C. M. R. Zeynalovun xatirəsinin əbədiləşdirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

Azərbaycan professional teatrının banilərindən biri, görkəmli teatr xadimi Cahangir Məşədi Rza oğlu Zeynalovun xatirəsini əbədiləşdirmək məqsədilə qərara alıram:

Bakı Şəhər İcra Hakimiyyəti Cahangir Zeynalovun yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 42) xatirə lövhəsinin vurulmasını təmin etsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 13 iyun 2000-ci il

№ 437

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2555.