Səbail rayonundan yazan jurnalistlər mükafatlandırıldı

 

Oktyabrın 17-də Səbail Rayon İcra Hakimiyyəti   KİVDF-nin birgə təşkil etdiyiSəbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət perspektivlərmövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 

Toplantını giriş sözü ilə açan Səbail Rayonu İcra Hakimiyyətinin başçısı Asif Əsgərov müsabiqənin yekunlaşdığını qaliblərin müəyyənləşdirildiyini bildirib. Qalibləri təbrik edən A. Əsgərov eyni zamanda son illər  rayonda görülən işlər barəsində toplantı iştirakçılarına  məlumat verib. Mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli qeyd edib ki, müsabiqənin keçirilməsində məqsəd Səbail rayonunun sosial-iqtisadi ictimai həyatında baş verən prosesləri mətbuatın vasitəsi ilə ictimaiyyətə daha yaxından  çatdırmaqdır. İcraçı direktor bildirib ki, Fondun son illərdə həyata keçirdiyi mühüm layihələrdən biri media ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin inkişaf etdirilməsidir: “Artıq 3 ildir ki,  Fondun təşəbbüsü ilə bu cür layihələr həyata keçirilməkdədir”.

İcraçı direktor bu cür müsabiqələrin jurnalistlərin sosial durumunun yaxşılaşdırılması və peşəkarlığının artırılması baxımından faydalı olduğunu vurğulayıb.  V.  Səfərli  müsabiqələrə təqdim edilən yazılarda yol verilən qüsurlardan da söz açıb. O qeyd edib ki, fond bu  qüsurları müzakirə etmək məqsədi ilə yaxın günlərdə  media nümayəndələri  ilə görüşlər  keçirəcək. O,  müsabiqəyə ümumilikdə 29 yazı daxil olduğunu və onlardan 3-nün qalib hesab edildiyini bildirib: “Müsabiqənin şərtlərinə əsasən I yerin qalibinə - 1000 manat, II yer 800 manat, III yerin qalibinə isə 600 manat məbləğində pul mükafatı və xüsusi diplomların verilməsi qərara alınıb. Bunlardan əlavə 10 yazı müəllifinə həvəsləndirici mükafat verilməsi nəzərdə tutulur. Amma sonradan Asif müəllimin təklifi ilə bu qərar dəyişdirildi”. Belə ki, topladıqları bala uyğun müsabiqədə iştirak edən 4 jurnalistə 500, 10 müsabiqə iştirakçısına 200 , 7 nəfərə isə 100 manat məbləğində həvəsləndirici mükafat verilməsi qərara alınıb. Beləliklə, 1-ci yerə  “Paritet” qəzetindən Asif Nərimanlı, 2-ci yerə   “Xalq” qəzetindən Tahir Rüstəmov və 3-cü yerə “Bakı xəbər” qəzetindən Samirə Səfərova layiq görülüb.

Qalibləri təbrik edən V. Səfərli bu cür  tədbirlərin davamlı olacağını bildirib.

Daha sonra mükafatlandırma mərasimi keçirilib və qaliblərə xüsusi diplom və pul mükafatları təqdim olunub.

 Mükafatlandırma mərasimi başa çatdıqdan sonra A. Əsgərov və  V. Səfərli jurnalistləri maraqlandıran suallara aydınlıq gətiriblər.

Sonda V. Səfərli belə bir tədbirin keçirilməsi ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü bildirib və qalibləri qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edib.

 

 

NURANƏ

 

Paritet.-2012.-18-19 oktyabr.-S.11.