"Texniki
təhlükəsizlik haqqında"
Azərbaycan Respublikası
Qanunun icrasının
təmin edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
"Texniki təhlükəsizlik
haqqında" Azərbaycan
Respublikası Qanununun
icrasını təmin
etmək məqsədi
ilə qərara alıram:
1. Müəyyən edilsin ki, həmin
Qanunun 5-ci maddəsində,
7-ci maddəsinin 1-ci, 2-ci və
4-cü hissələrində, 8-ci maddəsinin 2-ci hissəsində,
9-cu maddəsinin onuncu
abzasında, 12-ci maddəsinin
1-ci və 2-ci hissələrində,
13-cü maddəsinin 1-ci hissəsində,
14-cü maddəsinin 4-cü hissəsində, 15-ci maddəsinin
1-ci hissəsinin altıncı
abzasında, 3-cü və
6-cı hissələrində, 17-ci maddəsinin 1-ci və 2-ci
hissələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Fövqəladə Hallar
Nazirliyi həyata keçirir. [1]
2. Azərbaycan Respublikası
Prezidentinin 1997-ci il 4 oktyabr tarixli, 637 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin
və onları verən icra hakimiyyəti orqanlarının
siyahısı"na aşağıdakı
məzmunda 74-cü bənd
əlavə edilsin:
“74. Texniki
təhlükəsizlik ekspertizasının
aparılması - Dövlət
Sənayedə İşlərin
Təhlükəsiz Görülməsinə
Nəzarət və Dağ-Mədən Nəzarəti
Komitəsi.”
3. Bu
Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər Əliyev
Bakı şəhəri,
29 iyun 2000-ci il
¹ 357
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S.2552.