İnzibati
Hüquqpozmalar haqqında
Azərbaycan Respublikası
Məcəlləsinə əlavələr
və dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
"İnzibati hüquqpozmalar
haqqında Azərbaycan
Respublikası Məcəlləsinə
əlavələr və
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası
Nazirlər Kabineti bir ay müddətində:
qüvvədə olan qanunvericilik aktlarının
"İnzibati hüquqpozmalar
haqqında Azərbaycan
Respublikası Məcəlləsinə
əlavələr və
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərinin
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
Nazirlər Kabinetinin
və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının
normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını
təmin etsin və bu haqda
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
"İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə
əlavələr və
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikası Qanunundan
irəli gələn digər məsələləri
öz səlahiyyəti
hüdudlarında həll
etsin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev
Bakı şəhəri,
17 iyun 1999-cu il
№ 444
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, № 6.- S.2560.