Meşəqırma həcminin təsdiq edilməsi barədə

 

Azərbaycan RESPUBLİKASININ NAZİRLӘR KABİNETİNİN Qərarı

 

 

 

 Azərbaycan Respublikası Meşə Məcəlləsinin 34-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 1. «Azərbmeşə» İstehsalat Birliyi tərəfindən hesablanmış Azərbaycan Respublikasının Dövlət Ekologiya Təbiətdən İstifadəyə Nəzarət Komitəsi ilə razılaşdırılmış illik meşəqırma həcmi 64 (altmış dörd) min kub metr təsdiq edilsin.

 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

  Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 9 iyun 2000-ci il

  № 99

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2577.