Azərbaycan
Dövlət Xor Kapellasının sosial təminatını yaxşılaşdırmaq
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan mədəniyyətinin
inkişafında, xalq
və klassik musiqinin təbliğində
Azərbaycan Dövlət
Xor Kapellasının xidmətlərini nəzərə
alaraq işçilərinin
sosial təminatını
yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Dövlət
Xor Kapellasının işçilərinin aylıq
vəzifə maaşları
2000-ci il iyul ayının 1-dən orta hesabla 4 dəfə artırılsın.
2. Azərbaycan Respublikasının
Nazirlər Kabineti Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll
etsin.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev
Bakı şəhəri,
2 iyun 2000-ci il
№ 432
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, № 6.- S.2553.