"Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında azadlıqdan məhrumetmə yerlərində məhbuslarla görüşlərinə dair səlahiyyətlərin həyata keçirilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. 2000-ci il iyunun 1-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında azadlıqdan məhrumetmə yerlərində məhbuslarla görüşlərinə dair səlahiyyətlərin həyata keçirilməsi haqqında" Saziş təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin təsdiq edilməsi barədə Beynəlxalq Qızıl Xaç Komitəsini xəbərdar etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 9 iyun 2000-ci il

№ 436

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2555.