Avtonəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmanın beynəlxalq nəticələri haqqında Avropa Konvensiyası üzrə milli əlaqələndirici orqanın müəyyən edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 1976-cı il iyunun 3-də Brüssel şəhərində imzalanmış "Avtonəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmanın beynəlxalq nəticələri haqqında Avropa Konvensiyası"nın Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi məqsədi ilə milli əlaqələndirici orqan - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən milli əlaqələndirici orqan barədə Avropa Şurasının Baş katibinə məlumat versin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 16 iyun 2000-ci il

№ 443

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2559.