər zaman biz gənclərə əlavə bir güc, mənəvi
ruh yüksəkliyi verir. Dövlət
başçısının gənclərə göstərdiyi
diqqət və qayğıdan irəli gələrək YAP gəncləri
kimi biz də öz fəaliyyətimizi məhz bu istiqamətdə
qurmuşuq”.
Təsis
qurultayından danışan R.Məmmədov bildirib ki,
dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlı gənclərin nümayəndələrinin
Bakıda bir araya gəlməsi olduqca qürurverici bir hadisədir:
“Bu qurultayın keçirilməsi və birliyin
yaradılması ideyası 2010-cu ilin noyabrında
Almaniyanın Frankfurt şəhərində keçirilən
Dünya Azərbaycanlı Gənclərinin I Konqresində irəli
sürülüb. Qısa vaxt ərzində Diasporla İş
üzrə Dövlət Komitəsi, Gənclər və
İdman Nazirliyi, gənclər siyasəti ilə məşğul
olan digər dövlət qurumları, o cümlədən
xarici ölkələrdə fəaliyyət göstərən
diaspor təşkilatlarının birgə səyi nəticəsində
bu təşkilatın fəaliyyətinin əsas istiqamətləri
müəyyən edilib”.
1994-cü
ildən başlayaraq ölkədə gənclərimizin milli
vətənpərvərlik ruhunda formalaşması istiqamətində
mühüm işlər görüldüyünü diqqətə
çatdıran birliyin sədri bildirib ki, ulu öndər Heydər
Əliyev gənclər siyasətini dövlətin prioritet vəzifəsi
elan etdikdən sonra Azərbaycan gəncləri
üçün geniş inkişaf perspektivləri
açılıb: “Ümummilli liderin müəyyənləşdirdiyi
dövlət gənclər siyasətinin Prezident İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində
Azərbaycan gəncləri hərtərəfli diqqət və
qayğı ilə əhatə olunublar. Gənclər xaricdə
təhsil almaq imkanı qazanıb və bu gün minlərlə
azərbaycanlı gənc xarici ölkələrdə təhsil
alır. Gənclərimiz müxtəlif beynəlxalq təşkilatlarda
da ölkəmizi uğurla təmsil edirlər. Eyni zamanda, Azərbaycan
gəncliyi də daim ölkədə gedən ictimai-siyasi
proseslərdə aparıcı qüvvə kimi
çıxış edir”. Onun sözlərinə görə,
son illər Azərbaycan gəncliyinin xaricdə təşkilatlanması
istiqamətində mühüm işlər görülüb.
Birliyin sədri qeyd edib ki, bu gün Azərbaycanda, nəinki
ölkə daxilində, onun hüdudlarından kənarda
dövlətimizin təəssübünü çəkən,
Vətənə xidmət işini öz amalına çevirən
gənclər ordusu formalaşıb: “Bu gənclər ordusu
hazırda intellekti, yüksək vətənpərvərliyi və
fəallığı ilə Azərbaycan dövlətinə,
millətinə layiqincə xidmət edir, ölkəmizi beynəlxalq
aləmdə uğurla tanıdır. Heydər Əliyev
Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq
uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏİKGF)
mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın bu istiqamətdə həyata
keçirdiyi işlər xüsusilə qeyd olunmalıdır.
Məhz Leyla xanım Əliyevanın rəhbərliyi ilə
yaradılan Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının
(AMOR) səmərəli fəaliyyəti xarici ölkələrdə
formalaşan digər azərbaycanlı gənclər təşkilatları
üçün bir örnək təşkil edir”.
R.Məmmədov
vurğulayıb ki, Rusiya Federasiyası Dövlət
Dumasının sədri Sergey Narışkinin qurultay
iştirakçılarına məktubu AMOR-un, nəinki Azərbaycan cəmiyyətinin
və dövlətinin, eyni zamanda, Rusiyanın ictimai-siyasi və
gəncliyinin həyatında ciddi bir amilə çevrildiyinin
sübutudur: “Eyni zamanda, Xocalı soyqırımı ilə
bağlı dünyada Azərbaycan hakimiyyətinin, DƏİKGF-in
mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi
Leyla xanım Əliyevanın təşəbbüsü ilə
başlanmış “Xocalıya ədalət” kampaniyası
çərçivəsində Azərbaycan gəncliyinin fəallığının
hamımız şahidi olduq. Dünyanın 70-dək ölkəsində
keçirilən aksiyalar, konfranslar, həmçinin,
İstanbulun Taksim meydanındakı izdihamlı
yürüş, müxtəlif ölkələrin parlamentləri
qarşısındakı etiraz aksiyaları, Xocalıda
yaşanan dəhşətli faciənin şəkillərinin
nümayiş olunması və s. tədbirlər Azərbaycan
gəncliyinin fəallığının sübutu idi”.
Birliyin sədri bildirib ki, hazırda da xarici ölkələrdə
fəaliyyət göstərən 50-dən çox azərbaycanlı
gənclər təşkilatı ümummilli məsələlərdə
hər zaman vahid mövqedən çıxış edir.
“Xaricdə
yaşayan azərbaycanlı gənclərin cəmiyyətə
daha sıx inteqrasiyası, ictimai-siyasi fəallığının
artırılması, müxtəlif ölkələrin
dövlət orqanları, parlament və hökumət üzvləri,
kütləvi informasiya vasitələri ilə əlaqələrin
möhkəmləndirilməsi, nüfuzlu beynəlxalq təşkilatlarla
əməkdaşlığın qurulması, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması sahəsində
daha ciddi və daha konkret nəticələrin əldə
olunması üçün mühüm addımlar
atılır və hesab edirəm ki, Bakıda keçirilən
qurultay da bu istiqamətdə uğurların əldə edilməsi
üçün mühüm rol oynayacaq”-deyə DAGB-nin sədri
vurğulayıb.
Asif NƏRİMANLI
Paritet.-2012.-15-16 mart.- S.5.