“Çağ”daşlığın
20 illiyi
Gülüstan sarayında
“Çağ” Öyrətim İşlətmələri
Şirkətinin 20 illik yubileyinə həsr
olunan “Müasir Azərbaycan
və “Çağ” öyrətim”
adlı konfrans keçirilib.
“Etimada sədaqətlə 20 il” devizi altında
keçirilən tədbirdə təhsil naziri
Misir Mərdanov, millət vəkilləri,
dövlət qurumlarının rəsmiləri və təhsil
ictimaiyyətinin nümayəndələri iştirak
edib.
Tədbirdə
ilk öncə Türkiyənin
prezidenti Abdulla Gülün tədbirə ünvanlanan təbrik
məktubu oxunub. Sonra şirkətin 20 illik fəaliyyətindən
bəhs edən film nümayiş olunub.
Daha sonra Şirkətin
(ÇÖİŞ) idarə heyətinin sədri Ənvər
Özərən şirkətin 20 illik fəaliyyətinə
qısa nəzər salıb. Ənvər
Özərən Azərbaycan ilə Türkiyənin tarixi
birliyindən danışmış, ulu öndər Heydər Əliyevin
“Biz bir millət, iki dövlətik”, böyük şəxsiyyət
Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri
kədərimizdir” müdrik kəlamlarını
xatırladıb.
O bildirib ki, ümummilli lider Heydər
Əliyevin təhsilin inkişafına daim böyük önəm
verib və onun ideyaları bu gün prezident İlham Əliyev
tərəfindən uğurla həyata keçirilir: “Tarix
baxımında 20 il ərzində qısa bir zaman kimi
görünsə də bu illər ərzində şirkət
mühüm işlər görərək yeniliklərə və
uğurlara imza atıb. Ulu öndər Heydər Əliyev
Naxçıvanda Ali Məclisin sədri vəzifəsində
işləyərkən, 1992-ci il dekabrın 1-də Türkiyə özəl təhsil qurumu ilə
bağladığı təhsil müqaviləsi Azərbaycanda
ilk Azərbaycan-Türkiyə özəl təhsil müəssisələrinin
fəaliyyətinə yol açıb. Ölkədə təhsilə
göstərilən xüsusi diqqət və qayğıdan
danışan Ə.Özərən qeyd edib ki,
ÇÖİŞ-in təhsil müəssisələri –Azərbaycan-Türkiyə
özəl liseyləri, “Araz” kursları və Qafqaz Universiteti
öz fəaliyyətləri ilə respublikaya 530–dan çox
beynəlxalq dərəcəli qızıl, gümüş və
bürünc medallar qazandırıb. Hazırda bu məktəblərdə
çalışan müəllimlərin 80%-nin yerli kadrlardan
ibarətdir.Bu isə eyni zamanda, "Çağ"ın
daha bacarıqlı, bilikli müəllimlər də
yetişdirməsindən xəbər verir. Təhsil müəssisələri
məzunlarının 99 faizi Azərbaycanın və
dünyanın nüfuzlu ali məktəblərinə ən
yüksək ballarla qəbul olunurlar. Ə.Özərən
müvafiq sahənin inkişafı üçün bundan sonra
da təhsil müəssisələrinin səmərəli fəaliyyət
göstərəcəklərinə əminliyini bildirib.
Rəhbərlik
etdiyi ÇÖİŞ-in fəaliyyəti haqqında məlumat
verən Ə. Özərən bildirib ki, şirkətin
ölkəmizdə fəaliyyət göstərən təhsil
müəssisələri xalqımızın dahi rəhbəri
Heydər Əliyevin xeyir-duası ilə həyata vəsiqə
almışdır. Həmin təhsil ocaqlarının müəllim
və şagirdləri ümummilli liderimizin etimadını
daim doğrultmaq əzmindədirlər.
ÇÖİŞ hazırda 10 lisey, 1 gimnaziya, 1 ibtidai məktəb, 13 ali təhsilə hazırlıq kursları və 1 ali təhsil müəssisəsini-Qafqaz Universitetini özündə birləşdirir. 1994-cü ildən bu günədək liseylərimizin şagirdləri 530-dan çox qızıl, gümüş və bürünc medallar qazanmışlar. Respublika fənn olimpiadalarında isə şagirdlərimiz 230 qızıl, 248 gümüş, 245 bürünc medallara sahib olmuşlar.
