Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunda dəyişikliklər əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Azərbaycan Respublikasında aqrar bölmənin idarəetmə sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 4 fevral tarixli, 272 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 9 noyabr tarixli, 221 nömrəli qərarının:

2 nömrəli əlavəsinə uyğun təsdiq edilmiş "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının strukturu"na "Baytarlıq baş idarəsi" "Bitki mühafizəsi karantini idarəsi" sözləri əlavə edilsin.

Həmin əlavədə göstərilən "Bitkiçilik, toxumçuluq bitki mühafizəsi baş idarəsi" cümləsində "bitki mühafizəsi" sözləri "aqrokimyəvi xidmət" sözləri ilə əvəz edilsin;

1-ci bəndin 5-ci abzasındakı "20" rəqəmi "23" rəqəmi ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının işçilərinin sayı 30 vahid artırılaraq 260 vahid təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2000-ci ildə Azərbaycan Respublikasının Dövlət büdcəsində ləğv edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Baytarlıq Komitəsi Dövlət Bitkilərin Karantini Müfəttişliyi üçün funksional təsnifat üzrə nəzərdə tutulmuş büdcə vəsaitlərinin istifadəsiz qalan hissəsinin Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə verilməsini təmin etmək üçün təkliflərini 5 gün müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 16 iyun 2000-ci il

                ¹ 101

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S.2578.