Azərbaycan
Respublikası Hökuməti
və Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatı
arasında Bakıda Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatının Ofisinin
təsis edilməsi haqqında Anlaşma Memorandumunun Azərbaycan Respublikası Hökuməti
adından imzalamaq səlahiyyətinin verilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası
Hökuməti və Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatı arasında
Bakıda Avropada Təhlükəsizlik və
Əməkdaşlıq Təşkilatının
Ofisinin təsis edilməsi haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının
Hökuməti adından
imzalamaq səlahiyyəti
Azərbaycan Respublikasının
Avstriya Respublikasında
Fövqəladə və
Səlahiyyətli Səfiri
Vaqif İsmayıl oğlu Sadıqova verilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
Anlaşma Memorandumunu Azərbaycan Respublikasının
Hökuməti adından
imzalamaq səlahiyyətinin
Azərbaycan Respublikasının
Avstriya Respublikasında
Fövqəladə və
Səlahiyyətli Səfiri
Vaqif İsmayıl oğlu Sadıqova verilməsi barədə Avropada Təhlükəsizlik
və Əməkdaşlıq
Təşkilatına müvafiq
bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri,
13 iyun 2000-ci il
№ 438
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, № 6.- S.2556.