Şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

 

 Ötən gün XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri-şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günü idi.Trend-in məlumatına görə, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri çərşənbə günü II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüblər.

Tədbirdə ombudsman Elmira Süleymanova da iştirak edib. Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva Aida İmanquliyevanın XX əsr Azərbaycan elminin ən görkəmli nümayəndələrindən biri olduğunu qeyd edib.

Baxşəliyeva bildirib ki, Aida xanım çox böyük elm yaradıcılıq yolu keçib, Azərbaycan Milli Elmlər Akademiyasında kiçik elmi işçidən institutun direktoru vəzifəsinədək yüksəlib. Bu illər ərzində Aida İmanquliyeva Azərbaycan elminin inkişafında çox böyük xidmətlər göstərib.

Millət vəkilinin sözlərinə görə, Aida İmanquliyeva ədəbiyyatların sintezi, onların bir-birinə qarşılıqlı təsirini öyrənən çox az sayda mütəxəssislərdən biri olub.”Aida xanım konkret olaraq, mühacirətdə yaranmış ərəb ədəbiyyatına rus, Qərbi Avropa Amerika ədəbiyyatlarının təsirini öyrənirdi. Aydındır ki, belə mövzunu öyrəndikdə ərəb dilini ədəbiyyatını mükəmməl bilmək lazım idi, eyni zamanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətini yüksək səviyyədə bilmək tələb olunurdu. Bununla yanaşı, ədəbiyyatların qarşılıqlı təsirini öyrənmək üçün Qərbi Avropa, Amerika ədəbiyyatı ingilis dilini çox gözəl bilmək lazım idi. Bunu da Aidə xanım çox böyük məharətlə bacarırdı. O, çox nadir mütəxəssis idi”,-Baxşəliyeva əlavə edib.

 Bakı Dövlət Universitetində isə  şərqşünas alimin 73 illiyi ilə əlaqədar ərəb filologiyası sahəsində məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. Təbdiri giriş sözü ilə açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Aida xanım İmanquliyevanın zəngin elmi fəaliyyətindən, şərqşünaslığın inkişafındakı müstəsna xidmətlərindən danışıb. O bildirib ki, alimin əsərləri dünya şərqşünaslığı xəzinəsinə daxil olan çox dəyərli araşdırmalardır. 

Daha sonra çıxış edən Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova  20 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53 illik həyat yolundan, zəngin dəyərli elmi fəaliyyətindən bəhs edib.

Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov isə  professor Aida İmanquliyevanın özündən sonra Azərbaycan şərqşünaslığını zənginləşdirən qiymətli elmi irs qoyduğunu xatırladıb. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva isə deyib ki, müasir tələbələr A.İmanquliyevanı görə bilməsələr , onun yazdığı elmi kitabları, əsərləri oxumaqla Azərbaycanın elm, mədəniyyət, təfəkkür tarixində yeri olan belə əvəzsiz alim haqqında geniş məlumat əldə edə biləcəklər. Gələcək nəsillər, xüsusilə şərqşünaslıq elmi ilə məşğul olan hər bir tədqiqatçı A.İmanquliyevanın zəngin elmi irsindən istifadə edəcək onun əsl alim kimi keçdiyi şərəfli ömür yolunu yenidən öyrənəcək. Nərgiz xanım bu cür müsabiqənin keçirilməsinin  gənc alimlərə müsbət təsir göstərdiyini, Aida xanım İmanquliyevanın həyat fəaliyyətinin  onlar üçün yaxşı nümunə olduğunu  deyib.

Tədbirdə görkəmli alimin həyatına  həsr olunmuş filmin nümayişi olub. Sonda Aida İmanquliyevanın 73 illiyinə həsr olunmuş ərəb filologiyası sahəsində məqalə  müsabiqəsinin qalibləri mükafatlandırılması mərasimi keçirilib.

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində anadan olub.

1962-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsini bitirən Aida İmanquliyeva 1966-cı ildə namizədlik, 1989-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. İmanquliyeva Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunda kiçik elmi işçilikdən bu elm ocağının direktoru vəzifəsinədək yüksəlib. O, keçmiş SSRİ- Şərqşünaslıq Cəmiyyəti rəyasət heyətinin, Şərq Ədəbiyyatının Tədqiqi üzrə Əlaqələndirmə Şurasının üzvü idi. Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Aida İmanquliyeva Sovet İttifaqında Azərbaycanda yeni ərəb ədəbiyyatı kursunun əsas yaradıcılarından biri olub.

İmanquliyeva elmi-təşkilati fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlayıb.

Üç monoqrafiya (“Mixail Nuaymə Qələmlər birliyi”, Moskva,1975; “Cübran Xəlil Cübran”, Bakı, 1975; “Yeni ərəb ədəbiyyatının korifeyləri”, Bakı, 1991) 70-dən artıq elmi məqalənin müəllifi olan İmanquliyeva Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olub.

 

 

Paritet.-2012.- 11-12 oktyabr.- S.13