Mirzə Cəlil dühasının
işıgında
Azərbaycanın
demokratik ictimai-fikir tarixində əvəzsiz yeri olan
böyük mütəfəkkir, görkəmli dramaturq,
naşir, publisist Cəlil Məmmədquluzadənin 140 illik
yubileyi haqqında Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin 6 fevral 2009-cu il tarixli sərəncamı və
Naxçıvan MR Ali Məclis sədrinin bu sərəncamın
icrasını təmin etmək məqsədilə
imzaladığı 14 fevral 2009-cu il tarixli sərəncam
yubiley tədbirlərinə start verdi.
"Mirzə Cəlil
günləri"nin keçirilməsi ənənəsinə
sadiq qalan Naxçıvan Dövlət Universitetinin
Tarix-filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı
və jurnalistika ixtisaslarının müəllim və tələbələrindən
ibarət heyət yubiley günlərində Cəlil Məmmədquluzadənin
Nehrəm kəndində, 1890-1897-ci illərdə dərs dediyi
məktəbdə yaradılmış xatirə muzeyinə
ekskursiya etdilər. Muzeyin direktoru, Naxçıvan MR Əməkdar
mədəniyyət işçisi Akif Hacıyev muzeyin 1898-ci
ildən fəaliyyət göstərdiyini, burada Mirzə Cəlil,
onun müasirləri, mollanəsrəddinçilər və s.
bağlı 553 maddi-mədəniyyət nümunəsinin
qorunub saxlanıldığını və nümayiş
etdirildiyini bildirdi.
60 illik
ömrünün böyük bir qismini Cəlil Məmmədquluzadə
irsini, şəxsiyyətini və müasirlərini
araşdırmağa həsr etmiş görkəmli mirzəcəlilşünas
İsa Həbibbəyli yazıçının Nehrəm kəndindəki
pedaqoji və ədəbi fəaliyyəti haqqında ətraflı
məlumat verdi. Akademik, Mirzə Cəlilin 1893-cü ildə 8
nəfər azərbaycanlı qızını təhsilə
cəlb etdiyini, Azərbaycan maarifçilik tarixində
özünəməxsus iz qoyduğunu bildirdi, mətbuatın
və maarifçilik ideyalarının yayılması, Nehrəm
kəndinin meteoroloji qeydiyyatının aparılması, ipəkçilik
işinin təşkili kimi xidmətlərindən söz
açdı.
Naxçıvan MR Əməkdar
müəllimi, universitetin Tarix-filologiya fakültəsinin
dekanı İman Cəfərli Azərbaycan ədəbıyyatının
nəhəng simalarından olan Cəlil Məmmədquluzadənin
bədii-publisistik irsinin tədrisinin əhəmıyyətindən,
muzeyin təqdirəlayiq fəaliyyətindən, Mirzə Cəlillə
bağlı son elmi tədqiqatlarından söz açdı.
Mehriban Sultan
Paritet.- 2009.-
19-21 fevral.- S. 12.