2000-ci il fevralın 4-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında "Sərhədyanı regionların daxili işlər orqanlarının əməkdaşlığı haqqında" Sazişin təsdiq edilməsi "2000-ci il üçün qarşılıqlı əlaqələr haqqında" Protokol barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. 2000-ci il fevralın 4-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında "Sərhədyanı regionların daxili işlər orqanlarının əməkdaşlığı haqqında" Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə tapşırılsın ki, 2000-ci il fevralın 4-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi arasında "2000-ci il üçün qarşılıqlı əlaqələr haqqında" Protokolun bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsini təmin etsin.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 13 iyun 2000-ci il

№ 439

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2556.