Ənvər Özərən deib ki, məzunlarımızın 99 faizi hər il dünyanın ən müxtəlif universitetlərinin nüfuzlu fakültələrinə daxil olur. Hazırda məzunlarımızın böyük bir hissəsi ABŞ-ın Hyuston, Texas və Viskonsin universitetlərində, Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, Almaniya, Türkiyə, Çin, İsveçrə və digər ölkələrin universitetlərində təhsillərini müvəffəqiyyətlə davam etdirirlər.
Araz kurslarında şagirdlər Azərbaycan universitetlərinə qəbul imtahanlarına hazırlanmaqla yanaşı, burada, həmçinin Türkiyədə ali təhsil almaq istəyənlər üçün TCS proqramı üzrə kurslar da təşkil olunur.
<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->
Təhsil naziri Misir Mərdanov isə
çıxışında “Çağ”ın Azərbaycana
gəlişi və dövrlər ərzindəki fəaliyyətinin
tarixini vərəqləyib. “20 illik tarix əslində
qısa bir zamandır. Lakin “Çağ”ın bu tarixinin səhifələrini
vərəqlədikcə onlarla iyirmi ildə görülən işlərin şahidi olmaq olar. 20 ildir ki, “Çağ” Azərbaycan
təhsili üçün bir örnəkdir.Bu şirkət Azərbaycan
təhsilinə dünya təcrübəsinə
əsaslanan bir yenilik
gətirib. 20 il ərzində “Çağ” Öyrətim
Azərbaycanın təhsil sisteminin tərkib
hissəsində özünəməxsus bir
yer tutub. Onun fəaliyyəti ölkə təhsili üçün hər zaman
nümunə olub və bu
gün də işini
uğurla davam etdirir. Rahat şəkildə deyə bilərik ki,
onlar bu fəaliyyətləri
ilə ulu öndər Heydər Əliyevə
verdikləri sözə hörmətlə, sədaqətlə
əməl ediblər.Bütün bu kimi uğurlar “Çağ”da fəaliyyət
göstərən doğru, dürüst adamların əməyinin nəticəsidir.
Son illər bu məktəblərə
axının artmasının da əsasını halallıqda axtarmaq
lazımdır. Halallıq olan yerdə həm
inkişaf, həm də tərəqqi var. “Çağ”ın ölkəmizdə fəaliyyətinin
iki onilliyi tamam olur. Hər
kəs bilir ki, təhsildə
hər hansı bir nailiyyət əldə
etmək o qədər sadə məsələ
deyil.Bunun üçün
10 qat artıq çalışmaq
lazımdır. “Çağ” öyrətim
20 il ərzində Azərbaycan təhsilinin
inkişafında çox böyük
xidmət göstərib. Qarşıdan isə yeni onilliklər gəlir. Əminəm ki, onlar təhsilimizdə
hələ çox yeniliklər gətirəcəklər.
Gələcək illərdə də “Çağ”
Öyrətim Azərbaycanda çalışaraq Azərbaycan
təhsilini daha da irəliyə
aparacaq”.
Türkiyə
Türkiyə parlamenti sədrinin müavini Mehmet Sağlam ulu
öndər Heydər Əliyevin təhsilə böyük
diqqət və qayğı göstərdiyini
xatırladıb.
Müasir
dünyada təhsilin önəmli rolunu vurğulayan M.
Sağlam ÇÖİŞ-nin bundan sonra da səmərəli
fəaliyyət göstərəcəyinə əminliyini
bildirib, təhsil işçilərini təbrik etmiş,
onlara yeni nailiyyətlər arzulayıbb.
Milli Məclisin deputatı Fəttah Heydərov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov və digər çıxış edənlər də ulu öndər Heydər Əliyevin təhsilə xüsusi əhəmiyyət verdiyini vurğulamış, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin bu sahənin inkişafındakı rolundan danışmışlar.
Tədbirdə Azərbaycanda təhsilin inkişafındakı xüsusi xidmətlərinə görə, “Çağ Öyrətim” şirkətinin bir qrup əməkdaşı Təhsil Nazirliyinin qabaqcıl təhsil işçisi döş nişanı, fəxri fərman ilə təltif olunub.Konfransın sonunda 20 illik fəaliyyəti dövründə “Çağ” Öyrətim İşlətmələri Şirkətinin məzunları olan və bu gün öz fəaliyyətləri ilə fərqlənən insanlara fəxri fərman və hədiyyələr təqdim olunub.
N.ELDARQIZI
Paritet.-2012.-29-30 noyabr.-S.11.