Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurası ilə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası arasında əməkdaşlıq haqqında Protokolu imzalamaq səlahiyyətinin verilməsi  haqqında

 

Azərbaycan RESPUBLİKASI Prezidentinin Sərəncamı

 

 1. Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurası ilə Rusiya Federasiyasının Təhlükəsizlik Şurası arasında əməkdaşlıq  haqqında Protokolu imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Ənvər oğlu Mehdiyevə  verilsin.

 2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Protokolu imzalamaq  səlahiyyətinin Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri Ramiz Ənvər oğlu Mehdiyevə verilməsi barədə Rusiya  Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq bildiriş göndərsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 Bakı şəhəri, 13 iyun 2000-ci il

№ 440

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2557.