"Dövlət rüsumunun dərəcələri ödənilməsi qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 29 iyun tarixli, 156 nömrəli qərarına əlavələr edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Əmək miqrasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 yanvar tarixli, 250 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Dövlət rüsumunun dərəcələri ödənilməsi qaydası haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 29 iyun tarixli, 156 nömrəli qərarının I bölməsinin 5-ci bəndinə aşağıdakı redaksiyada "ü" yarımbəndi əlavə edilsin:

"ü) əcnəbilərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətini həyata keçirmələri üçün fərdi icazələrin alınmasına onların müddətinin uzadılmasına görə

İlkin icazəyə görə                                                        Əmək haqqının minimum məbləğinin 40 misli miqdarında

İcazənin müddətinin uzadılmasına görə                      Əmək haqqının minimum məbləğinin 20 misli miqdarında

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 19 iyun 2000-ci il

                ¹ 102

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S.2578.