Lerikdə ilin doqquz ayının yekunları müzakirə olunub

 

  Lerik rayonunda 2012-ci ilin doqquz ayının yekunlarına həsr olunmuş geniş iclas keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbiri giriş sözü ilə açandan sonra 9 ayda rayonda görülmüş işlər barədə icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Arzu Vəliməmmədova geniş məruzə ilə çıxış edib.Natiq bildirib ki, 2012-ci ilin üçüncü rübündə 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə Lerikdə iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı artıb. Ümumi məhsul buraxılışının həcmi 2011-ci ilə nisbətən 4,7 faiz, adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 3,4 faiz, pərakəndə əmtəə dövriyyəsi 5,6 faiz, pullu xidmət 2,5 faiz və təmir-tikinti işləri 10,6 faiz, sənaye məhsulunun ümumi həcmi 2,4 faiz çoxalıb. Rayon üzrə əhalinin orta aylıq nominal əmək haqqı keçən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz artmaqla 269 manata, əhalinin gəlirləri 12,3 faiz artmaqla 48 milyon 950 min manata çatıb.  Gəlirlərin artması ilə yanaşı əhalinin xərcləri də 3 milyon 505 min manat artaraq 45 milyon 524 min manata çatıb.

 Rayonun 2012-ci ilin üçüncü rübü üzrə yerli gəlir proqnozu 1 milyon 464 min manata qarşı 1 milyon 167 min manat və ya 125 faiz icra olunub. Yerli gəlir və xərcləri ödəmək üçün respublika büdcəsindən 10 milyon 293 min manata qarşı 9 milyon 750 min manat dotasiya alınıb. 2012-ci ilin doqquz ayında cəmi xərclər 10 milyon 842 min manata qarşı 10 milyon 842 min manat və ya 100 faiz icra edilib.

Cari ildə rayon əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 948 nəfər ailənin 5388 nəfər ailə üzvünə ünvanlı dövlət sosial yardım təyin edilib. Ümumilikdə 1200 nəfər ailənin 6794 nəfər üzvünə ünvanlı dövlət sosial yardımı ödənilir.

 Prezident İlham Əliyevin 14 aprel 2009-cu il “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 80 nömrəli Fərmanı Lerik rayonunda da uğurla icra olunur. 

 II Dövlət Proqramının icrasına uyğun olaraq keçən vaxt ərzində rayonda 3017, o cümlədən cari ildə 1062 yeni iş yeri, ümumilikdə isə 2004-2011-ci il və 2012-ci ilin keçən dövrü ərzində 7763 yeni iş yeri açılıb. Açılmış iş yerlərinin 40 faizdən yuxarısı daimi iş yerləridir.

Lerik şəhərində istinad divarları bərpa olunub, ağlay plitələri ilə üzlənib, səkilərə ağlay və tamet plitəsi, küçə və yollara asfalt döşənib.

Yeni dərs ilinin başlanması ilə əlaqədar 6 kənddə yeni məktəb binaları şagirdlərin istifadəsinə verilib, daha 9 kənddə isə yeni məktəb binalarının tikintisində işlər davam etdirilir. Rayonda 39 məktəbdə, 10 uşaq bağçasında tikintinin, 11 məktəbdə əlavə sinif otağlarının tikintisi və mövcud məktəblərin əsaslı təmiri, 17 məktəbin və 3 uşaq bağçasının isə əsaslı təmir edilməsi nəzərdə tutulub.

 Rayon icra hakimiyyətinin yaxından köməyi ilə Əliabad-Ağcay, Piran-Bürsülüm, Piran-Hamarat, Tikəband kəndinin daxili yolu təmir edilib. Bürsülüm ərazisində əhalinin çoxsaylı müraciətləri nəzərə alınarq çay üzərində, iki istiqamətdə körpü inşa olunub. Ümumilikdə kəndara yollarındakı təmir-bərpa işlərinə 30 min manata yaxın vəsait xərclənib. 

Lənkəran-Lerik yolu boyunca, Qosmalian və Bilnə kəndlərində yeni turizm istirahət-əyləncə mərkəzləri, Lerik şəhərində, ərazilərdə, magistral yol boyu ticarət mərkəzləri, iaşə obyektləri tikilib və bu sahədə iş davam etdirilir. “Cənub”, “Qala”, “Həyat”, “Təbəssüm” turizm-istirahət əlavə yeni koteclər, istirahət meydançaları inşa edilib.

Yaradılmış bu şəraitin nəticəsidir ki, 2011-ci  ildə rayonda fəaliyyət göstərən turizm-istirahət əyləncə mərkəzlərinə 9724 nəfər turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 1137 nəfər çoxdur.

Hesabat ilində rayonun 25 kəndinə səyyari həkim briqadaları göndərilib, müxtəlif xəstəliklərlə rayon mərkəzinə gələ bilməyən 234 xroniki xəstə aşkarlanaraq ambulator və stasionar müalicəyə cəlb olunub. Rayon mərkəzi xəstəxanasına 2012-ci ildə bir ədəd UAZ markalı təcili yardım və bir ədəd QAZ 31 markalı minik maşını verilib.

Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Elman Abbasov, Əhalinin sosial müdafəsi mərkəzinin direktoru Vəligulla Alışov, 43 saylı yol istismarı idarəsinin müdiri Elxan Əliyev çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.

Sonda tədbir iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə müraciət qəbul olunub.

 

 

Ağaddin BABAYEV

 

Paritet.-2012.-18-19 oktyabr.-S.8.