Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Yenidənqurma Kredit Bankı (K f W ) arasında "Kommunal infrastruktura təcili yardım proqramı" çərçivəsində kreditin ayrılması layihənin maliyyələşdirilməsi haqqında Müqavilənin həmin Müqavilə üzrə Xüsusi Sazişin imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Yenidənqurma Kredit Bankı (K f W ) arasında "Kommunal infrastruktura təcili yardım proqramı" çərçivəsində kreditin ayrılması layihənin maliyyələşdirilməsi haqqında Müqaviləni həmin Müqavilə üzrə Xüsusi Sazişin imzalama səlahiyyəti Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri Şair Nəcməddin oğlu Həsənova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədləri Azərbaycan Respublikası Hökuməti adından imzalama səlahiyyətinin Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin sədri Şair Nəcməddin oğlu Həsənova verilməsi barədə Almaniya Federativ Respublikası Hökumətinə müvafiq bildiriş göndərsin.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 2 iyun 2000-ci il

№ 431

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2552-2553.