Bakıda Bülbülün abidəsinin
açılışı olub
Prezident İlham Əliyev: “Bundan
sonra Şuşada yenidən Bülbülün, Natəvanın,
Üzeyir Hacıbəylinin abidələri qurulacaq”
Azərbaycan
Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda,
Bülbül prospektində görkəmli opera müğənnisi,
SSRİ Xalq Artisti Bülbülün xatirəsinə
ucaldılmış abidənin açılışında
iştirak edib. Prezident abidənin üzərindəki
örtüyü götürüb, önünə gül dəstəsi
qoyub.Dövlət başçısı mərasimdə
çıxış edib.
Bakı
Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli,
xalq artisti Arif Babayev, Rusiyanın xalq artisti,
Vokalçıların Bülbül adına VI Beynəlxalq
müsabiqəsinin münsiflər heyətinin sədri Sergey
Leyferkus, fransız sənətkar, müsabiqənin bədii rəhbəri
Robert Koerner, görkəmli müğənninin oğlu Polad
Bülbüloğlu Azərbaycan musiqi sənətinin
inkişafında Bülbülün əvəzsiz xidmətlərindən
danışıblar.
Polad
Bülbüloğlu atasının xatirəsinin əbədiləşdirilməsinə
göstərdiyi diqqət və qayğıya görə
Bülbülün ailə üzvləri adından dövlət
başçısına minnətdarlığını
bildirib.Qeyd edək ki, abidənin müəllifi əməkdar
incəsənət xadimi Akif Əsgərovdur. Tuncdan
hazırlanan abidənin postamentlə birlikdə
hündürlüyü 4,6 metrdir.
Preizdent
çıxışında deyib ki, Azərbaycan yaxın
zamanda Dağlıq Qarabağı erməni
işğalından azad edəcək və orada tarix və mədəniyyət
abidələrini bərpa edəcək:”Biz qədim Azərbaycan
torpaqlarında ikinci erməni dövlətinin
yaradılmasına imkan verməyəcəyik və mütləq
ərazi bütövlüyümüzü bərpa edəcəyik
.Bundan sonra Şuşada yenidən Bülbülün, Natəvanın,
Üzeyir Hacıbəylinin abidələri qurulacaq. Əminəm
ki, biz bu abidələrin açılış mərasimlərində
iştirak edəcəyik. Şuşa və Xankəndidə isə
Azərbaycanın milli bayrağı qaldırılacaq”.
Prezidentin
sözlərinə görə, Bülbülün
repertuarında olan xalq mahnıları, muğam, opera
partiyaları Azərbaycan musiqisinin “qızıl fondu”nu təşkil
edir. İlham Əliyev xatırladıb ki, Bülbül
Qarabağ torpağında anadan olub.
Dövlət
başçısı qeyd edib ki, ermənilər işğal
edilən torpaqlarda Azərbaycanın tarix və mədəniyyət
abidələrini məhv ediblər.
Paritet.-2012.-1-2 noyabr.-S.3.