Milli Kitabxana elektron poçtla kitab
sifarişlərini qəbul edir
Azərbaycan Milli Kitabxanası yeni
elektron poçt vasitəsi ilə kitab sifarişi
xidmətləri
göstərməyə
başlayıb
Milli Kitabxanadan
"APA-Economics"ə verilən məlumata görə, bu
xidmətdən istifadə etmək üçün
sifarişçi kitabxanaya gəlmədikdən öncə
elektron poçt vasitəsi ilə ona lazım olan kitabı
sifariş edir və kitabın kitabxananın fondundan
mövcudluğu haqqında cavab alır.
Qeyd edək ki, sifarişlər kitabxanada
qeydiyyatda olan oxuculardan qəbul edilir. Qeydiyyatdan keçmək
üçün kitabxananın rəsmi saytında
onlayn-qeydiyyat sistemi fəaliyyət göstərir və
oxucular müvafiq anketi doldurub, 2 foto şəkil əlavə
edərək kitabxananın elektron poçt ünvanına
göndərməlidir.
Bütün bu əməliyyatlar
ABŞ-ın avtomatlaşdırılmış kitabxana-məlumat
sistemi olan VTLS (Virginia Technical Library System) vasitəsi ilə
həyata keçirilir. Bu sistem Milli Kitabxana
tərəfindən Soros Fondunun qrantı hesabına
alınıb və quraşdırılıb.
Layihə 2007-2013-cü illər
üçün nəzərdə tutulmuş Azərbaycan
kitabxanalarının inkişafı Proqramı
çərçivəsində həyata keçirilir. Proqram
elektron kataloq şəbəkəsinin yaradılması,
Azərbaycan ədəbiyyatının virtual kitabxanasının
formalaşdırılması, kitabxanalar üçün
xüsusi binaların tikintisi, ölkənin tarixi irqinin uzun
müddət saxlanılması üçün texnologiyaların
və metodların tərtib edilməsi, kitabxanaların, nəşriyyatların
və kütləvi informasiya vasitələrinin vahid məlumat
mühitinin yaradılmasını nəzərdə tutur.
Paritet.- 2009.- 30 iyun-1
iyul.- S. 13.