"Özəl tibb fəaliyyəti haqqında"
Azərbaycan Respublikası
Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1992-ci il 17 yanvar tarixli, 21 nömrəli qərarının qüvvədən
düşmüş hesab
edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Özəl tibb fəaliyyəti haqqında" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 6 mart tarixli, 296 nömrəli Fərmanının icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. "Azərbaycan Respublikasının Səhiyyə
Nazirliyinə əhaliyə
tibbi xidmətlər göstərən kooperativlərin
və kiçik müəssisələrin fəaliyyəti
üzərində nəzarət
hüququnun verilməsi
haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1992-ci il 17 yanvar tarixli, 21 nömrəli qərarı
qüvvədən düşmüş
hesab edilsin.
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş
naziri A. Rasizadə
Bakı şəhəri, 9 iyun
2000-ci il
¹ 100
Azərbaycan Respublikasının Qanunvericilik
toplusu.-2000.- 30 iyun, ¹
6.- S.2577.