Osloda “Azərbaycan Evi”nin növbəti
layihəsi
Norveçdə yaşayan gənc
diaspor fəalımız
“jiu-jitsu” idman növü
üzrə ölkə
çempionatında ən
yüksək nəticə
göstərərək qızıl
medala layiq görülüb
Osloda “Azərbaycan Evi”-nin təşkilatçılığı
ilə məşhur mügənni Cavid Təbrizli və onun musiqi qrupunun
möhtəşəm konserti
keçirilib. Konsertdə Osloda
yaşayan tanınmış
aşıq sənətinin
təmsilçisi gözəl
saz ustası Cəfər Cəfərzadə
də ifa edərək aşıq musiqisi ilə konsertə rəng qatıb.
“Azərbaycan
Evi”-nin idarə heyətinin üzvü Ramil Əliyev məlumat
verib ki, qısa zamanda fəaliyyətə
başlamasına baxmayaraq Oslodakı “Azərbaycan Evi”
böyük layihələri ilə Norveçdə diaspor fəaliyyəti
göstərərək ölkəmizi Skandinaviyada təmsil və
təbliğ edir: “Bu layihələrə misal olaraq deyə bilərəm
ki, Azərbaycandan dəvət etdiyimiz Azərbaycan Dövlət
Rəqs ansamblının dörd solistinin iştirakı ilə
intensiv milli rəqs kursları, Norveçdə yaşıyan
Azərbaycan qadınlarının toplantısı, Azərbaycanın
Müstəqillik gününün qeyd olunması, Norveçlə
Azərbaycan arasında diplomatik əlaqələrin
qurulmasının 20 illiyinə həsr olunmuş Oslo
Universitetində təşkil etdiyimiz mədəni proqram, Oslo
Universitetinin beynəlxalq festivalında rəqs qrupu ilə Azərbaycanın
təmsili və sairə layihələri göstərə bilərəm”.
Osloda
“Azərbaycan Evi”-nin yaranması isə ən böyük
nailiyyətimizdir deyən R. Əliyev bildirib ki, artıq
Norveçdə yaşıyan azərbaycanlıların
görüş mərkəzi olan məkanımız
vardır və bu məkan bütün həmvətənlilərimizin
doğma məkanı olacağını hədəflədiyimiz
“Azərbaycan Evi”-idir. “Azərbaycan Evi”-nin əsas məqsədlərdən
biri Norveçdə təşkilatlanmış, vahid və
güclü Azərbaycan icmasının formalaşmasına
nail olmaq, yerli Azərbaycan təşkilatlarına və
qruplarına dəstək olmaqdır.
Sonda R.Əliyev onu da qeyd etdi ki , Cavid Təbrizlinin
konserti günü Norveç Azərbaycanlıları Gənclər
Təşkilatının (NAYO) fəal üzvü olan
Hüseyn Abbaszadə Osloda keçirilmiş “jiu-jitsu” idman
növü üzrə ölkə çempionatında ən
yüksək nəticə göstərərək
qızıl medala layiq görülüb. Hüseyn Abbaszadə
“Azərbaycan Evi” və konsert iştirakçıları tərəfindən
sürəkli alqışlarla təbrik olundu və
nörveçdə azərbaycanlı gəncin nailiyyəti
xalqımızın və Norveçdə yaşayan
bütün azərbaycanlıların uğuru kimi qiymətləndirilib.
NƏRMİN
Paritet.-2012.-17-19 noyabr.-S.16.