Azərbaycan Respublikasının
Hökuməti ilə
Birləşmiş Millətlər
Təşkilatının Qadınlar
üçün İnkişaf
Fondu arasında əməkdaşlıq üzrə
"Qadınlar Cənubi
Qafqazda münaqişələrin
qarşısının alınması
və sülh uğrunda" layihə sənədinin imzalamaq səlahiyyətlərinin verilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasının Hökuməti
ilə Birləşmiş
Millətlər Təşkilatının
Qadınlar üçün
İnkişaf Fondu arasında əməkdaşlıq
üzrə "Qadınlar
Cənubi Qafqazda münaqişələrin qarşısının
alınması və sülh uğrunda" layihə sənədini Azərbaycan Respublikasının
hökuməti adından
imzalama səlahiyyətləri
Azərbaycan Respublikası
Baş nazirinin müavini Abid Qoca oğlu Şərifova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki,
bu Sərəncamın
1-ci bəndində göstərilən
sənədi Azərbaycan
Respublikasının Hökuməti
adından imzalama səlahiyyətlərinin Azərbaycan
Respublikası Baş nazirinin müavini Abid Qoca oğlu
Şərifova verilməsi
barədə Birləşmiş
Millətlər Təşkilatının
Qadınlar üçün
İnkişaf Fonduna müvafiq bildiriş göndərsin.
Azərbaycan
Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri, 5 iyun
2000-ci il
№ 435
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, № 6.- S.2554.