Azərbaycan diaspor təşkilatının sədri
Litvanın müstəqilliyi ilə bağlı dövlət
tədbirinin əsas məruzəçilərindən biri olub
Litva azərbaycanlıları cəmiyyətinin sədri, 1988-1992-ci illərdə Litva Sayudis hərəkatı Seyminin üzvü və hazırda Litva Milli İcmalar Şurasının sədri Mahir Həmzəyev bir neçə gün əvvəl Vilnüsdə Seymin binasında keçirilən Litva Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 22-ci ildönümünə həsr olunmuş rəsmi dövlət tədbirində əsas Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatına görə, ölkənin 350-yə yaxın etnik təşkilatı adından təbrik çıxışı etmiş Mahir Həmzəyev “Milli icmalar Litvanın Azadlıq yolunda” mövzusunda nitq söyləmişdir. Onun məruzəsində 1988-2012-ci illərdə Milli İcmalar Şurasının tarixi və fəaliyyət aspektləri ilə yanaşı, milli azlıqların müxtəlif dövrlərdə Litva dövlət müstəqilliyinin bərpa edilməsinə verdiyi mühüm töhfələrdən danışılıb və bununla bağlı 1944-1951-ci illərdə Litva partizan müqaviməti hərəkatında fəal iştirak etmiş azərbaycanlı döyüşçü Şakir Sadıqovun ölkənin azadlığı uğrunda keçdiyi şərəfli mübarizə yolu da vurğulanıb.
Təntənəli
yığıncaqda dövlət rəsmiləri - Litva
Respublikasının Prezidenti Dalya Qribauskayte, ölkənin
sabiq Prezidenti Valdas Adamkus, 1990-1992-ci illərdə Litva
Respublikası Ali Sovetinin sədri, istiqlalçı millət
vəkili və ilk müstəqil dövlət
başçısı, hazırda isə Avropa Parlamentinin
üzvü Vitautas Landsbergis, LR Seyminin sədri İrena
Degutiene, LR Baş naziri Andryus Kubilyus, 1990-cı ilin martın
11-də Litva müstəqilliyinin bərpa edilməsi barədə
tarixi Akta imza atmış istiqlalçı deputatlar, birinci
müstəqil Litva hökumətində
çalışmış nazirlər, indiki Seymin, LR Nazirlər
Kabinetinin və Avropa Parlamentinin üzvləri, LR Konstitusiya Məhkəməsinin
Sədri və Konstitusiya Məhkəməsinin hakimləri, LR
Ali Məhkəməsi, Apelyasiya Məhkəməsi və
Baş İnzibati Məhkəməsinin sədrləri,
Litvanın xüsusi təyinatlı dövlət
qurumlarının və Silahlı Qüvvələrinin rəhbərləri,
Litva katolik kilsəsinin başçıları, digər dini
konfesiyaların rəhbərləri, xarici ölkələrin
Litvadakı diplomatik nümayəndəliklərinin təmsilçiləri,
Litva ali məktəblərinin rektorları, Seymin tabeliyində
olan dövlət institusiyalarının rəhbərləri,
1988-ci ildə Litva Sayudis hərəkatını yaradan təşəbbüs
qrupunun üzvləri, 1944-1956-cı illərdə Litva
azadlığı uğrunda partizan müqavimət hərəkatında
iştirak etmiş şəxslər və onların ailə
üzvləri, siyasi dissidentlər, sovet dövrünün
vicdan məhbusları, Litvanın milli icmaları və digər
qeyri-hökumət təşkilatlarının nümayəndələri,
siyasi partiyalar və gənclər hərəkatının təmsilçiləri,
məşhur ictimai-mədəni xadimlər və digər
hörmətli qonaqlar iştirak etmişlər.
Tədbirdə
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə
də iştirak edib.Təntənəli bayram mərasimi Litva
dövlət himnini səsləndirilməsi və daha sonra
Seymin sədri İrena Degutinenin giriş sözü ilə
başlayıb. Daha sonra təbrik çıxışları
olub. Litva müstəqilliyinə səs vermiş
istiqlalçı deputat, görkəmli yazıçı və
dramaturq Kazis Saya, Litva yevangelik-lüteran kilsəsinin yepiskopu
Mindaugas Sabutis, istiqlalçı deputat, Seymin üzvü və
Litvanın müdafiə naziri Rasa Yuknyaviçiene,
istiqlalçı deputat və Seymin üzvü Vidmantas
Jiemyalis, Litva Sayudis hərəkatı Seym Şurasının
üzvü, milli mədəniyyət və incəsənət
sahəsində Litvanın dövlət mükafatı
laureatı, görkəmli şair Marseliyus Martinaytis təbrik
məruzələri etmişlər.
Toplantıdan
əvvəl parlamentin sərgi galereyasında Litva Seyminin Dəftərxanası
və Milli İcmalar Şurası tərəfindən birgə
təşkil edilmiş sərginin təntənəli
açılışı olub. “Milli icmalar Litvanı
azadlığa aparan yolda” başlığı altında
düzənlənmiş sərgi stendlərində 1988 -
1992-ci illərdə ölkənin milli azlıq təşkilatlarının
Litva dövlət müstəqilliyinin bərpa olunması və
onun möhkəmləndirilməsi yolunda göstərdiyi fəaliyyəti
əks etdirən fotoşəkillər, sənədlər, nəşr
materialları, əşyalar və digər tarixi eksponatlar
nümayiş etdirilib.
Sərgi
eksponatları sırasında Litva azərbaycanlıları cəmiyyətinin
sözügedən dövrdə Litva milli azadlıq hərəkatındakı
fəaliyyətini, müstəqillik uğrunda
apardığı mübarizəni və digər mühüm
ictimai-siyasi işləri əks etdirən materiallar da
qoyulmuşdu. Sərginin açılışında Litva azərbaycanlıları
cəmiyyətinin fəallarından Adilə Əfəndi və
Zəkəriyyə Pirsaatov da iştirak etmişlər.
1990-1992-ci
illərdə Litva Respublikası Ali Soveti sədrinin
müavini, Litva müstəqilliyinə səs vermiş
istiqlalçı deputat, hazırda Litva Respublikası Seymi sədrinin
birinci müavini, millət vəkili Çeslovas Vitautas
Stankyaviçyus sərginin təntənəli
açılışında giriş sözü ilə
çıxış etmiş və Litva Milli İcmalar
Şurasına təbrik müraciəti edərək, ən
yeni tarixi dövrdə litvalılar üçün
bütün taleyüklü proseslərdə bilavasitə
iştirak edib və ağır illərdə Litva dövlətinə
loyal münasibət göstərmiş etnik azlıqların
nümayəndələrinə Seymin rəhbərliyinin təşəkkürlərini
çatdırıb.
Litva
kütləvi informasiya vasitələri müstəqilliyin bərpa
edilməsinin ildönümü ilə bağlı həyata
keçirilən bayram layihələrini geniş
işıqlandırmışlar. Seymdə keçirilmiş rəsmi
dövlət tədbiri isə Litva ictimai televiziyası və
milli radiosu ilə canlı yayımlanıb.
İSMAYIL
Paritet.-2012.-20 mart.- S.12.