"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin yaradılması idarəetməyə verilməsi haqqında

 

 AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Bakı şəhəri elektrik şəbəkəsinin fəaliyyətinin sağlamlaşdırılması şəhərin elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyi, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Enerji Nəzarəti Satışı müəssisəsi ləğv edilsin onların, habelə bu Sərəncama əlavədə göstərilən digər müəssisə obyektlərin bazasında səhmləri ilkin mərhələdə dövlətə məxsus olan "Bakıelektrikşəbəkə" açıq tipli səhmdar cəmiyyəti yaradılsın.

2. Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinə tapşırılsın:

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı zəruri tədbirləri həyata keçirsin;

"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədrini üzvlərini təyin etsin, habelə Bakı şəhərinin elektrik enerjisi ilə etibarlı təchizatını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Əmlakı Nazirliyinin, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin "Azərenerji" Səhmdar Cəmiyyətinin nümayəndələrindən ibarət Müşahidə Şurasının tərkibini təsdiq etsin;

"Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyətinin qanunvericiliyə uyğun olaraq əlverişli şərtlərlə uzunmüddətli idarəetməyə verilməsi üçün açıq müsabiqənin keçirilməsini təmin etsin müsabiqənin qalibi ilə müvafiq müqavilə bağlasın.

3. "Azərenerji" açıq tipli səhmdar cəmiyyətinə tapşırılsın ki, "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyəti ilə birlikdə Bakı şəhəri üzrə elektrik enerjisinin nəqli paylanmasının təhlükəsizliyinə etibarlılığına nail olmaq məqsədi ilə elektrik enerjisi sisteminin operativ idarəetmə sxemini mexanizmini 3 ay müddətində yenidən işləyib müəyyən edilmiş qaydada təsdiq etsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

5. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyinin özəlləşdirməyə hazırlanması haqqında Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 noyabr tarixli 253 nömrəli Sərəncamı qüvvədən düşmüş hesab edilsin.

6. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti   Heydər Əliyev

Bakı şəhəri, 14 iyun 2000-ci il

   ¹ 441

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S.2557-2258.

 

 

 

Azərbaycan Respublikası Prezidentini

2000-ci il 14 iyun tarixli 441 nömrəli Sərəncamına

ƏLAVƏ

 

 

 

Bakıelektrikşəbəkəaçıq tipli səhmdar cəmiyyətinin tərkibinə daxil edilən müəssisə obyektlərin

 

SİYAHISI

 

 

1. "Bakıelektrikşəbəkə" İstehsalat Birliyi

2. Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Enerji Nəzarəti Satışı müəssisəsi

3. Bakı şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları Departamentinin Avtonəqliyyat Mexanizasiya Baş İstehsalat İdarəsinin Bakı şəhərinin elektrik şəbəkəsinə xidmət edən strukturu

4. Bakı şəhər İcra Hakimiyyətinin Mühəndis Kommunikasiyaları Departamentinin İstehsalat təmir-tikinti quraşdırma sazlama müəssisəsinin Bakı şəhərinin elektrik şəbəkəsinə xidmət edən strukturu

5. Bakı şəhərinin enerji təchizatını təmin edən onun inzibati ərazisində yerləşən "Azərenerji" açıq tipli səhmdar cəmiyyətinə məxsus olan 110 kV-luq aşağı gərginlikli elektrik ötürücüsü xətləri, yarımstansiyaları onların dispetçer idarəetmə vasitələri [2]

6. Binadaxili elektrik təchizatı idarəsi.