Azərbaycan
Respublikası Hökuməti
ilə Almaniya Federativ Respublikası Yenidənqurma Kredit Bankı (K f W ) arasında "Kommunal infrastruktura təcili yardım proqramı" çərçivəsində kreditin ayrılması və layihənin maliyyələşdirilməsi haqqında
Müqavilənin və
həmin Müqavilə
üzrə Xüsusi Sazişin imzalamaq səlahiyyətinin verilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikası
Hökuməti ilə
Almaniya Federativ Respublikası Yenidənqurma
Kredit Bankı (K f W ) arasında "Kommunal infrastruktura təcili yardım proqramı" çərçivəsində kreditin ayrılması və layihənin maliyyələşdirilməsi haqqında
Müqaviləni və
həmin Müqavilə
üzrə Xüsusi Sazişin imzalama səlahiyyəti Azərbaycan
Respublikasının maliyyə
naziri Əvəz Əkbər oğlu Ələkbərova və
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Mənzil-Kommunal
Təsərrüfatı Komitəsinin
sədri Şair Nəcməddin oğlu Həsənova verilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
sənədləri Azərbaycan
Respublikası Hökuməti
adından imzalama səlahiyyətinin Azərbaycan
Respublikasının maliyyə
naziri Əvəz Əkbər oğlu Ələkbərova və
Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Mənzil-Kommunal
Təsərrüfatı Komitəsinin
sədri Şair Nəcməddin oğlu Həsənova verilməsi
barədə Almaniya Federativ Respublikası Hökumətinə müvafiq
bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri,
2 iyun 2000-ci il
№ 431
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, № 6.- S.2552-2553.