Azərbaycan Dövlət Xor Kapellasının sosial təminatını yaxşılaşdırmaq haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Azərbaycan mədəniyyətinin inkişafında, xalq klassik musiqinin təbliğində Azərbaycan Dövlət Xor Kapellasının xidmətlərini nəzərə alaraq işçilərinin sosial təminatını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

1. Azərbaycan Dövlət Xor Kapellasının işçilərinin aylıq vəzifə maaşları 2000-ci il iyul ayının 1-dən orta hesabla 4 dəfə artırılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 2 iyun 2000-ci il

№ 432

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2553.